10
çox yüksək bədii-estetik dəyəri qarşılığında vaxtilə Səfəvi
hökmdarlarının sarayını bəzədiyi ehtimal edilir. “Ovçuluq”
xalçasının çeşnisinin miniatürçü rəssam Sultan Məhəmməd
tərəfindən çəkildiyi fikri də vardır. Bu da səbəbsiz deyil,
çünki xalçadakı ovçuluq səhnəsinin bədii şərhi o dövrün
miniatür sənətinə xas olan bədii ənənələrə uyğun, ümumi
görünüşü isə onun “Şah ovu” miniatürü ilə səsləşir.
“Ovçuluq” kompozisiyaları arasında XVI əsrdə Təbrizdə
qızıl və gümüş iplərlə toxunan və hazırda “Viktoriya və Al-
bert” mu­zeyində göstərilən bir xalçanın bədii məziyyətləri
yüksək dəyərləndirilir. Ölçü baxımından çox da böyük
olmayan bu xalçada gül-çiçək motivli naxışların fonunda
pələng, şir, canavar, ceyran və s. heyvanlar təsvir olun-
muşdur. Kompozisiya, ilk növbədə, dinamikliyi ilə diqqət
çəkir. Buna heyvanları hərəkətdə verməklə nail olmuşlar.
Kompozisiyanın özünəməxsusluğunu təmin edən motivlər
arasında pələngin ceyranı parçalamasını əks etdirən təsvir
canlılığı ilə yadda qalır. Bu nadir sənət nümunəsinin hər
tərəfdən içərisində mələk təsviri olan üçkünc formalı,
haşiyəli qübbələrlə tamamlanması onun kompozisiya biçi-
minin bənzərsizliyini təmin etmişdir.
“Metropoliten” muzeyindəki, bədii həllində gümüş
iplərdən istifadə olunmuş heyvan təsvirli xalçada (XVI əsr)
isə heyvan və quş təsvirlərinin ornament və xəttatlıq yazısı
ilə əlaqələndirilməsi çox baxımlı bir sənət əsərinin yaran-
masını şərtləndirmişdir. Bu muzeyin kolleksiyasında sax-
lanan digər bir heyvan motivli xalçada (XVI əsr) isə onun
texniki imkanlarını zənginləşdirən me­tal saplardan istifadə
edilməklə, nəbati naxışların heyvan­ların mü­barizəsini əks
etdirən təsvirlərlə kompozisiyanın bütöv­lüyünə yönəli
uğurlu sintezinə nail olunmuşdur.
Təbriz qrupu xalçalarında nəbati naxışlarla yanaşı, stilizə
olunmuş heyvan təsvirlərindən də ornament görkəminə
salınmaqla geniş istifadə olunmuşdur. Onların qovşağının
yer aldığı xalçaların naxış örtüyü isə qeyri-adi dərəcədə ba-
xımlıdır.
Toxuculuq nümunələri arasında mahiyyətcə “Ovçuluq”
xalçaları ilə səsləşən heyvan təsvirli digər çeşnilər də möv­
cuddur. Onlar daha çox “Heyvanat” xalçaları kimi məlum­
durlar. Azərbaycan, o cümlədən də Təbriz qrupu xalçaların-
da əksər ornamentlərin semiotikliyi qarşılığında, çeşnilərə
daxil edilən heyvan və quş təsvirləri də rəmzi mahiyyət
daşımaqla, fikrin açılmasına yönəldilirdi. Bu da xalçaların
ovqatyaradıcı rənglərinə görə cəlbediciliyini təmin etməklə
yanaşı, həm də onun dərin məna-məzmun yükünə görə dü-
şündürücülüyünü şərtləndirib.
Təbriz xalça kompozisiyaları arasında əjdaha və simurq
təsvirli nümunələrə də rast gəlinir. Bu fantastik yırtıcının
və incə varlığın xalçalar üzərində yer almış görüntülərində
nümayiş etdirilən ustalıq o qədər yüksəkdir ki, stilizə olun-
muş bu təsvirlərin yer aldığı çeşnilərin o dövrün məşhur
miniatürçü rəssamları tərəfindən hazırlandığına şübhə ye­ri
qalmır. Belə xalçaların eskizlərini Sultan Məhəmməd, Mir
Seyid Əli və Mirzə Əli (XVI əsr) hazırlamışlar. Bir çox sü­
jetli və ornamentli xalçalarda olduğu kimi bu kompozisi-
yalarda da xalçaçılar görüntüyə gətirilənlərin daşıdıqları
rəmzi mənalarla öz duyğularını da ifadə etməyə çalışmış-
lar. Odur ki, digər süjetli nümunələr kimi əjdaha və simurq
təsvirli xalçalar da düşündürücüdürlər. Florensiya (İtaliya)
şəhərində Kiviko Bardininin muzeyində nümayiş olunan və
“Metropoliten” muzeyinin kolleksiyasını bəzəyən xalçalar
(XVI əsr) məhz belə sənət nümunələridirlər.
Süjetli Təbriz xalçaları arasında özünəməxsus bədii həlli
ilə seçilən “Dörd fəsil”, ilk növbədə, sənətkarlara öz yara-
dıcı fantaziyasının zənginliyini ifadə etməyə imkan verən
kompozisiya kimi məşhurdur. Xalçanın əsas süjetlərini
ilin fəsillərinin təsviri təşkil edir. Dörd yerə bölünmüş əsas
sahədə yaz, yay, payız və qış fəsillərini əks etdirən motivlər
həkk olunub. Bir qayda olaraq təsvirli haşiyə ilə əhatələnmiş
Qacarlar sülaləsinin iqamətgahı. Təbriz.
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...84