33
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Belə güman edilir ki, bu süjetli xalça Hafizin divanına həsr edilib. Hafizin şeirləri aşiqanə məzmuna malikdir. Qız oğlanın
görüşünə gedir.
Hər tərəfində, hər guşəsində atla qız və oğlan təsvirləri görünən xalçada məhəbbət əsas mövzu kimi seçilib.
Xalçada təsvir edilmiş heyvanlar da, erkək və dişi olaraq cüt təsvir edilib.
Xalçanın ara sahəsi çox zəngin və hərəkətlidir. Atlılar, bir-biri ilə söhbət edən iki gənc, zəngin təbiət mənzərəsi – güllər-
çiçəklər, ağaclar, çay təsvir edilib.
Ara sahədə at üstündə üz-üzə dayanmış iki gənc təsvir edilmişdir ki bu, qədim tarixə malik olan “Çövkən” oyununu
xatırladır. Eyni zamanda, ara sahədə çay kənarında su içən quşlar təsvir edilib. Xalçada qadınlar kiçik quşları, ceyranı,
kişilər isə əjdahanı, maralı, çöl donuzunu, öküzü ovlayırlar.
Qadınlar zərif məxluq olduqları üçün yüngül, kişilər isə daha qamətli, güclü olduqları üçün ağır işləri görürlər.
Kişilərin əlində ox, nizə, qılınc vardır. Ova gedən iki atlının (kişi və qadın) önündə biri qara , biri boz olmaqla iki tazı təsvir
olunmuşdur.
Xalçanın ana haşiyəsində də biraşırı dəyişirilərək ov ovlayan, quş quşlayan, at çapan qadın və kişi təsvirləri verilib.
Ana haşiyənin yuxarı sol küncündə ceyranı nizə ilə ovlayan kişi, aşağı sol küncündə isə eyni formada qadın təsvir
edilmişdir. Sağ aşağı və yuxarı künclərdə isə ov dalınca qaçan atlı və qucağında ceyran balası tutmuş qadın təsvir edilib.
Ana haşiyənin yuxarı hissəsində, mərkəzdə ov tutmuş qadın, aşağı hissədə isə ovu kəsən qadın və və əlində qılınc tutan
çapar təsvir edilmişdir.
Sağ və sol hissədə isə şaquli istiqamətdə dovşanı ovlayan pələng, ceyranı ovlayan şir, ilanı öldürən kişi və əlində ox, ka-
man quş ovlayan qadın təsvir edilmişdir.
Ana haşiyəni qəhvəyi yerlikli bala haşiyələr, bala haşiyələri isə eyni rəngli mədaxillər əhatə edir.
Bütün haşiyələri isə, öz növbəsində, qəhvəyi rəngli “su”lar əhatə edir.
Xalçanın toxunuşunda qara, qırmızı, kərpiciyə çalan qırmızı, şəkəri, ağ, mavi, açıq-yaşıl, qəhvəyi, açıq-qəhvəyi, çəhrayı,
boz rənglərdən istifadə olunmuşdur.
Toxucu xalçanın ara sahəsindəki rəngləri haşiyə hissəsində də təkrar-təkrar tətbiq edərək, xüsusi rəng ahəngdarlığına nail
olmuş və çox baxımlı bir rəng düzümü yaratmışdır.
Xalçada tətbiq edilən yumşaq, neytral rənglər bir-birinə son dərəcə əks olan kontrast rənglərlə birləşərək kompozisiyanı
çox canlı edir. Sakitləşdirən elementlərin rəngi isə ana və bala haşiyələrdə təkrarlanaraq kolorit baxımından tərtibatda
yüksək peşəkarlığı aydın nəzərə çarpdırır.
Xalçanın saxlanma vəziyyəti əladır; bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...84