88
88
Xalça Ağstafa rayonu Tatlı kəndində toxunub. Ağstafa şəhərindən 20 km aralıda mənzərəli, dağlar və meşələr qoynunda
yerləşən Tatlı kəndi həm də qədim yaşayış məskənidir. Açıq paleolit düşərgəsi,  Çinlitəpə yaşayış yeri (eneolit), Alçaqtəpə
yaşayış yeri (tunc-dəmir),  Hasarlıqala qədim yaşayış yeri (son tunc – ilk dəmir) kimi arxeoloji əhəmiyyət kəsb edən
yerlər bu kəndin qədim tarixindən xəbər verir. Qələmçə bulağı ilə şöhrətlənən Tatlı kəndinin armudu və şaftalısı olduqca
məşhurdur. Daha çox oturaq həyat keçirən əhali sənətkarlığa, xüsusən də xalçaçılığa üstünlük vermişdir. Burada axan
Həsənsu çayının və dağ bulaqlarının minerallarla zənginliyi xalçalara müxtəlif rəng çaları verməyə imkan yaratmışdır.
Xalçanın rəng tərtibatı Gəncə xalça qrupuna aid nümunələrə yaxındır. Toxucular bu xalçalara göllərinin sayına görə
ad verirdilər. Təqdim olunan xalçanı üzərində olan göllərin sayına görə “Yeddi göl” adlandırırdılar. Xalçanın üzərində
doqquz və on bir göl olan variantları da vardır. Xalçanın baş tərəfində mehrab toxumaqla bu çeşninin namazlıq versiya-
ları da yaradılmışdır. Gəncə xalça bazarında hələ qədim dövrdən bu xalçalara tələbat böyük idi. Dünyanın tanınmış xalça
ekspertləri də bu çeşnidə toxunan nümunələrə böyük önəm verirdilər.
Xalça Qazax toxuculuq ənənələri əsasında toxunub; ara sahə və haşiyə zolağından ibarətdir. Ara sahədə olan əbrəşin
sürməyi və mavi olması indiqo boyasından istifadə edildiyini göstərir. Ağ, qırmızı, sarı, yaşıl və qara rənglər isə bitkilərdən
və otlardan alınmışdır. Haşiyə zolağı üç hissədən ibarətdir. Onların hər birində müstəqil naxışlardan istifadə edilib. Yalnız
bu naxışların hər biri nəbati mənşəlidir. Gül və yarpaqdan ibarət olan bu naxışlar su zolaqları içərisində nəzərlik kimi toxu-
1...,80,81,82,83,84,85,86,87,88,89 91,92,93,94,95,96,97,98,99,100,...124