92
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
92
Təqdim olunan xalça Borçalı mahalının Qa-
raçöp kəndində toxunubdur. Qaraçöp xalça-
ları Azərbaycan xalçaları içərisində dünyada
ən çox tanınan və dəyərləndirilən xalçalardır.
Bu naxışda Qazaxda, Borçalıda və İrəvan ma-
hallarında çoxlu sayda xalçalar toxunmuşdur.
İrəvan və Borçalı toxucuları belə xalçaların xo-
vunu çox qalın edirdilər. Bəzi hallarda onun
hündürlüyü 2 sm-ə çatırdı. Qazaxda isə xovun
hündürlüyü 1 sm olurdu. Bu xal­çanın ölçüsü,
rəng həlli və mükəmməl toxunuşu onu sənət
incisi adlandırmağa əsas verir.
Xalçanın yuxarı hissəsində h. 1252 tarixi var-
dır.
Xalçanın qırmızı yerlikli ara sahəsində böyük
ölçülü sək­kiz­bucaqlı göl yerləşdirilmişdir. Gö-
lün mərkəzində, “dördünsür” elementlərinin
içərisində göy və açıq-yaşıl yerlikdə sarı
rəngli bir cüt “qoşabuynuz” və mərkəzdə
qırmızı dördbucaqlı elemen­tin içərisində isə
nisbətən kiçik ölçülü “qoşabuynuz” moti-
vi təsvir edilmişdir. Gölün yuxarı və aşağı
hissəsində eyni motivlər dördbucaqlı ele­
mentlərin içərisində işlənmişdir. Gölün ağ
yerlikli boşluqları altıləçəkli gül, kiçik ölçü-
lü səkkizbucaqlı həndəsi və “gözqaytarıcı”
rombvari elementlərlə doldurulmuşdur. Gö-
lün künclərində xaricdən göy, yaşıl, qırmı-
zı, ağ kvadratşəkilli və nöqtəvari elementlər
ümumilikdə cecim kompozisiyasını xatırla-
dır. Xalçanın ara sahəsinin yuxarı və aşağı
hissəsində ağ yerlikli kənarları göy rənglərlə
işlənmiş dördbucaqlı qoşa həndəsi element
ümumi kompozisiyanı tamamlayır. Gölün
sağ və solunda yaşıl, sarı rəngli “qoşabuy-
nuz”, aşağı və yuxarı hissədə sarı və göy rəngli
qarmaqlı çıxıntılar işlənmişdir. Xalçanın ara
sahəsinin boşluqlarında altıləçəkli gül, çiçək,
səkkizbucaqlı həndəsi, “S-ə” bənzər motivlər
tərtib edilmişdir. Xalçanın göy yerlikli enli ara
haşiyəsi “Qaraçöp” xalçaları üçün səciyyəvi
olan, bəzi toxucuların “qazayağı” adlandır-
dığı ağ, qırmızı rənglərlə işlənmiş motivlər
və “qayçıbalıq” elementləri ilə doldurulmuş-
dur. Bu elementlər qırmızı, sarı, göy, yaşıl, ağ
rənglərlə tərtib edil­mişdir. Ara haşiyə xaricdən
sağ və solda içərisində açıq-yaşıl, qəhvəyi, ağ
rənglərlə işlənmiş “mollabaşı” motivləri ilə
bəzədilmiş ensiz haşiyə ilə əhatə olunur. Baş
və ayaq hissədə isə ara haşiyə qəhvəyi rəngli
“mollabaşı” elementləri işlənmiş ensiz haşiyə
ilə əhatəolunmuşdur. “Mollabaşı”motivlərinin
kənarları qırmızı “su”larla işlənmişdir. Ara
haşiyəni daxildən qəhvəyi və ağ rəngli dilik-
li elementlər işlənmiş ensiz haşiyə əhatə edir.
Xarici ensiz haşiyənin kənarları şəkəri, göy,
yaşıl, sarı rənglərlə işlənmiş kvadrat formalı
kiçik ölçülü elementlərlə tamamlanır. Zəngin
naxış tərtibatına malik olan bu xalça mürəkkəb
kompozisiyalı xalçalar sırasına daxildir. Xalça-
nın rəng həlli texnikasına ustalıqla yiyələnmiş
sənətkar heyrətamiz dərəcədə ahəngdar ko-
loritli bir xalça yaratmışdır. Bu xalçada rəng
çalarları palitrası çox zəngindir. Xalçanın
ara sahəsindəki ornamental motivlərin rəngi
haşiyə hissəsindəki motivlərdə də təkrarlanır.
Rənglərin uzlaşması ənənəvi qanunauyğun-
luqla həll edilmişdir.
Xalça yaxşı vəziyyətdə qalmışdır. Xovunun
hüdürlüyü 0, 5 sm-ə düşmüşdür. Quzu yu-
nundan alınan iplər əldə əyrilmiş və təbii yolla
bitkilərdən alınmış boyalarla rənglənmişdir.
İlmə sıxlığı 28x45 sm-dir. Xalça üzərində
cüzi təmir-bərpa işləri aparılmışdır. Xal-
ça tarixi, elmi və bədii əhəmiyyət kəsb edir.
Azərbaycanda şəxsi kolleksiyada saxlanılır.
1...,84,85,86,87,88,89,90,91,92,93 95,96,97,98,99,100,101,102,103,104,...124