17
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
“Baxşayış” (bu xalça da adını Təbriz yaxınlığındakı qəsə­bədən
götürüb) xalçasının ortası, bir qayda olaraq, hamar yerlikli olur.
Keçmişdə bu hissə dəvə yunundan toxunardı. XIX əsrin ikin-
ci yarısından isə bu yerlik başqa –göy və tünd-qırmızı rəng alır.
Xalçanın ümumi sahəsinin və orta hissədə yerləşən gölün ciddi
mütənasibliyə tabe olması kompozisiyaya tarazlıq və yığcamlıq
bəxş edir. Orta hissənin və haşiyə zolağının mərkəzini təşkil edən
orta kənarənin küncləri çəpinə ensiz zolaqlarla bəzədilir. Bu bədii
xüsusiyyəti, tir­mələrlə səsləşən “Baxşayış”ı Bakı qrupuna daxil
olan “Xilə” və “Suraxanı” xalçalarına yaxınlaşdırır.
“Qərəcə” (bu çeşni öz adını Təbrizdən şimal – şərqdə yer­ləşən
Qərəcədağdan götürüb) kompozisiyasının əsasını xalçanın orta
sahəsində bir-birinin ardınca müxtəlif formalı göl və başlıqların
sıralanması təşkil edir. Bədii tərtibatı bəzəkli həndəsi və əyri xətli
naxışlardan ibarət olan bu xalçalar ümumi görünüşünə görə “Şir-
van” tipli nümunələrlə səsləşir. Adə­tən, uzadılmış formaya malik
olan “Qərəcə”lərin kvadrat biçimlisi də olur. Dünyanın məşhur
sənət saxlanclarında, o cümlədən “Viktoriya və Albert” muzeyində
“Qərəcə” xalçasının XVII əsrdə toxunmuş nümunəsi saxlanılır.
“Ərdəbil” kompozisiyası bu ərazidə qədimlərdən toxunan
mürəkkəb çeşnili süjetli və ornamentli xalçaların layiqli “xə­
ləfi” kimi özündə cəlbedici bədii-texniki məziyyətləri yaşadır.
“Ərdəbil”in müasir dövrə gəlib çatmış nümunələrinə əsasən
demək olar ki, onun bədii mahiyyətində islamla bağlılıq durur.
Ölçü etibarilə çox da böyük olmayan bu xalçadan inanclı insanlar
namaz vaxtı istifadə edirdilər. Odur ki, onun bədii həlli islam di-
ninin tələblərinə müvafiq idi. Bu xalçaya olan tələbatın yarandığı
vaxtdan bu günə kimi azalmaması da onun özündə bədiiliklə dini
dəyərlərə ehtiramı qoşalaşdırması olub.
“Ərdəbil”in orta – əsas hissəsini bəzək örtüyü stilizə olunmuş
nəbati naxışlarla əhatələnmiş dini mahiyyətli nəfis xətlə icra olun-
muş yazılar təşkil edir. Nəfis xəttatlıq nümunəsi də sayıla biləcək
bu yazılar, əsasən, “Quran”dan götürülmüş ayələrdən və müxtəlif
dualardan ibarətdir. Onlar, bir qayda olaraq, xalçanın yuxarı
hissəsində olub, üzəri örtülmür və namaz qılanın oturduğu yerin
qarşısında olur. Belə namazlıq xalçalarının mehrablı olması, on-
ların funksiyası ilə səsləşən kompozisiya elementi olmaqla, onu
dövrələyən naxışların ritmli axıcılığının duyulmasına kömək edən
bədii görüntü olduğu danılmazdır.
“Namazlıq” kompozisiyası bütün müsəlman dünyası ilə ya-
naşı, Azərbaycan xalçaçılığında, xüsusilə də Səfəvilər döv­ründə
dini dəyərlərə böyük ehtiram göstərildiyi mə­kanda da çoxsaylı
nümunələrlə zənginləşmişdir. Şərqdə ilk namazlıq xalçalarının
Azərbaycanda – Təbriz şəhərində to­xunduğu da maraqlı faktdır.
Bu mülahizə bu tip xalçaların Azərbaycanda daha geniş yayılma-
sına və onun ən yaxşı nümunələrinin bu torpaqda yaradılmasına
əsaslanır. Azərbaycanda “Canamaz”, “Namazlıq”,“Mehrabi”,
digər müsəlman ölkələrində isə “Tağı” və “Səccadə” adlanan bu
tip xalçaların Təbriz qrupu ilə bağlı olanları həm ölçü, həm də
kompozisiyasına görə bir-birindən fərqlənirlər.
Bu tip xalçalar başqalarından həm kompozisiyasına, həm də
ölçülərinə görə fərqlənir. Namazlıqlar, adətən, bir nə­fərin istifadəsi
üçün nəzərdə tutulur. Bəzən üç-beş nəfə­rin, nadir hallarda isə
daha çox adamın namaz qılmasına imkan verən xalçalar toxunur.
Məscidlərə hədiyyə olunmuş iri xalı – namazlıqlar kütləvi şəkildə
namaz qılınması üçün nə­zərdə tutulur. Topqapı sarayı muzeyində
(Türkiyə) saxlanan namazlıq (XVI əsr) kompozisiyasının bədii
həllinə gö­rə çox orijinaldır. Çeşninin naxış elementlərini təşkil
edən bulud və gül palmetlərlə insan çöhrəsinin əsas səciyyəvi
xüsusiyyətlərini özündə əks etdirən gözlər, qaşlar və burun
Xovsuz xalçaların ən geniş
yayılanı palazlardır. Palazları
bütün Azərbaycanda
adətən, üfüqi zolaqlarla
bəzəyirlər. Təbriz palazlarının
kompozisiyaları bütünlükdə
həm ensiz, həm də enlizolaqlı
olsalar da, daha çox enlizolaqlı
nümunələrə üstünlük verilir.
Onların rəng həllində parlaq
çalarlar üstünlük təşkil edir.
Xalçalar məişət həyatında.
Təbriz bazarı. XIII əsr.
1...,9,10,11,12,13,14,15,16,17,18 20,21,22,23,24,25,26,27,28,29,...84