16
eləcə də qızıl və gümüş saplardan istifadə ilə ərsəyə gətirilənləri
onların zahiri görkəminə xüsusi gözəllik bəxş et­məklə, həm də
Azərbaycan xalçaçılığının texniki imkanlarının ge­nişliyini nü-
mayiş etdirirdi.
Azərbaycan xalçaçılığında, eləcə də dekorativ sənətin bir çox
növlərində geniş yayılmış naxış formalardan birinin yaratdığı
müstəqil kompozisiya “Əfşan” adlanır. Lüğəti mənası əsasən
“səp­mək” və “yaymaq” olan “Əfşan”ın kompozisiyası, başlıca
ola­­raq, naxış elementlərinin bir-neçə “hələzun” (spiral) və yaxud
da “piçək” (qıvrım) formalı şaxələr üzərində qurulması ilə alı-
nır. Gül-çiçək təsvirlərinin, yarpaqların və “İslimi” motivlərinin
onlarla əlaqələndirilməsi kompozisiyanın bütövlüyünü təmin
etməklə, bütünlükdə ovsunlayıcı bir görüntü əmələ gətirir. Bu
kompozisiyadan XVI – XVII əsrlərdə daha tez-tez istifadə olun­sa
da, toxunan yüzlərlə xalçanın heç biri digərini nə naxış örtü­
yünə, nə də rənginə görə təkrar etməmişdir.
Berlin (Almaniya) Dövlət muzeyindəki xalça, “Viktoriya və
Al­bert” muzeyi və Amerika incəsənət qalereyasını bəzəyən nü­
munələr, eləcə də “Metropoliten” muzeyinin kolleksiyasında
sax­lanılan əsər (XVI əsr) və digər neçə-neçə toxuculuq nümunəsi
“Əf­şan” kompozisiyasının bədii-estetik imkanlarının sonsuzlu-
ğunu təsdiqləyən xalçalardırlar.
“Heris” ( çeşni öz adını Təbrizin şimali – şərqində yerləşən qə­
səbədən götürüb) kompozisiyalı nümunələrin sıxlığı bütünlük­
də Təbriz qrupu xalçaları üçün səciyyəvi olan sıxlıqdan az olsa
da, onlar bədii həllinin özünəməxsusluğu ilə başqalarından
fərqlənir. Onun kompozisiyası və detalların ümumi formaları
“Ləçəkturunc”ün çeşnisi əsasında, əyri xətli nəbati naxışlardan
yaradılıb. “Viktoriya və Albert” muzeyində nümayiş et­dirilən
“Heris” xalçası bu bədii məziyyətləri özündə yaşadan sənət
nümunələrindəndir.
“Görəvan” (onun adı Herisin yaxınlığındakı kənddən götürü-
lüb) xalçasının bədii və texniki xüsusiyyətləri “Heris”in daşıdığı
məziyyətlərlə üst-üstə düşür.
Təbriz şəhərindən ümumi görünüş.
Xalça. Yun. Xovlu. XIX əsr. Təbriz qrupu. Azərbaycan.
Xalça. Yun. Xovlu. XIX əsr. Təbriz qrupu. Azərbaycan.
“Şahabbası” xalçası Səfəvi hökmdarı
Şah Abbasın (1587 – 1629) adı
ilə bağlıdır. Bu kompozisiyanın
Şah Abbasın paytaxtı İsfahana
köçürməsindən sonra meydana
çıxdığını qeyd etmək olar.
1...,8,9,10,11,12,13,14,15,16,17 19,20,21,22,23,24,25,26,27,28,...84