27
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahənin mərkəzində sağ və sol hissələrdə kətəbələrin
içərisində Ömər Xəyyamın rübaisi nəstəliq xətti ilə yazılmışdır.Kətəbələrdə verilən rübai Ömər Xəyyamın ən məşhur
rübailərindən biridir.
Bürclər içərisində verilmiş səhnədə ağac altında oturmuş Ömər Xəyyam təsvir edilmişdir. Onun qarşısında üzərində ərəb
qrafikası ilə “Xəyyam” yazılmış kitab və küzə vardır. Küzənin içərisindən çıxan tüstüdə qucaqlaşmış halda aşiq və məşuq
təsviri görünür.
Ömər Xəyyam (1048‒1122-dən sonra) Xorasan vilayətininNişapur şəhərində anadan olmuşdur. Gənc yaşlarında Nişapuru
tərk edib, uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik
etmək üçün dəvət alıb. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra
İsfahanı tərk etməli olub. Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyib, amma ona çox
arzuladığı yeni rəsədxana açmaq qismət olmayıb. Şərqdə, ələxsus da Qərbdə müdriklik, yumor və satira dolu, bəzən də
bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya
Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. “Riyazi problermlərin nümayişinə
dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini
ilk dəfə həndəsi yolla - hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini
Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi
təqiblərindən həmişə qorxu içində yaşayıb. O, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş.
“Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları
çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə
gedərək deyib: ”Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin
qarşında xidmətimdir”. Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”.
Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları
böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi
irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — “Varlıq
və zərurilik haqqında traktat”ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin
ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım
bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Gördüyün qulpu çamur
parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş
qola çox bənzəri var!
(Çevirəni: Hüseyn Cavid.)
Görünür mən kimi bu da
bir aşiqi-zar,
Bağlamışdır onu zəncirinə
bir zülfi-nigar.
Xalçanın ara sahəsini əhatə edən ana haşiyədə yuxarı sol küncdə Xacə Ünsüri təsvir
edilmişdir. Xacə Ünsüri-Əbülqasim Həsən İbn Əhməd Bəlxi Qəznəvilər dövlətinin
banisi Sultan Mahmudun saray şairlərindən biri olmuşdur. Əsərlərinin çoxunu Sul-
tan Mahmuda həsr etmişdir.
Sultana təqdim olunmalı əsərlərə də əvvəlcə Ünsürü baxmalı, qiymət verməli idi.
O, Sultan Mahmudun yanında çox böyük var-dövlət sahibi olur. Sultan Mahmu-
dun bütün səfərlərində onun yanında olub. 2000 beyt həcmində divanı və bir neçə
məsnəvisi dövrümüzə qədər gəlib çatmışdır.
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...84