29
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Sağ haşiyədə mərkəzdən bir qədər aşağı hissədə II Fərhadın təsviri verilib.
II Fərhad-Kəyan sülaləsinin ikinci hökmdarı Keykavus ibn Keyqubadın dövründəki
qəh­rəmanlardan olan Qüdərzin oğludur.
Ana haşiyənin aşağı hissəsində sağ küncdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin
(1141-1209) təsviri verilmişdir. Fars və türk dillərində yazan şairin ədəbi irsi məsnəvi
janrında yazılmış beş poema və türk və fars dilində şeirlərin toplandığı 20.000 beytlik
“Divan”dan ibarətdir.
Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan ta-
leyi haqqında humanist düşüncələri ilə seçilir.
Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən hu-
manist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini
tapmışdır.
Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla
əla­qə­ləndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi
ya­ra­dıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Cənubi Qafqaz,
Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.)
ədəbiyyatlarının in­kişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil
olmuşdur.
Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur.
Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı,
Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana,
muzey və əlyazmaları fond­larında qiymətli incilər kimi qorunub saxlanılır.
Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.
Xalçanın ara sahəsinin yuxarı hissəsində I Şapurun təsviri vardır. I Şapur (239/241‒272)
Sasani hökmdarı olmuşdur. Atası I Ərdəşirin dövləti möhkəmləndirmək siyasətini da-
vam etdirərək xey­li ərazi zəbt etmişdir. 260- cı ildə Edessa yaxınlığında Roma ordusunu
darmadağın edərək imperator Valerianı əsir tutmuşdur. Valerian Şapurun atının ayağına
düşür, Şapurun ayağından öpür ki, onu bağışlasın. Onun kitabələri Şirazdan 35 km aşağı
Nəqşi-Rüstəmdə vardır (dağda daş üzərində yazılıb). I Şapurun dövründə İranda geniş
süni suvarma və tikinti işləri aparılmış və şə­hərlər salınmışdır. Onun dövründə zərdüştlik
daha da möhkəmlənmişdir.
Xalçanın ara sahəsində aşağı hissədə Sultan Hüseynin təsviri verilmişdir.
Sultan Hüseyn (1438-1506) Xorasan hökmdarı (1470-1506), Teymurilərin sonuncu
görkəmli nümayəndəsi, şair 1470-ci ildə Heratda hakimiyyəti ələ keçirmiş, 1472-ci ildə
keçmiş məktəb yoldaşı Əlişir Nəvaini baş vəzir təyin etmişdir. Sultan Hüseyn Baykaradan
sonra feodal çə­kişmələri və oğlanları arasında hakimiyyət uğrunda mübarizə, yaratdığı
dövləti zəiflətdi. 1507-ci ildə Şeybanilər onun dövlətinə son qoydular. Elmə, ədəbiyyata,
sənətə böyük qiymət verən Sultan Hüseyn “Məcalis əl-uşaq” əsərinin müəllifidir.
Xalçanın ara sahəsinin yuxarı hissəsində sağ və sol tərəfində məscid binaları vardır. Aşağı hissədə sağ və solda Səlcuqilər
dövrünə aid məscidlər görünür. Bundan əlavə təbiət təsvirləri aşağıdakı ardıcıllıqla verilib: Yuxarı solda cütçü yer
şumlayır, kəndli suvarma ilə məşğuldur, qoyunlar isə çəmənlikdə otlayır; yuxarı hissədə sağda bir kəndli ulaq üzərində
yük aparır, o birinin yanında isə it və öküz təsvir edilmişdir. Aşağı soldakı səhnədə kişinin əlində oraq var, kəndlilər isə
buğda kürüyürlər. Başqa bir kəndli isə ulağla yük aparır. Aşağı hissədə sağda isə qadın su aparır, ceyran su içir, biri ulağla,
o biri isə atla yol gedir.
Haşiyənin kiçik və böyük kənarələrində ərəbcə “Əs-Səlat Namaz” sözü müvafiq olaraq əlli və yetmiş dəfə (yalnız gö­
rünənlər) təkrar olunur.
Xalçanın kənarlarını yüzə qədər təkrar olunan hökmranlıq rəmzi olan şir təsvirləri bəzəyir.
Haşiyədə olan portret təsvirlərdən əlavə medalyon içərisində on dəfə dərvişlərin simvolikası olan kəşkul və balta təsvirləri
verilmişdir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Toxunuş zamanı istifadə olunmuş iplər əldə əyrilmiş, təbii boyalarla boyan­
mışdır. Xalçada on altı rəngin çalarları vardır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...84