11
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
bu süjetlər, əsasən, insanların müxtəlif fəsillərdə tuş gəl­dik­ləri
əmək və iş qayğılarını, fəsillərlə və inanclarla bağ­lı rəmzləri,
Zodiak bürclərini, Şərq ədəbiyyatının mifoloji ob­razlarını əks
etdirsə də, bir çox hallarda onların dövrün məşhur memarlıq
abidələri ilə əhatələnməsi təsvirlərə hə­yatilik və inandırıcılıq
bəxş edib.
“Dörd fəsil” xalçalarını özlərinin düşüncələrinin ifadə va­
sitəsi hesab edən sənətkarlar hər dəfə yeni çeşnidə Azər­baycan
dekorativ-tətbiqi sənəti, o cümlədən də xalçaçı­lıq üçün səciyyəvi
olan ornament və təsvirlərin rəmzi mahiy­yə­tindən istifadə
etməyə çalışmışlar. Onlar kompozisiyanı təşkil edən naxış
elementlərində ilin müxtəlif fəsillərinin mahiyyəti barəsində
insanların qədim və yeni düşüncələrinə bədii-dekorativ görün-
tü verməyə nail olmaqla, onların tutumlu estetik qaynaq kimi
qəbulunu şərtləndirmişlər.
İlin dörd fəslinə bədii-dekorativ, “xalça dili” ilə görüntü verən
sənətkarların xalqa qürur gətirən möhtəşəm me­mar­lıq tikililəri
ilə yanaşı, kompozisiyalara tanınmış şair və fikir adamlarının
portretlərini daxil etmələri isə belə şəx­siy­yətlərə hörmət və eh-
tiram əlaməti olmaqla yanaşı, həm də xalçaların cəlbediciliyini
təmin etmək məqsədi da­­şı­yırdı. Bu mənada R. Mustafayev adı-
na Azərbaycan Döv­lət İncəsənət Muzeyində və Nizami Gəncəvi
adına Mil­li Azərbaycan Ədəbiyyatı Muzeyində nümayiş etdi­ri­
lən bir neçə xalçanın (XIX əsr), eləcə də vaxtilə Şah Təh­ma­si­bin
İmam Rzanın məqbərəsinə hədiyyə etdiyi və hazır­da Məş­­həd
(İran) muzeyində saxlanan ecazkar sənət nümu­nə­sinin adını
çəkmək olar. Bu xalçalarda Göy məscid, Olcay­tu Xudabəndə
türbəsi, Təxti - Cəmşid saray kompleksi, İmam Rza məqbərəsi
və digər məşhur abidələrin, eləcə də Ömər Xəyyam, Firdovsi,
Sədi və Hafiz kimi söz xiridarları­nın təsvirlərinin “Dörd fəsil”
xalçalarında yer alması da de­yi­lən­ləri təsdiqləyir.
Təbriz qrupu nümunələri arasında mahiyyətcə “Dörd fə­sil”
kompozisiyasının məna-məzmun yükü ilə uyğunluq təşkil
edən çoxsaylı xalçalar mövcuddur. Ümumi olaraq “Meşə­li”
və “Bağçalı” adlandırılan xalçalarda Təbriz qrupuna məx­sus
“Bağ-behişt”, “Bağ-meşə”, “Sərvistan” və s. nümunələrdəki or­na­
mentlərlə səsləşən rəmzi mənalı təsvir motivlərinə və ayrı-ayrı
elementlərə rast gəlmək mümkündür. “Meşəli” xalçalarının mo-
tivinin zənginliyinə görə ən diqqət çəkənləri sırasında bir parça-
sı Parisin (Fransa) Dekorativ sənətlər muzeyində, digər hissəsi
isə Krakov (Polşa) muzeyində göstərilən iri ölçülü xalçanın adını
çəkmək olar.
Luvrda (Fransa) nümayiş etdirilən və üzərində meşə ilə ya-
naşı, bu yerlərin ayrılmaz atributu olan heyvanların əksi olan
xalçanın (XVI əsr) təsvirləri incəliyinə görə öz-özlüyündə qədim
miniatür motivləri ilə səsləşməklə yanaşı, bütünlükdə həm də
azərbaycanlı sənətkarların yaradıcı təxəyyülünün genişliyini nü-
mayiş etdirir.
Lionda Tyüsso muzeyindəki xalçada (XVI əsr) heyvanların
ölüm-dirim mübarizəsini əks etdirən motivin ümumi kom­po­zi­
si­ya­ya daxil edilməsi “meşəli”yə bir qədər də dramatizm bəxş
etmişdir.
Təbrizdə xalça toxuyan qadın.
Xalça fraqmenti. Yun. Xovlu. XVI əsr.
Təbriz qrupu. Azərbaycan. “Viktoriya və Albert”
muzeyi. London.
Təbriz qrupu nümunələri arasın­da
mahiyyətcə “Dörd fə­sil” kompozi­siya­
sının məna-məzmun yükü ilə uyğunluq
təşkil edən çoxsaylı xalçalar mövcuddur.
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...84