3
Əgər burada xalçaçılığın inkişafı üçün coğrafi şəraitin və xam-
malın olduğunu da nəzərə alsaq, onda bu sənətkarlıq sahəsinin
bütün Azərbaycanda, eləcə də Təbriz və ona yaxın ərazilərdə ya­
ranmasını və sonrakı dövrlərdə yeni-yeni bədii zirvələri fəth et­
məsini təbii saymaq olar. Xalça sənəti Təbrizlə yanaşı Ərdəbil,
Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sə­
rab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ
və s. yaşayış məntəqələrində də geniş yayılmışdır. Təbriz qrupu
xalçaları qədim bədii-texniki ənənələrə tapınmaqla inkişaf etmiş
və bu sahədə özünün əlçatmazlığını təsdiqləmişdir.
Çox qədim nümunələr müasir dövrədək gəlib çatmasa da, de­
korativ-tətbiqi sənətin digər növlərində yaradılan nü­munə­lər­də
xalçaçılığın və ona yaxın sahələrin inkişafda olduğunu təs­diqləyən
maddi dəlillər mövcuddur. Buna misal olaraq Urmi­ya gölü yaxın-
lığındakı Göytəpə yaşayış məntəqəsindən və Kaşan yaxınlığındakı
Sialk- təpədən arxeoloji qazıntılar zama­nı üzə çıxarılmış keramika
nümunələrinin bəzək örtüyündə xalçalar üçün də səciyyəvi olan
naxışlara rast gəlinməsini, eləcə də Cə­nubi Azərbaycanın Maku
şəhəri yaxınlığından tapılmış gil at fiqurunun belində naxışlı
yəhərin olmasını qeyd etmək olar. Həsənludan tapılmış məşhur
qızıl camın (b. e. ə. VIII əsr) üz­rindəki şirin belinin naxışlı yəhərlə
örtülməsi də qədim Azər­baycanda, o cümlədən də Təbrizdə və
onu əhatələyən yaxın-uzaq məntəqələrdə xalçaçılığın mövcud-
luğunu söyləməyə əsas verir. Sonrakı dövrlərdə Azərbaycan
müxtəlif dönəmdə ərəb­lərin və monqolların işğalına məruz qal-
sa da, bədii sənətkarlığın müxtəlif sahələri, o cümlədən xalçaçılıq
inkişafını dayandırmamış, hətta Sasani dövlətinin tərkibində (III
– VII əsrlər) olarkən buradan Avropaya daşınan müxtəlif mallar
arasında xalçalar xüsusi yer tutmuşdur.
Azərbaycan xalçaçılığının diqqətçəkən bədii-estetik uğurla-
rı qeyd edilərkən Sasani hökmdarlarının Mədaindəki sarayını
bəzəmiş “Zimistani” (qış) xalısının da adı çəkilməlidir. Təbriz
qrupu xalçalarına aid üzərində ilin fəsillərini əks etdirən “Dörd
fəsil” kompozisiyası “Zimistani” xalısının da Azərbaycanda to­
xunduğunu söyləməyə əsas verir. 636-cı ildə sarayın ərəblər tə­
rəfindən istilası zamanı bu nadir sənət incisi də qənimət kimi ələ
keçirilmiş və hissələrə ayrılaraq qaliblər arasında bölüşdürülmüş-
dür. Mənbələr “dünyada mövcud olan bütün rənglərin istifadə
olunduğu bütün xalının qiymətli daşlarla örtüldüyü”nü qeyd
edirlər.
VI – VII əsrlərdə Azərbaycan yüksək keyfiyyətli xalçalar istehsal
edən iri mərkəzə çevrilmişdir. VII əsrdə bu yerlərdə olmuş məşhur
çin səyyahı Xuan Tes-ankın xatirələrində “Azərbaycan xalçaçılığın
ən böyük mərkəzidir” fikrini dilə gətirməsi də bunun təsdiqidir.
XI – XII əsrlərdə Azərbaycan şəhərlərinin, o cümlədən də Cə­
nu­bi Azərbaycan ərazisindəki yaşayış məntəqələrinin dirçəl­
məsi bu yerlərdə mövcud olmuş xalçaçılığın da inkişafının yeni
mərhələyə qədəm qoymasına səbəb olmuşdur. Bununla bəra­bər,
VII – XIII əsrlərdə Azərbaycanda baş verən müxtəlif hadisələ­rin
xalçaçılığın inkişafına arzuolunmaz təsirlər göstərdiyi də qeyd
edilməlidir. Xalça nümunələri tez-tez, xüsusilə də monqol isti-
lasından sonra daha çox əhalini girovluqdan can qurtarma va­
sitəsinə çevrildiyindən, sənətkarlar onun bədii dəyərindən çox
sayının çoxluğuna üstünlük verməyə məcbur olurdular.
XIII – XVI əsrlərdə Təbriz və ona yaxın şəhərlərdə inşa olun-
muş saray və dini memarlıq tikililərinin daxili tərtibatını bura-
da toxunmuş xalçalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu
mənada Təbrizdə ucaldılmış “Dövlətxana” adlı tikilinin və Əli
şah məscidinin, eləcə də Ərdəbildəki Şeyx Səfiəddin kompleksi-
nin adını çəkmək olar.
Sultan Məhəmməd. Sultan Səncər və qarı.
Nizami "Xəmsə"si. 1539
1543-cü il.
Təbriz muzeyində saxlanılan
antik dövrə aid əşyalar.
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...84