13
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
çaçılığında təbiət motivlərinin obrazlı təqdimatının mümkünlü-
yünü nümayiş etdirmişlər.
Bu çeşninin Azərbaycan xalçaçılığında bu günə kimi yer al­
maq­da davam etməsi və bədii cəhətdən bir qədər də zən­gin­ləş­
di­rilməsi heç şübhəsiz onun aşıladığı bədii-estetik yükün hə­
mi­­şəyaşarlığından xəbər verir. Bu gün L. Kərimov adına Azər­
baycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyində gös­tə­
rilən əski “Ağaclı” (XX əsrin əvvəlləri) və bu çeşninin təfsiri ilə
yaradılan müasir “Şəbi-hicran” (müəllifi E. Mikayılzadə) xalça­sı
qədim bədii ənənələrin yaradıcılıqla davam etdirilməsini və zən­
ginləşdirilməsini özündə yaşadır.
Azərbaycan incəsənətində insan təsvirli xalçalara bilavasitə
Təbriz toxuculuq nümunələrində rast gəlinməsinin Səfəvilər
dövründə Təbrizdə sənətkarları öz ətrafına toplayan saray ki-
tabxanasının fəaliyyəti ilə əlaqələndirilməsi məntiqlidir. Azər­
baycanlı rəssamların XVI əsrdə miniatür sənəti sahəsində qazan-
dıqları uğurların o dövrdə mövcud olan digər bədii sənətkarlıq
sahələrinə təsir göstərməsi təbii idi. Ona görə də o dövrdə,
əslində, Azərbaycan incəsənətinin ortaq təsvir dilinə çevrilən
əski miniatür sənəti bədii ənənələri xalçaçılıqda da özünü ifadə
etmişdi. Müasir dövrə gəlib çatmış qədim xalça nümunələrinin
bədii həllində miniatür rəssamlığı ilə səsləşən məqamların möv-
cudluğunu da, əslində, sözün əsl mənasında bir-birinin qonşu-
luğunda yaradılan xalçaçılıq və miniatürçülüyü birgə yaradıcı-
lıq səylərinin nəticəsi hesab etmək olar. Xalçalardakı müxtəlif
məzmunlu təsvirlərin ifadəsindəki yüksək sənətkarlıq da bu
çeşnilərin yaradılmasında o dövrün tanınmış miniatürçülərinin
iştirakı barəsində söylənilən fikirlərin həqiqət olduğunu vurğu­
la­mağa əsas verir. Bu mənada yuxarıda adları çəkilən süjet-
li xalçalarla yanaşı, Təbriz qrupuna aid “Leyli və Məcnun”,
“Fərhad və Şirin”, “Xəyyam”, “Dərviş”, eləcə də digər Şərq və
Azər­baycan folkloru və ədəbiyyatı ilə bağlı süjetli nümunələ­rin
adını qeyd etmək olar. L. Kərimov adına Azərbaycan xalçası və
xalq tətbiqi sənəti Dövlət muzeyinin kolleksiyasındakı “Ömər
Xəyyam öz sevgilisi ilə” (XIX əsr), “Şeyx Sənan” (XX əsrin əv­
vəlləri), “Dərviş”, Nizami Gəncəvi adına Milli Azərbaycan
ədə­biyyatı muzeyində göstərilən “Məlik Məmməd” (XX əsrin
əv­vəlləri), R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət
Muzeyindəki “Dərvişlər” (XIX əsr), Şərq ölkələri xalqlarının
Döv­lət incəsənət muzeyinin (Moskva) ekspozisiyasını bəzəyən
“Rüstəmin döyüşü” (XX əsrin əvvəlləri) xalçaları da belə sənət
nümunələrindəndir.
Təbriz qrupu xalçalarının çoxsaylı çeşniləri arasında süjetlilərə
nisbətən ornamentli xalçalar çoxluq təşkil etmişdir. Bunu həm
müsəlman dünyasında canlı təsvirinə münasibətlə, həm də xal-
çaların döşəməyə salınması ilə əlaqələndirmək mümkündür. Di­
gər tərəfdən milli bədii sənətkarlığın bütün sahələrində rəmzlər­
lə “danışmağa” üstünlük verən, elementlərin semiotiklinə səy
göstərən yerli ustaların son nəticədə xalçanı Azərbaycan xal-
qının “danışıq dilinə” çevirmələri qarşılığında düşüncələrini
təsvirdən çox, naxışlarla ifadə etmələrini təbii saymaq olar.
Təbriz qrupuna aid ornamental xalçalar arasında “Ləçək­
turunc”, “Əfşan”, “Xətai” və “İslimibənd”in kompozisiyaları­
nı naxış örtüyündəki nəbati elementlərin xüsusi axıcı ritmə
uy­ğun­laşdırılması təşkil edir. Çox vaxt mahiyyətcə mürəkkəb
olan bu kompozisiyalar gözoxşayan spiralvari (hələzun) ritmə
tabe olduğundan, məna-məzmun daşıyıcısına çevrilən və stilizə
olunmuş ləçəkli nəbati naxışlar, qönçə, gül və yarpaq təsvirlə­
ri ovsunlayıcı görkəm almaqla, xalçanın bədii-estetik tutumu-
nun ecazkarlığını təmin etmişdir. Bu kompozisiyaların bədii
Miniatür. "Şərab məclisi". Sultan Məhəmməd. 1525-ci il.
Xalça fraqmenti. Yun. Xovlu. XVI
XVII əsrlər.
Təbriz qrupu. Azərbaycan.
“Viktoriya və Albert” muzeyi. London.
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...84