20
nətkarların gördüklərinə ümumiləşdirilmiş –şərti bədii for-
ma-biçim verə bilmək istedadını nümayiş etdirir. Azərbaycan
xovsuz xalçalarının bəzək xüsusiyyətlərindən biri də onların
xovlu xalçaların üzərindəki nəbati ornamentlər kimi, başqa
bəzək ünsürləri ilə bağlı olması, hər bir ornament ünsürünün
nisbətən sərbəst təsvir olunmasıdır.
Xovsuz xalçaların ən geniş yayılanı palazlardır. Palazla-
rı bütün Azərbaycanda adətən, üfüqi zolaqlarla bəzəyirlər.
Təbriz palazlarının kompozisiyaları bütünlükdə həm ensiz,
həmdə enlizolaqlı olsalar da, daha çox enlizolaqlı nümunələrə
üstünlük verilir. Onların rəng həllində parlaq çalarlar üstün-
lük təşkil edir. Vaxtilə palazlar zolaqsız toxunar, birrəngli
olarmış. Bu birrəngli kolorit keçi, qoyun və dəvənin boyan-
mamış təbii yunu vasitəsilə əldə olunarmış. Ancaq belə pa-
lazlar döşəməyə salınmazdı. Bu möhkəm parçanı əvəz edən
palazdan kasıbların və dərvişlərin geyimlərinin tikilməsində
istifadə olunardı.
Xovsuz xalçalar arasında “Vərni” naxış örtüyünü təşkil
edən ornamentlərin harmonikliyi və monumentallığı ilə xü­
susilə seçilir. Azərbaycanın digər bölgələrindən fərqli olaraq
(bu yerlərdə əjdaha təsvirlərinə üstünlük verilib), Təbrizdə to-
xunan vərnilər quş və ağac təsvirləri ilə bəzədilir. Vərnilərdən
pərdə, yük üzü, döşənəcək, örtük, həmçinin dəyə və çadırla-
rın bəzəyi kimi is­tifadə olunur.
Təbriz kilimləri Azərbaycanın şimal bölgələrində istehsal
olu­nanlardan texniki xüsusiyyətlərinin mürəkkəbliyinə görə
fərq­lənir. Bu kilimlər çox yumşaq və zərif olurlar. Kilimlərin
naxışları müxtəlif rəngli arğac ipləri vasitəsilə alınır. Onun
bir səciyyəvi xüsusiyyəti də hər iki üzündən istifadə olun-
masıdır. Azərbaycan məişətində geniş yer tutan kilimlər
döşənəcək kimi yerə salınır, dəvə və digər heyvanları bəzəyir,
qapı əvəzi, pərdə, süfrə və s. kimi istifadə edilir.
Təbriz qrupuna aid “Zili”ləri başqalarından fərqləndirən
bir xüsusiyyət də onların döşəməyə salınmaması, otaqların
bəzə­dilməsində dekorativ parça kimi istifadə olunmaları-
dır. Onlar ibadət xalçası, pərdə, divar örtüyü, döşənəcək
kimi məişətdə işlədilir. Təbrizdə, eləcə də Urmiyada toxu-
nan zililərin kompo­zi­siyalarının mərkəzi hissəsini, adətən,
müxtəlif ölçülü üfüqi zolaqlar təşkil edir. Onların toxunuşun-
da müxtəlif xovsuz xalça tenikasından istifadə edilir. Zilinin
bəzəkləri stilizə edilmiş quş və heyvan təsvirləri, rəmzlər,
müxtəlif formalı həndəsi və nəbati ornamentlərdən ibarətdir.
Xovsuz xalçalar arasında cecimlər də geniş yayılıb. Onlar,
əsa­sən, üfüqi yer hanasında toxunur. Toxuma prosesində bir
qay­da olaraq, çömbəltmə oturmuş toxucu cecimə ayaqlarını
aç­dığı qədər en verə bilir. Bu səbəbdən də cecimlərin eni 25-30
san­timetrdən artıq olmur. Onların uzunluğu isə 15 metrədək,
bəzi hallarda isə daha çox olur. Bundan sonra cecimlər ha-
zırlanacaq məmulatın ölçüsünə uyğun kəsilərək, bir-birinə
tikilir. Yundan və pambıqdan toxunan cecimlər məişətdə
döşənəcək və divar xalçası kimi istifadə edilir, ondan qadın
və kişi geyimləri, döşəküzü, yük pərdəsi, örtüklər, çanta və
yəhər qaşlığı hazırlanır.
Təbriz qrupu xalçalarının yaradıcıları üçün forma və ölçü
məhdudiyyəti olmayıb. Belə ki, onlar eyni uğurla uzunsov,
kvad­rat, hətta dəyirmi formalı xalçalar yaradıblar. Onla-
rın toxuduqları xalçaların ölçüsü isə 1 kvadratmetrdən 40
kvadratmetrə qədər olub, bəzən bundan da böyük nümunələr
ərsəyə gətirilib. Təbriz qrupu xalçalarının ilmə hündürlüyü 2
Xalça. "Ağaclı". İpək. Xovlu. 165x125.
XX əsrin ortaları. Təbriz qrupu. Azərbaycan.
Göy məscid. Təbriz. XV əsr.
1...,12,13,14,15,16,17,18,19,20,21 23,24,25,26,27,28,29,30,31,32,...84