89
89
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
Xalça. Yun. Xovlu. 349x150. XIX əsr. Qazax-Borçalı qrupu. Azərbaycan.
nan alamuncuqdan ibarətdirlər. Ara sahə xalçanın kiçik ölçülü enindən irəli gələrək bir cərgədə ətrafları pilləli, mərkəzində
isə altıbucaqlı romb formalı elementlərdən ibarət yeddi göldən ibarətdir. Xalça yolluq ölçüsündədir. Ara sahəni bəzəyən
bir çox elementlər öz təsvir formalarına görə arxaikdirlər. Azərbaycan toxucuları arasında bu naxış şərti olaraq “alma”
adlanır, türkmənlər isə onu “qalxan” adlandırırlar. Mümkündür ki, bu naxışın arxaik forması oğuzların döyüş silahının
üzərini bəzəyən element olmuşdur.
Xalça üzərində olan maraqlı bədii tərtibatlı tovuzquşu da oğuz qəbilələrinin damğasıyla əlaqəlidir. Xalçanın toxunduğu
ərazinin ilk sakinlərinin oğuz türkləri olduqları üçün bu bölgənin xalçalarında da eyni damğalar asimilyasiyaya uğrasalar
da, heraldikləşib yaşamaqdadırlar.
Xalçanın xovu 1, 2 sm, ilmələrinin sıxlığı isə 30x42 sm-dir. Xalçada istifadə olunan iplər yerli quzuların yunundan alın-
mışdır. Yun təkrar-təkrar daranmış və əldə əyrilmişdir. Saxlanma vəziyyəti əladır. Xalça bədii, elmi və tarixi əhəmiyyət
kəsb edir; Gəncə şəhərində şəxsi evdə saxlanılır.
1...,81,82,83,84,85,86,87,88,89,90 92,93,94,95,96,97,98,99,100,101,...124