18
göstərilmişdir. Topqapı sarayı muzeyində qorunan iki namazlıq
da (hər ikisi XVII əsrdə toxunub) rəng örtüyünə və fərqli təsvir
motivlərinə görə diqqət çəkir. Tehran Milli muzeyində göstərilən
xalçada (XVII əsr) da naxışların ovsunlayıcı ritmi və duyğulandı-
rıcı kolorit onun bədii əhəmiyyətini şərtləndirən məziyyətlərdir.
“Şahabbası” xalçası Səfəvi hökmdarı ŞahAbbasın (1587 – 1629)
adı ilə bağlıdır. Bu kompozisiyanın Şah Abbasın paytaxtı İsfa-
hana köçürməsindən sonra meydana çıxdığını qeyd etmək olar.
“Şahabbası”nın bədii həlli müəyyən qədər məşhur “Əfşan” kom-
pozisiyalı xalçalarla səsləşsə də, ondan orijinal biçimli elementləri
ilə fərqlənir. Bunun ən qabarıq görüntüsü “Şahabbası gülləri”dir.
Bu nəbati ornament fantastik forma-biçimə malik güllərdən və
iki sevənin birləşməsinin rəmzi kimi qəbul olunan əncir yar-
paqlarından ibarətdir. Üfüqi yerləşən bəzək elementlərinin səth
boyu asimmetrik düzülüşü də “Şahabbası”nın səciyyəvi xü­su­
siyyətlərindən sayılır.
“Sərab” xalçası da Sərab şəhərindəndir; naxış zənginliyi ilə se-
çilir. Belə xalçaların naxış örtüyü əsasən iki fərqli kompozisiya
əsasında formalaşır. Onların daha çox uzadılmış formaya malik
olan birincisi orta hissəsində şaquli xətlərin aparıcı rol oynadı-
ğı xalçalardır. Kompozisiyanı rövnəqləndirən bədii xüsusiyyət
məhz çiçəkli budaqlardan yaranan həmin zolaq-xətlərin bir-
bi­rinin ardınca asimmetrik düzülüşünün bəxş etdiyi estetik
dəyərdir. Bu zolaqlar bir-biri ilə “su” adlanan düz xətlərlə yox,
“dır­naq” deyilən dişli xətlə birləşir.
“Sərabi” xalçalarının digər variantı üçün onun orta sahəsində
gölün yerləşməsi səciyyəvidir. Onun ətrafını gölü simmetrik
şəkildə əhatələyən müxtəlif ölçülü nəbati naxışlar təşkil edir.
İşıqlı yerlikdə gerçəkləşən belə naxış örtüyü rənglərinə görə har-
monik, ümumi bədii tutumuna görə bütünlükdə cəlbedici görü-
nür.
“Zəncan” xalçasının şəhərindəndir. Onun Qarabağın məşhur
“Dəryanur” çeşnisini xatırladan kompozisiyasının həm mərkəzi
sahəsini, həm də haşiyə zolağını əyri xətli nəbati ornamentlər
təşkil edir. Orta hissənin saya olan yerliyində müxtəlif ölçülü,
ümumi silueti bir qədər də həndəsi formalara meyilli olan göllər
cəlbedici görünürlər.
Ərdəbilin cənubunda yerləşən Mir və Miriş qəsəbələrində
ya­ra­dılan çeşnilər Azərbaycan xalçaçılığına “Mir” adı ilə da-
xil olmuşdur. Xalçanın orta hissəsinin kompozisiyasını butalar
təşkil edir. Onların səth boyu düzülüşündə Quba – Şirvan növ-
lü xalçalardan “Xilə-buta” və “Mərəzə”nin, eləcə də tirmələrin
bədii həlli ilə səsləşən bədii xüsusiyyətlər var. Bununla belə
onlar sadəliyi ilə seçilirlər. Bu sadəliyi təsirli ifadəyə çevirənsə
üst-üstə sıralanan bu düzülüşdəki butaların formasına görə bir-
birinin əksinə olması və bununla da ümumi kompozisiyaya axıcı
ritm bəxş etməsidir. “Mir” xalçasının həm kənarəsi, həm də orta
Türkbaf-Azərbaycan türklərinin toxuma üsulu.
Qayçılar
Bıçaqlar
Dəfə
Qullab
Xalça toxunuşunda istifadə olunan alətlər.
Təbriz qrupu
xalçalarının
tanınma
nişanlarından biri
də onların şux və
gözoxşayan rəng
örtüyünə malik
olmasıdır.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...84