31
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalça İbn Sinaya həsr edilmişdir. Əbu Əli Sina (980 – 1037) – bəşəriyyətin ən böyük
təbiblərindən biridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titul-
lar qazanmışdır: Hüdcətül-Haqq (Həqiqət carçısı); Şeyx-ur-Rəis (böyük, müdrik), Harami
buzurq (Dahi təbib), Şərəf-ül-Mülk (Ölkənin ən şərəfli insanı).
Əbu Əli Sina müxtəlif adlarla tanınır. Avropada onu Avisenna, İranda Bu Əli Sina, yaxud
Ebnisina, yaxud da Əbu Əli Sina, Azərbaycanda İbn Sina kimi tanıyırlar.
18 yaşında İbn Sina artıq həkimkimi bir çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək
daha da şöhrətlənir. O, çox gərgin həyat keçirir. İslamı və fəlsəfəni gözəl bilən alimin çoxlu
düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o şəhərə köçmək məcburiyyətində
qalırdı. Ömrünün son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar
onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qa-
zanmışdır. Onun “Tibb ensiklopediyası” (4 cildlik), müxtəlif fəlsəfi kitabları, astronomiya
və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
“Təbabət elminin qanunu” (5 cildlik) – XII əsrdə latın dilinə tərcümə olunur və bütün
Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu
kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri, müalicə və
profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metod-
lar, müxtəlif məsləhətlər və s. verilmişdir. Bilik və bacarığı ilə fəlsəfə, riyaziyyat, astro-
nomiya, fizika, kimya, tibb və musiqi kimi müxtəlif sahələrdə seçilən İbn Sina, riyaziy-
yat elmində riyazi terminlərin tərifi; astronomiya sahəsində isə həssas müşahidələrin
aparılması mövzuları ilə maraqlanmışdır.
İbn Sina fəlsəfəsi məşşa (yol gedə-gedə fəlsəfəni bəyan etmək) təliminə əsaslanmışdır.
Məhz buna görə ona Məşşa (xüsusi məktəbin adıdır) deyilirdi. İbn Sina fəlsəfədə çox ma­
hirləşmişdi. Əl-Fərabinin davamçısı idi. Həmçinin Şərqdə Aristotelin fəlsəfi təlimlərini ya-
yanlardan biri idi. O, fəlsəfəyə və tibbə aid fikirlərinə görə dörd il həbsdə olmuşdur.
Xalçanın şəkəri yerlikli ara sahəsində minbərin üstündə əyləşən, əlində qırmızı cildli kitab
olan İbn Sinanın əksi yerləşir. Xalçanın ümumi görüntüsündən məlum olur ki, İbn Sinanın tələbələri ondan dərs almağa,
ona sual verməyə gəlmişlər. Ara sahənin aşağı hissəsində, sağ küncdə əyləşən katib (mirzə) İbn Sinanın söylədiyini yazıb
sənədləşdirir. Ara sahənin aşağı hissəsində iki-qəhvəyi və qırmızı cildli kitab vardır. Üstündə “İbn Sina”, kənarında isə
“Kaşan xalçasıdır və toxuyanın adı Sərəfrazıdır”. Altdakı kitabın kənarında “Rəssam Əfsəri” yazılıb.
Kaşan elində yaşayan azərbaycanlılar bir-birindən gözəl xalçalar toxumuşdurlar. Xalçada adı çəkilən azərbaycanlı
rəssam Əfsəri və toxucu Sərəfraz yüksək bədii sənətkarlıq nümunəsi yaratmışlar. Burada təsvir edilən İbn Sina və onun
tələbələrinin söhbət səhnəsi dəqiqliklə işlənmişdir. Hər bir obrazın mimikası, jestləri onların məsələyə münasibətini aydın
göstərir. Burada təsvir olunan obrazlardan heç biri təsadüfi və passiv görünmür, onların hər birinin çözülən məsələyə
münasibətini rəssam detallarla çatdırmış və toxucu onu xüsusi incəliklə xalçaya köçürmüşdür. Xalçaya baxarkən ümumi
tablo göz önündə canlanır və bir məkan daxilində olan dinamika marağı daha da artırır. Əllərində və qoltuqlarında kitab
olan, sual vermək üçün əlini uzadan, fikrə dalan, etiraz etmək istəyən və valeh olan tələbələrin müxtəlif yaşda və geyimdə
verilməsi İbn Sinanın fəlsəfi söhbətlərinin maraqlılığını, əhatəliliyini göstərir.
Xalçanın ara sahəsini sürməyi yerlikli ana haşiyə əhatə edir. Ana haşiyə
çəhrayı, şəkəri, mavi, ağ rəngli güllər və yaşıl, qəhvəyi rəngli yarpaqlarla
bəzədilmişdir. Ana haşiyəni daxildən içərisində mavi, sürməyi rəngli güllər və
budaqlarla bəzədilmiş zoğalı yerlikli, xaricdən isə mavi, sürməyi rəngli güllər
və sumağı, sürməyi rəngli budaqlar işlənmiş şəkəri yerlikli bala haşiyələr əhatə
edir. Xarici haşiyənin kənarları sürməyi, şəkəri, daxili haşiyənin kənarları isə
xaricdən şəkəri, daxildən isə zoğalı “su”larla tamamlanır.
Xalçada on iki rəng çalarından istifadə edilmişdir. Rəng ahəngdarlığı yüksək
peşəkarlıqla həll edilib. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Saxlanma
vəziyyəti əladır. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Şirazə-dolama
texnikası ilə toxunub. Dəhnəsi 1 sm, saçağı 3 sm, sıxlığı 60x60-dır.
1...,23,24,25,26,27,28,29,30,31,32 34,35,36,37,38,39,40,41,42,43,...84