12
Milandakı Poldi-Petsoli muzeyindəki “meşəli” xalçası da na-
xışlarının zənginliyi ilə seçilir. Belə ki, burada quşlarla gülləri
əks etdirən mərkəzi gölün ətrafındakı sahədə müxtəlif quşların
və qanadlı mələklərin əyilmiş gövdəli ağaclarla, eləcə də bütün
səth boyu yayılmış çoxsaylı budaqların xüsusi ritmə köklənmiş
təsvirinin yaratdığı ecazkarlıq danılmazdır.
Təbriz qrupu xalçalarına xas zəriflik nişanəsini özündə yaşa-
dan motivlər arasında “Bağçalı” adlananlar da özünəməxsus
bə­­dii-estetik məziyyətə malikdirlər. Xalçaçılar, sanki, öz döv-
rünün tanınmış miniatürçüləri ilə yarışırmış kimi ilmələrdən
ecazkar səhnələr yaratmaqdan usanmırdılar. Xalça çeşnilərində­
ki çiçəklənən bağların, gözoxşayan düzənliklərin, çayların və
şə­la­lələrin nəğməkar quşlarla təsviri, az qala, miniatürlərdən
“gəl­mə” kimi qəbul olunurdular. Xalçaçıların bu motivlərin xal­
ça həlli üçün uğurlu bədii stilizə vasitələri tapa bilmələri, təs­
virlərin inandırıcı dekorativliyinə nail olmaları onların yük­sək
sənətkarlıqlarının göstəricisi idi. Dünya xalçaçılığı, eləcə də
Azərbaycan incəsənəti, üzərində ürəkaçan bağ motivləri olan
çoxsaylı toxuculuq nümunələri ilə zənginləşmişdir. Onların
mü­­asir dövrə gəlib çatmış ən qədimi (XVI əsr) Vyana İncəsənət
Mu­zeyində (Avstriya) saxlanılır. Xalçanın kompozisiyasını ger­
çək bağın stilizə olunmuş təsviri təşkil edir. Mərkəzi su axını-
nın təsviri kimi təqdim olunan və bunu sahənin müxtəlif ölçü­lü
altı düzbucaqlı zolağa bölünməsi ilə əldə edən xalçaçılar, müx­
təlif əlvan bəzəkli bu zolaqların kəsişmə nöqtələrində içərisi
balıqlı su tutumunu görüntüyə gətirməklə ümumi kompozisi-
yanın təsirliliyini əldə etmişlər. Yuxarıda yerləşdirilmiş iki zo-
lağın fonunda üzərində çiçəkli kollar təsvir olunmuş uzadılmış
göllər verilmişdir. Bu göllərin iki tərəfdən budaqları quş təsvirli
ağaclarla əhatələnməsi də xalçanın bədii dəyərinə önəmli təsir
göstərmişdir. Kompozisiyaya daxil edilmiş digər dörd zolaq da
maraqlı elementlərlə zənginləşdirilib. Bu üç qoşa düzbucaqlının
hər birinin üç quş fiquru ilə tamamlanmasını da uğurlu bədii
tapıntı saymaq olar.
Pensilvaniya incəsənət muzeyində (ABŞ) və Tehran xalça mu­
ze­yində (İran) saxlanan XVI əsrə aid xalçalarda, eləcə də “Met-
ropoliten” muzeyinin kolleksiyasındakı XVII əsrə aid xalçada
“Bağçalı” kompozisiyasının çeşnidən-çeşniyə yeniləşən maraqlı
bədii həlli vardır.
Təbriz qrupu xalçaları arasında “Ağaclı” kompozisiyasını ele­
mentlərinin anım yaratmaq gücünə görə müəyyən qədər “Dörd
fəsil”in “törəməsi” də hesab etmək olar.
“Ağaclı” öz adını daşıdığı kompozisiyaya müvafiq olaraq al-
mışlar. Bu kompozisiya növününMərkəzi Asiya və Qafqazda ge-
niş yayılmasına baxmayaraq, Təbrizin “Ağaclı”sı fərqli və daha
özünəməxsusdur. Bu çeşninin mərkəzi hissəsini, əsasən tək, bir
çox hallarda isə bir-neçə ağac və kol təsviri təşkil edir. Ağaclar
kompozisiya yaradıcısının zövqünə uyğun fərqli görünüşə ma-
lik olurlar. Kompozisiyaya ürəkaçan təbiət motivini daha da
gözəlləşdirən zərif heyvan təsvirlərinin daxil edilməsi də xalça
yaradıcılarının incə zövqündən və fantaziyasının genişliyindən
xəbər verirdi.
Adətən, yaz ovqatlı ağaclar çiçək açmış vəziyyətdə, payız li-
baslı ağaclar isə meyvəli –alma, yaxud narla təsvir olunardılar.
Bəzən sərv, söyüd və digər ağacların stilizə olunmuş təsviri olan
kompozisiyalara da rast gəlinir. Çeşnilərin əsas məna-məzmun
yükünün daşıyıcısı olan bu ağaclar çox vaxt xalq arasında daşı-
dığı müxtəlif rəmzlərə uyğun olaraq kompozisiyaya daxil edilir-
di. “Ağlayan söyüd”ü məhəbbət rəmzi, palıdı – güc və mərdlik,
narı – uğur rəmzi kimi təqdim edən sənətkarlar Azərbaycan xal-
Azərbaycanlı rəssamların XVI
əsrdə miniatür sənəti sahəsində
qazandıqları uğurların o
dövrdə mövcud olan digər bədii
sənətkarlıq sahələrinə təsir
göstərməsi təbii idi.
Xalça fraqmenti. Yun. Xovlu. XVI
XVII əsrlər.
Təbriz qrupu. Azərbaycan.
“Viktoriya və Albert” muzeyi. London.
Xalça fraqmenti. Yun. Xovlu. XVI
XVII əsrlər.
Təbriz qrupu. Azərbaycan.
“Viktoriya və Albert” muzeyi. London.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...84