24
Xalçanın ara sahəsi, haşiyəsi və mədaxillər şəkəri
yerliklə, bala haşiyələr isə mavi rənglə tərtib
edilmişdir. Ara sahədəki və ana haşiyədəki əfsanəvi
quşlar tünd və açıq yaşıl, qəhvəyi rənglərlə, bitki
elementləri isə çəhrayı, mavi, tünd və açıq qəhvəyi,
yaşıl rənglərlə işlənmişdir. Bitkilərin kənarları
sumağı, mavi, açıq və tünd yaşıl, çəhrayı rənglərlə
tərtib edilmişdir. Ana haşiyə daxildən və xaricdən
içərisində gül-çiçək, yarpaq və zəncirvari düzülüşlə
işlənmiş budaqlarla bəzədilib. Güllər çəhrayı, şəkəri,
yarpaqlar yaşıl, tünd qəhvəyi, zəncirvari budaqlar isə
şəkəri, çəhrayı və badımcanı rənglərlə işlənmişdir.
Xalçanın ara sahəsinin mərkəzindəki medalyon
çəhrayı yerliklə, digər medalyonlar isə yaşıl yerliklə
tərtib edilmişdir. Xalçada şəkəri rəng çoxluq təşkil
edir. Bala haşiyələr içərisində cüzi nəzərə çarpan kiçik
ölçülü “qoşabuynuz” və çiçəklər işlənmiş şəkəri yer-
likli mədaxillərlə əhatə olunub. Mədaxillərin kənarları
çəhrayı rəngli “su”larla tamamlanır. Xalçanın
kənarları xaricdən qəhvəyi, ağ rəngli “mollabaşı”
motivləri işlənmiş mədaxillə əhatə olunub.
Azərbaycanın Təbriz xalçaları üçün səciyyəvi olan
rənglər bu xalçada öz əksini tapmışdır. Ənənəvi
qanunauyğunluq bu xalçada yüksək peşəkarlıqla
həll edilmiş, hər kəsə rahatllıq duyğusu gətirən bir
görünüş yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır.
Saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi
əhəmiyyət kəsb edir.
Xalçanın ara sahəsində medalyo­
nun içərisində Sasani hökmdarı
Ənuşirəvan təsvir edilib. Onun ləqəbi
Adil idi. Sasani dövründə (III‒IV
əsrlər) ədalətli hökm­dar kimi yadda
qalmışdır. Ənuşirəvan elmə çox əhə­
miy­yət verirdi. Onun dövründə çoxlu
kitablar yazılmışdır.
Ara sahənin yuxarı hissəsində sağdan
birinci Keyxosrovun portreti təsvir edilib.
Keyxosrov Sasani dövrünün şahlarından
biridir.
Soldan birinci Xosrov Pərvizin portreti
təsvir edilib. Xosrov Pərviz də Sasani
padşahlarından
biridir.
Peyğəmbər
Həzrəti Məhəmməd İrana zərdüştlərin
is­lamı qəbul etməsi üçün göndərdiyi
məktub dövründə Xosrov Pərviz şah
idi. O, Həzrəti Məhəmmədin göndərdiyi
məktubu cırmış və İslamı qəbul et­mə­
yə­cə­yini elan etmişdir. Xosrov Pərviz
cavanlığında çox inadkar idi, ha­ki­miy­yət
döv­ründə xalqına zülm etmişdir.
1...,16,17,18,19,20,21,22,23,24,25 27,28,29,30,31,32,33,34,35,36,...84