43
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalça Qəznəvi hökmdarı Bəhram şaha həsr olunub. Qəznəvilər dövləti 962 – 1187- ci illərdə mövcud olmuşdur. Qəznəvi
dövlətinin əsasını X əsrin 60-cı illərində Alptəkin (962 – 963) qoymuşdur. O, Samanilər dövlətinin görkəmli sərkərdəsi
idi və Samanilərin türk qulamlarında xidmət etmişdir (Qulamlar türk əsilli gənc qullardan təşkil edilmiş daimi süvari
qvardiya idi). Alptəkin şəxsi şücaətinə görə hərbi əyanlar sırasına daxil olmuşdu. O, Samanilərin hakimiyyətini tanımaqla
yanaşı, Qəznəvi dövlətini yaratdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-
cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər olan ərazini əhatə edirdi. Burada hökmdar “sultan” adlanırdı.
Qəznəvi sultanı III Məsudun ölümündən sonra 1115-ci ildə oğulları arasında çəkişmə baş verdi və 1117-ci ildə hakimiyyətə
səlcuqların vassalı kimi oğlanlarından biri olan Şah Sultan Bəhram gəldi. Qəznəvilərin sonuncu hökmdarı olur. 1157-ci ildə
Şah Sultan Bəhram Hindistanı fəth edib geri qayıdarkən yolda ölür. Sənayi Qəznəvinin “Hədiqətul-həqiğə” və Nəsrullahi
Munşinin “Kəlilə və Dimnə” əsərləri Bəhram şah haqqındadır.
Bu xalçada Bəhram şahın çobana rast gəlməsi səhnəsi təsvir olunub. Bəhram şah qırmızı, xanımı isə boz atın üstündə təsvir
olunub. Onların başındakı tac, əyinlərində olan libaslar şahlığa işarədir. Xanımın əlində olan qızılquş və atın yanındakı ov
tazısı onların ova çıxdıqlarını göstərir. Xalçanın yuxarı hissəsində dağ ətəyi, göl, ağac və kollar, müxtəlif çöl heyvanları,
göldə isə üzən ördəklər təsvir edilmişdir. Bütün bunlarla rəssam ov mənzərəsini yaratmaq istəmişdir. Bəhram şahın atının
önündə bir çoban dayanıb, ondan yuxarıda ağaca bağlanmış it görünür. Bəhram şah çobandan niyə iti ağaca bağladığını
soruşur.
Xalçanın ara sahəsindəki
narıncı yerlikli medal-
yonun içərisində “Ustad
Fərtas” yazılıb ki, bu da
xalçanın təsvirini verən
rəssamın adıdır.
Xalçanın ana haşiyəsində nəstəliq xətti ilə yazı yazılıb. Yazı
yuxarı haşiyədən başlayıb, sağ haşiyənin yuxarısından aşağı
və sol haşiyənin aşağısından yuxarı istiqamətdə gedərək,
aşağı haşiyədə bitir.
Yuxarı haşiyədə soldan birinci kətəbə : “İti ağacın budağın-
dan asdı.”
Yuxarı haşiyədə
soldan ikinci kətəbə:
“Onun əl-ayağını
kəndirlə bağladı.”
Yuxarı haşiyədə soldan
üçüncü kətəbə: “Öz
atına mindi, çölü tərk
edib, öz yerinə getdi.”
Sağ ana haşiyədə
yuxarıdan aşağı:
Birinci kətəbə: “Çoban
zülmdən qeyrətə gəldi.”
İkinci kətəbə:
“Ürəkləndi və
gücləndi.”
Üçüncü kətəbə: “O
(Çoban), xəta etdi və
mən (Bəhram şah)
onun günahından
keçdim.”
Dördüncü kətəbə:
“Onu (Çobanı) qur-
dun ağzından (məcazi
mənada) qurtardım.”
Beşinci kətəbə:
“Onun günah
işlətməyinin
qarşısını aldım.”
Sol ana haşiyə
aşağıdan-yuxarı:
Birinci kətəbə:
“Şah onu ölümün
çəngindən qurtardı.”
İkinci kətəbə: “Şah
Bəhram öz eyş-
işrətində işində
oldu.”
Üçüncü kətəbə:
“Məmləkəti öz
vəzirinə tapşırdı.”
Dördüncü kətəbə:
“Bununla da
düzgün yol seçdi.”
Beşinci kətəbə:
“Azad olub
rahatlaşdı.”
Aşağı haşiyədə sağdan
birinci kətəbə: “Şah
Bəhram bir gün.”
Aşağı haşiyədə
sağdan ikinci
kətəbə: “Şahlara
layiq məclis qurdu.”
Aşağı haşiyədə sağdan
üçüncü kətəbə: “Elə
bil (məclisdə olan-
lar) ayrı bir aləmə
düşmüşdülər.”
Xalçanın ana haşiyəsini nəbati naxışlarla bəzədilmiş bala haşiyələr əhatə edir. Xarici bala haşiyə daxildən dilikli, xaricdən
isə “mollabaşı”lar işlənmiş mədaxillə, daxili haşiyə isə xaricdən dilikli, daxildən “mollabaşı”larla əhatə olunub. Mədaxillərin
kənarları sürməyi və sumağı “su”larla tamamlanır.
Xalça yüksək bədii tərtibata malikdir. Xalçada insan simaları və heyvanlar xüsusi dəqiqliklə təsvir edilmişdir. Kompozisi-
ya həllində zənginlik və təsvirlərin çoxluğu əsas fikri çatdırmağa, ümumi mənzərənin yaranmasına yardım edir.
Xalçanın ərişi və arğacı pambıqdan, xovu isə yundandır. Toxunuş zamanı istifadə olunmuş iplər əldə əyrilmiş, təbii bo-
yalarla boyanmışdır. Xalçada on iki rəngin çalarları vardır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Yaxşı vəziyyətdə
saxlanılan bu xalça təmirə məruz qalmamışdır. Xalça Şirazə-dolama texnikası ilə toxunub. Dəhnəsi sünbülü, saçağı 1 sm,
sıxlığı 70x70-dir.
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...84