9
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Təbriz qrupu xalçalarına xas olan bu üsul məmulatın nikbin,
gözəgəlimli koloritə malik olmasını təmin edir. Bu heç də xalça-
larda yumşaq və uyarlı rəng ahəngdarlığının yox olması demək
deyildir. Boyama işi­nin əsası lap qədimdən təbiətdə olan nəbati
boyayıcı maddələrlə qo­yulub və ona görə də əldə edi­lən rənglər
təbiətdə olduğun­dan yük­sək qüvvədə ola bilməyib, rəng­lərin
məntiqi vəhdətini poza bi­lən parıltıya yol verilməyibdir. XIX
əs­­rin sonlarından başlayaraq sin­te­­tik boyaların işlədilməsi,
Qərb ta­cirlərinin tələbi əsasında milli rəng ahəngdarlığına zidd
olan si­fa­rişlər qəbul etmək belə bu ənənəni tam surətdə poza
bil­məmişdir. İstənilən rəng uyarlığını az miqdar boyaların
birləşdirilməsilə əldə etmək özü də Təbriz xalçaçılığının bə­dii
xüsusiyyətlərindən idi.
İnsan təxəyyülünün nəticəsi olan bu ecazkar ornamentlər və
ovqat dəyişkənliyinin əldə olunmasına imkan verən rənglər
sənətkarlara maraqlı və cəlbedici xalça çeşniləri hazırlamağa im-
kan verib.
Xalçaların bədii xüsusiyyətləri konkretləşdirilsə, onda həm
Təbriz, həm də Ərdəbil qrupu xalçalarının, əsasən, iki is­tiqa­
mətdə inkişaf etdiyi aydın olar. Onların bədii həlli süjetli və or-
namentli xalçalar kimi səciyyələnir.
Təbriz qrupuna aid xalçaların süjetli kompozisiyaların­da
Azərbaycan xalçaçılığının çoxəsrlik ənənələrini zəngin­ləşdirən
bədii-texniki məziyyətlər kifayət qədərdir.
“Ovçuluq” kompozisiyası məna-məzmun tutumu­nu obraz-
lı təqdimatla ifadə edən belə toxuculuq nümunə­lərin­dən­dir.
Bu kompozisiyanın əsasını ornament elementləri ilə heyvan və
insan təsvirlərinin qovşağı təşkil edir. Bununla ya­naşı, bu mo-
tivin müxtəlif təfsirlərinə də rast gəlinir. Onların bə­zilərində
insanın vəhşi heyvanları, bir çoxunda ovçuların quşları ovla-
ması, ən nəhayət, heyvanların mübarizəsi görüntüyə gə­tirilib.
Ornamentlər hər bir kompozisiyaya müvafiq müxtəlif cür olsalar
da, meşəni və ağaclığı ifadə edən spiralvari budaqların təsviri
“Ovçuluq” xalçalarının dəyişməz xüsusiyyəti idi. Bəzi hal­larda
bu bədii rolu spirallar yox, sadəcə kiçik ağacın, yaxud ko­lun
təsviri oynayır. “Ovçuluq” kompozisiyasını təkcə ornament
elementləri yox, spirallar, ağaclar və kollar arasında təsvir edi­lən
insan və heyvan fiqurları təşkil edir. Kompozisiyalarda insan-
ların və heyvanların ya hərəkətdə, ya da sakit vəziyyətdə təsvir
olunmasına üstünlük verilib. Ceyran, maral, dağ keçisi, çaq­qal,
dovşan və digər heyvanların , eləcə də pələng, şir, cana­var və
bəbir kimi yırtıcıların təsvirlərinə “Ovçuluq” xalçalarında daha
çox rast gəlinir. Onların xalçanın bütün səthi boyu səpələnməsi,
bəzən də yırtıcının heyvanı ələ keçirib parçalaması səhnəsi sü-
jetin əsasını təşkil edir. Ov motivlərində ovçu öz dəyişməz
köməkçiləri ilə – ov iti və atla təsvir olunub. Bəzi kompozisiya-
larda mifoloji personajların – Simurqla əjdahanın mübarizəsi ilə
yanaşı, Mərkəzi Asiya və Yaxın Şərqin türkdilli xalqlarının, eləcə
də Azərbaycan mifologiyasından əxz olunmuş motivlər əksini
tapıb. Belə süjetlər ovçuların atlı və yaxud piyada təsviri ilə
diqqət çəkirlər. Xalçaçılar təsvirə inandırıcılıq bəxş etmək üçün
süjetlərə ovda gərəkli olan ox, yay, tor, tələ və digər əşyaların
təsvirlərini də daxil etməklə, onları “Ovçuluq” tipli toxuculuq
nümunələrinin səciyyəvi elementlərinə çevirmişlər.
“Ovçuluq” kompozisiyalarının müasir dövrə gəlib çatmış gö­
zəl nümunələri sırasında Azərbaycan muzeyləri ilə yanaşı, ha-
zırda “Viktoriya və Albert” muzeyində, eləcə də Milanın (İtali-
ya) “Poldi-Petsoli” muzeyində saxlanan və XVI əsrə aid edilən
xalçaların adını çəkmək olar. Çeşnisinin ümumi görünüşü klas-
sik “Lə­çəkturunc” kompozisiyası ilə anım yaradan bu xalçanın
Xalça fraqmenti. Yun. Xovlu. XVI əsrin ortaları.
Təbriz qrupu. Azərbaycan. “Metropoliten”
muzeyi. Nyu-York.
1...,2,3,4,5,6,7,8,9,10 12,13,14,15,16,17,18,19,20,21,...84