37
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalça zəngin naxış tərtibatına malikdir.
Xalçanın qırmızı yerlikli ara sahəsində şəkəri yerlikli rombvari formalı böyük ölçülü göl yerləşmişdir. Gölün içərisində
mavi rəngli, nisbətən kiçik göl, onun da içərisində səkkizləçəkli açıq-qəhvəyi rəngli kiçik göl yerləşdirilmişdir. Qalan
hissələr isə müxtəlif kiçik ölçülü elementlərlə doldurulmuşdur.
Gölün aşağı və yuxarı hissələrində iki şəkəri yerlikli “qübbə” yerləşmişdir. Azərbaycanın Təbriz və digər qruplarına
aid olan xalçalarda bağlayıcı element kimi işlədilən “qübbə” bu xalçada kiçik ölçülü olması ilə fərqlənir. Gölün aşağı və
yuxarı hissələrindəki “qübbə” lərin “göl”ə birləşən hissələrində ağ və göy rənglərlə işlənmiş kiçik ölçülü səkkizləçəkli gül
yerləşmişdir. “Qübbə”lərin içərisində sürməyi rənglə haşiyələnmiş qırmızı, ağ və göy rəngərlə işlənmiş səkkizləçəkli gül­
lər, uc hissəsində isə yeddi ədəd gül təsvir edilmişdir. Gölün kənarları xaricdən şəkəri, açıq-qəhvəyi, açıq-yaşıl və sürməyi
rənglərlə bir-birinə zəncirvari formada birləşmiş üzüm və tənəklərlə tamamlanır.
Xalçanın ara sahəsinin boşluqları, gölün dörd tərəfi şəkəri, mavi, qəhvəyi rənglərlə işlənmiş çiçəkli və yarpaqlı budaqlarla
bəzədilmişdir.
Xalçanın haşiyə bəzəyi digər xalçaların haşiyəsindən çox fərqlidir. Belə ki, ara sahəni ənənəvi formalı mədaxillər əvəzinə
oval formalı nəhəng çələngə bənzər şəkəri, açıq-qəhvəyi, açıq-yaşıl və sürməyi rəngli kiçik ölçülü, müxtəlif növ gül-çiçək
və yarpaqlar əhatə edir. Güllərin sırasında dörd böyük, dörd kiçik ölçülü çiçək dəstəsi vardır.
Ana haşiyəni əvəz edən hissə isə sürməyi yerliklidir. Sürməyi yerlikdə on mavi yerlikli və on ağ yerlikli kiçik ölçülü me-
dalyonlar, şəkəri-qırmızı rəngli salxım güllər təsvir olunub.
Mavi yerlikli medalyonlarda qırmızı, açıq-bənövşəyi, sürməyi rəngli kiçik ölçülü güllər və yarpaqlar, ağ yerlikli medal-
yonlarda isə qırmızı, şəkəri, sürməyi rəngli qızılgüllər işlənib. Mavi rəngli medalyonlardan xalçanın kənarlarına doğru
dəstə güllər şaxələnir.
Xalçanın künclərində sürməyi yerlikli, sarı rəngli budaqlarla əhatə olunmuş kiçik ölçülü medalyonlar yerləşmişdir.
Ara sahəni əhatə edən haşiyələri “su”ların əvəzinə sarı rəngli budaqlar tamamlayır.
Xalçada şəkəri, qırmızı və sürməyi rənglər çoxluq təşkil edir. Qalan rənglər isə nisbətən az işlədilmişdir. Rənglər mü­rəkkəb
şəkildə paylaşdırılmış, rəng zənginliyi xalçanın bədii keyfiyyətini yüksəltmişdir. Fonun aparıcı rol oynayan rənginin ener-
jisi kompozisiyanın əsas elementlərinin rəngi ilə “sakitləşdirilir”.
Zəngin nəbati naxış tərtibatına malik olan bu xalçada bir rəngdən digərinə keçid yüksək peşəkarlıqla və qanunauyğun-
luqla həll edilmiş və hər kəsin zövqünü oxşaya biləcək bir rəng palitrası yaradılmışdır.
Xalça yüksək bədii, tarixi, elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
1...,29,30,31,32,33,34,35,36,37,38 40,41,42,43,44,45,46,47,48,49,...84