90
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
90
Qazax xalçası klassik çeşnidə, Başkeçidin
Səfərli kəndində toxunub. Bu kompozisiya bü-
tün dünyada tanınır və az sayda toxunmuşdur.
Başkeçidin Hamamlı və Şahmarlı kəndlərində
də toxunduğu məlumdur. Onun dünya kol-
leksiyalarında mü­hafizə edilən 15-20 ədəd
nümunələri böyük xəzinə sayılır. Xalça ara
sahə və haşiyə zolağından ibarətdir. Sözsüz ki,
diqqəti cəlb edən ən əsas amil xalçanın yum-
şaq, saya yerliyi üzərində olan iri damğadır. Bu
damğanın qarapapaq, oğuz, qıpçaq türk­lə­rinə
aid olduğunu düşünmək yaxud tayfa nişanı
olduğunu da güman etmək olar. Bu damğa-
nın konkret hansı tayfaya aidiyyətindən asılı
olmayaraq əsas odur ki, xalçanın mərkəzini
bəzəyən element Azərbaycanın qədim tarixi
ilə əlaqəlidir və o, toxuculuq nü­munəsində
gü­nümüzədək ilkin formasını dəyişmədən
toxun­maq­dadır. Təqdim edilən xalçanın mər­
kəzindəki iri ölçülü hən­dəsi element, sözsüz
ki, heyvan mənşəli naxışdır. O stilizə edilib,
həndəsiləşdirilib. Ətraflara burulub haçalanan
qarmaqlar isə onun mənşəyinin yerli ənənələrə
bağlı olduğunu aşkar göstərir.
Xalçanın haşiyə zolağında və ara sahəsində,
elementlərdə isti­fadə edilmiş rənglər çox yum-
şaq tonlarda seçilib. Təbii boyaq maddəsindən
istifadə edildiyi üçün bu rənglər illər ötdükcə
öz kəskinliyini itirmiş və daha da müdrik ça-
larlar üzə çıxmışdır.
İlmələrin sıxlığı 32x43 sm, xovu1 sm-dir. İplər
ağ, qırmızı, sa­rı, bənövşəyi, yaşıl, qara, mavi,
sürməyi rənglərdə təbii yolla bo­yanmışdır və
quzu yunundan əyrilmişdir. Çox az hissəsini
pe­şəkar bərpaçı təmir etmişdir. Xalçanın sax-
lanma vəziyyəti əladır; bə­dii, tarixi və elmi
əhəmiyyət kəsb edir. Xalça Azərbaycanda şəx­
si kolleksiyada saxlanılır.
1...,82,83,84,85,86,87,88,89,90,91 93,94,95,96,97,98,99,100,101,102,...124