8
xalçalarının elementinə çevrilib. “Vaq-bağı” zahiri gö­rü­nü­
şünə görə stilizə edilmiş baş təsviridir. Xalçalarda in­san,
quş, fil, şir, it, keçi başının bir element kimi yer alması da
elə “vaq-bağı”nın təzahürü hesab olunur. Onların bir qay-
da olaraq bitki ornamentlərinin əhatəsində, gül-çiçək fo­
nun­da verilməsi də məqsədli olub, mahiyyətcə fərqli olan
ele­mentlərin sintezinin ümumi məna-məzmunun zən­gin­
ləşdirilməsinə yönəldilmişdir.
“Yelən” haşiyənin ən enli zolağı olmaqla Təbriz qrupu xal-
çalarının naxış örtüyündə önəmli rol oynayır. Haşiyə sırası-
nın mərkəzində yerləşən yelənə münasibət zaman-zaman
fərqli olub. Ondan kompozisiyanın başlıca məzmununa
uy­ğunlaşdırılmış məna daşıyıcısı kimi, çox vaxt isə, sadəcə,
mərkəzi sahəni əhatələyən, ona kolorit baxımından yaxın
olan rəngləri ilə bitkinlik verən dekorativ element kimi is­
ti­fadə etmişlər. Təbriz xalçalarında ikinci xüsusiyyət üstün-
lük təşkil etsə də, son dövrlərdə müasir sənətkarlar tə­rə­
findən yelənlərin də təkrarlanmayan element və düşündü­
rücü məz­munla yükləndiyini müşahidə etmək mümkün-
dür. Təb­riz qrupu xalçalarının yelənlərində daha çox çiçək
xonça­larına, bulud motivlərinə, üzəri çiçək və yarpaqlı ör-
tülü dalğavari budağın təsvirinə, kiçik kətəbə və spirallara,
eləcə də epiqrafik bəzəyə rast gəlmək mümkündür.
“Epiqrafik bəzək” bir element kimi Azərbaycan xalçaçı­
lığında ən çox Təbriz qrupuna aid nümunələrdə istifadə
olu­nur. Əsasən “Qurani-Kərim”dən götürülmüş ayələrdən,
Allahı, islam peyğəmbərini və hökmdarları mədh edən kə­
lamlardan, məşhur şairlərin misralarından ibarət bu epiqra-
fik bəzəklər ərəb qrafikasında – “nəstəliq” və “nəsx” xətlə
ya­zılardı. Azərbaycanda islam dininin yayılması Təb­riz
xal­çaçılığında “Namazlıq” tipli xalçaların yaranmasını şərt­
ləndirdi ki, onların da yuxarı hissəsini – kətəbələrini bəzək
rolunu oynayan yazısız təsəvvür etmək mümkünsüzdür.
Hər bir xalçanın dəyərliliyini, bütünlükdə onun yük­sək
bədii-texniki xüsusiyyətləri, yəni, ecazkar naxış örtüyü
ilə yanaşı, həm də onun ovqat daşıyıcısı olan gözoxşayan,
cəl­­bedici rəngləri şərtləndirir. Təsviri və dekorativ-tət­biqi
sə­nətin bütün növ və janrlarının təhlili göstərir ki, Azər­b­ay­
can xalqı, daha çox, gerçəkliyin ümumiləşdirilmiş bədii
tu­tumda, nikbin ovqatlı və təsirli rənglərlə dərkinə və ifa­
də­sinə meyillidir. Bununla yanaşı, Azərbaycan incəsənəti
üçün onların dünyagörüşünü ifadə edən digər çalarlar da
möv­cuddur. Bu da, heç şübhəsiz, sənətkarların müraciət
et­dikləri mövzu ilə, ona daha təsirli rəng ovqatı vermək
istəyi ilə bağlı olmuşdur. Bütün bunlar da son nəticədə
rənglərin Azərbaycan incəsənətində, o cümlədən də xalça-
çılıq sənətində özünəməxsus çoxqatlı rəmzi məna daşıma-
sına səbəb olmuşdur. Əksər rənglərin müəyyən rəmzləri
ifadə etməsi ənənəsinin sənət əsərlərinə daşınması uğurlu
nəticələr vermişdir. Bunu, dünyanın həm görünən, həm də
bəzən heç görünməyən, hətta mövcud olmayan rənglərinin
xalçalarda əksi də təsdiqləyir. Tarixən təbii rənglərlə öz
“xalça - arzuları”nı ger­çəkləşdirən
azərbaycanlı sənət­karlar vaxtaşı-
rı nəhayətsiz fantaziyalarına ta-
pınmaqla təbiətdə mövcud olan
bitkilərin qarışığından reallıqda
heç vaxt görünməyən elə rəng
çalarları yaratmışlar ki, onların
bəzilərinin alınma tərkibi indiyə
kimi sirr olaraq qalmaqdadır. Elə bu
səbəbdən də rənglərin bir-birindən
fərqlənən çoxsaylı çalarları yara-
dılmış və xalçalarda istifadə olun-
muşdur. Təbriz qrupunun bir çox
məşhur nümunələrində ağ rəngin
işıqlı arzuların, göy yerliyinin ul-
duzları “daşıyan” səmanın, yaşı-
lın təbiətin yeniləşməsinin, bolluq
və bar-bərəkətin, sarının günəş və
ul­duzların şərti-rəmzi təcəssümü
kimi təqdimatı da bunu təsdiqləyir.
Mavi çaların su və ruha rahat-
lıq gə­tirən qaynaq, qırmızının isə
alov anlamında təqdimatı da xalça
çeşnilərinə rəngarənglik verməklə
yanaşı, onunla göz-gözə qalanlara
mənəvi enerji vermək gücündə idi. Sənətkarlar rənglərin
insanın psixoloji durumuna təsir gücünə inanırdılar və on-
ların bu önəmli xüsusiyyətindən istifadə etməyə çalışırdılar.
Səfəvi dövrü xalçalarında qızıl saplardan istifadənin gü­
nəş işığının rəngi kimi təqdim olunması azərbaycanlı sə­
nətkarların xalçaların rəng örtüyünə rəngarənglik və zən­
gin­lik bəxş etməyə çalışdıqlarını göstərir.
Sənətkarlar həm ornamentli, həm də tez-tez müraciət et­
dikləri süjetli xalçalarda rəngin təsir gücünü onun cəl­bedici
dekorativ anlamından fəlsəfi qavranılmasına – düşündürü-
cü təfsirinə kimi genişləndirməyə nail olmuşlar. Bütövlükdə
isə rənglərin yüksək bədii-estetik dəyər daşıyıcılığının xal­
çanın zərifliyini təmin edən texniki xü­susiyyətlərlə vəh­dəti
Təbriz qrupu xalçalarının dünya şöh­rəti qazanmasını şərt­
lən­dir­miş­dir.
Xalçaların bədii xüsusiyyətləri­nin başlıca cəhəti on-
ların rəng örtüyünün təzadlı olması ilə bağlı idi. Tünd
yerlikdə açıq rənglər, açıq yerlikdə isə tünd rənglər işlədilir.
Urmiya gölündən görünüş.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...84