19
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
haşiyəsi bədii həllinə görə çox diqqətçəkəndir. Kənarə
haşiyəsinin ənənəvi nəbati motivlərinin tədricən yeni
formalarla əvəzləməsini də yerli sənətkarların davamlı
axtarışlarının nəticəsi hesab etmək olar.
Bir çox toxuculuq nümunələrindən fərqli olaraq “Aç­
ma-yum­ma” xalçasının adını onun özünəməxsus kom­
pozisiyası şərt­ləndirib. Yaranma tarixi çox qədimlərə
ge­dib çıxan və Azər­bay­can xalçaçılığında geniş yayılan
bu çeşni, naxışlarının ümumi görünüşünə görə balıq to-
runu xatırladır və el arasında “Bəndi-rumi” adlandırılır.
Bu cür kompozisiya biçiminin məğzini şəbəkə təşkil edir.
Çeşninin gözoxşayan naxış örtüyü romb formalı dilikli
“göl”lərdən yaranır və onlar xalçanın səthi boyunca üfü-
qi və şaquli istiqamətdə bir-birinin ardınca təkrarlanır.
Bəndi-ruminin dəyirmi və uzunsov gül elementləri mər­
kəzlə simmetrik şəkildə birləşdirilir. Bu elementlər Azər­
baycan xalçaçılığında “bənd” adlanır.
Təbriz xalçaçılıq məktəbi mövcud olduğu bütün dövr­
lərdə özü­nün xovlu xalçaları ilə yanaşı, xovsuz nü­mu­
nələri ilə də şöh­rət tapmışdır.
Təbriz qrupunda toxunan belə nümunələr bütün Azər­
baycan xalçaçılığı üçün səciyyəvi olan sadə və az bəzəkli
kompozisiyaya, nikbin rənglərə və şərtiliyi, eləcə də qa-
barıq stilizə gücü ilə diqqət çəkən bəzəklərə malikdir.
Onların kompozisiya həllində, bir qayda olaraq, rəngli
zolaqlara, dördbucaq, paxlava, çarpaz, qıvrım xətlərə və
s. həndəsi fiqurlara rast gəlinir. Xalçaların na­xış örtüyü-
nü təşkil edən müxtəlif sxematik-şərti bəzəklər, əs­lində,
real həyatda mövcud olan əşyaları ifadə etdiyindən sə­
Xalça. "Heris". Yun. Xovlu. 360x260. XIX əsr. Təbriz qrupu. Azərbaycan.
Xalça. "Ovçuluq". Yun. Xovlu. 185x135.
XIX əsrin sonları. Təbriz qrupu. Azərbaycan.
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...84