14
həl­lini səciyyələndirməklə Təbriz qrupuna aid nümunələrin
çeşnilərində nəbati naxışların özündə hifz etdiyi bədii-fəlsəfi
məna-məzmun yükünün onların yüksək dəyərli sənət əsərlərinə
çevrilməsini şərtləndirdiyinə əmin olmaq mümkündür.
“Ləçəkturunc” Yaxın Şərq, eləcə də Azərbaycan dekorativ sə­
nətində xalçaçı-rəssam təxəyyülünü nümayiş etdirməyə imkan
verən ən məşhur naxış kompozisyalarındandır. Bu məşhur çeş-
ninin, təxminən, IX – X əsrlərdə yaradıldığı güman edilir. Onun
əsasını başlıca olaraq iki element – kompozisiyanınmərkəzindəki
göl (turunc) və künclərindəki ləçəklər təşkil edir. Azərbaycanlı
sənətkarların çoxsaylı “Ləçəkturunc” xalçalarında turunclər də,
ləçəklər də bir-birindən fərqli, müxtəlif formalıdırlar. Bu göl-
turunclərin səkkiz, on iki, hətta on altı (“Şeyx Səfi” xalısı) gu­
şə­lisinə rast gəlmək mümkündür. Turunclər kimi ləçəklər də
bir qayda olaraq çeşidli formada olurlar. Kompozisiya həllində
bəzən ləçəklər turuncün dörddə bir hissəsinin künclərdə sim-
metrik təkrarından da yaradılır. Turunc və ləçəklər arasındakı
sahə bir qədər sadə biçimli xalçalarda naxışsız, daha mürəkkəb
kompozisiyalı nümunələrdə isə stilizə olunmuş çiçəklərin və
yarpaqların spiralvari budaqları ilə bəzədilir. “Ləçəkturunc” göl­
lü-medalyonlu xalçalar arasında bədii həllin bitkinliyinə və ka­
milliyinə imkan verən ən yaxşı kompozisiyalardandır. Bu bədii
kamilliyi özündə yaşadan ən gözəl nümunə bütün dövrlərin ən
yaxşı “Ləçəkturunc” ənənələrini özündə yaşadan məşhur “Şeyx
Səfi” xalçalarıdır.
Bunu həmin tip xalıların yüksək, bəlkə də, əlçatmaz hesab
olu­nan bədii-texniki xüsusiyyətlərinin şərtləndirdiyi də bir­
mə­nalıdır. “Şeyx Səfi”nin naxış örtüyünü təşkil edən “ləçək­tu­
runc”ün bütün dövrlərdə yaradılan eyni adlı kompozisiyanın
ən mürəkkəbi, ən kamili olduğunu da vurğulamaq lazımdır.
Bu­rada xalının mərkəzini təşkil edən onaltıguşəli turuncdən baş­
lamış digər hissələri təşkil edən naxışlara, eləcə də mərkəzi sa­
həni əhatələyən haşiyəyə kimi bütün elementlər qeyri-adi bədii-
estetik tutumu və bədii-texniki kamilliyi ilə heyrət doğurur.
Buna təkcə elə XVI əsrdə toxunan, ölçü baxımından bir-bi­ri­
nə çox yaxın olan və hazırda London, Los-Anceles və Tehran
mu­zeylərində nümayiş etdirilən “Şeyx Səfi” xalılarının naxış
örtü­yünə nəzər yetirməklə əmin olmaq mümkündür. “Şeyx
Xalça fraqmenti. Yun. Xovlu. XVII əsr.
Təbriz qrupu. Azərbaycan. Şəxsi kolleksiyadan.
Təbrizdə xalça toxuyanlar.
Yaxın Şərqdə və bütün Qafqazda
toxuculuq sənətinin təşək­külünə
duyulası təsir göstərmiş Təbriz
qrupuna aid nümunələr arasında
burada toxunan eyni adlı “Təbriz”
xalçasının da rolu danılmazdır.
Onların kompozisiyasının
mərkəzini, bir qayda olaraq,
böyük göl – medalyon təşkil edir.
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...84