96
Azərbaycan xalçaları / QAZAX-BORÇALI QRUPU
96
Xovsuz zili xalçası Tovuz rayonunun Xatın-
lı kən­dində toxunub. Zilinin ölçüsü, rəngləri,
toxunuşu onu deməyə əsas verir ki, toxucu bu
nadir sənət nü­munəsini özü üçün, diqqətlə və
uzun müddət ərzində toxuyub. Belə kompozi-
siyaya malik olan zi­lilərə Qarabağ, Gəncə və
Borçalı toxucuları da müraciət edərək, öz fərdi
üslublarını toxunuş texnikasına tətbiq ediblər.
Toxucunun zilinin iplərini hazırlamaq üçün
xeyli əmək sərf etməsi dərhal duyulur. Yunun
yuyulması, daranması və əyrilməsi bir neçə
dəfə aparıldığından, bu incəlik əldə olunmuş-
dur. Həmçinin rənglərdən də duyulur ki, iplər
xüsusi qaydada boyanıb. Bu ziliyə istər xalça
ekspertləri, istərsə də sənətşünaslar yüksək
dəyər vermişdirlər. ABŞ-ın Los-Anceles ştatın-
da çıxan jurnalların birində bu zilinin müxtəlif
formalarının təsviri üz qabığında verilmişdir.
Zilinin yerliyi sürməyi, yelən zolağı üç
hissədən ibarətdir; haşiyə zolağında iki para-
lel cərgə mollabaşı yelən elementi, ana haşiyə
zolağı isə şərti olaraq “ocaq” adlanan həndəsi
elementlə bəzədilib. Bu zolaqların arasında
toxunmuş suların üzərində isə ağ və açıq-
qəhvəyi rəngli alamuncuqlar yerləşdirilib. Zi-
linin ara sahəsində isə büsbütün həndəsi, zo-
omorf elementlər toxunub. Həndəsi naxışlar
mücərrəd for­malıdırlar, səkkizguşəli ulduz,
onların arasında köndələn “S”lər var, zoomorf
element kimi isə ev quş­ları və mifoloji quşlar
seçilib.
Zili, sanki, bir həyat tərzinin dastanıdır. Bu
məmu­lat üzərində damğaların yeni bədii üs-
lubda formalaşdığını görürük. Xalq ənənəsi
əsasında toxunmuş zili özündə köçmə mal-
darlar incəsənətini yaşadan abidəyə çevril-
mişdir. Ümumiyyətlə, xalçaları təsnif edərkən
məlum olur ki, ən arxaik, köçmə həyat tər­zinə
məxsus incəsənət ilə əlaqəli olan əlamətlər
da­ha çox xovsuz xalçalar üzərində qorunub
saxlan­mışdır. Çünki xovsuz xalçalar yaran-
ma dövrünə gö­rə xovlulardan daha öncəki
mərhələnin məhsu­lu olduğu üçün, ən qədim
türk elementləri onlarda cəm­­ləşib. Bu amili to-
xunmuş zili nümunəsinə də şamil etmək olar.
Zili üzərindəki bütün naxışlar asimmetrik-
dir. Bu, toxucunun fantaziyasının məhsuludur.
Bu xalq ya­­radıcılığı nümunəsində toxu-
cu bəzən naxışları əmələ gətirən ilmələri
“atarkən” yanlış hesablamalara yol verdiyi
üçün elementlərdə ölçülər fərqli olmuşdur;
yar­ımçıq elementlər belə mövcuddur. Ümu­
mi­likdə xalça bütün bu qeyri-mütənasibliyi ilə
daha orijinaldır.
Zili çox yüksək sıxlıqda–35x60 sm olmaqla
toxunmuşdur. Zilidə istifadə olunan rənglər
təbii yolla alınmışdır. Xatınlı kəndinin zəngin
təbiəti, bitki örtüyü buranın xovlu və xovsuz
xalça məmulatlarına min-bir rəng bəxş edib.
Azərbaycanın qırmızı kitabına daxil olan Bi-
birçteyn dağlaləsi də bu kəndin ətrafında bitir.
Nümunə istismar müddətində heç bir zədə
almamışdır. Bu da onu deməyə əsas verir ki,
ziliyə is­tifadəçi diqqətlə yanaşmış, ona qulluq
etmiş və hə­mişə divardan asmışdır. Saxlanma
vəziyyəti əla­dır. İpləri yundandır. Zili tarixi, elmi
və bədii əhəmiyyət kəsb edir; Azərbaycanda
şəxsi kolleksiyada saxlanı­lır.
1...,88,89,90,91,92,93,94,95,96,97 99,100,101,102,103,104,105,106,107,108,...124