53
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
“Şahabbası” xalçalarının adı Səfəvilər sülaləsinin beşinci hökmdarı I Şah Abbasın (1587 – 1629) adı ilə bağlıdır. O,
hakimiyyəti dövründə paytaxtı İsfahan şəhərinə köçürmüşdür. Bununla əlaqədar olaraq, sənətkarlar da köç etmək
məcburiyyətində qalmışdılar. Qürbətdə qalan sənətkarlar öz ənənəvi üslublarını qoruyaraq, yeni-yeni kompozisiyalar
yaratmışlar. İlk dəfə həndəsiləşdirilmiş bitki elementlərindən ibarət xalçaları azərbaycanlı sənətkarlar toxumuşdurlar ki,
bu da onlara böyük şöhrət gətirmişdir.
“Şahabbası” xalçalarının bədii quruluşu “Əfşan” xalçaları kimidir, fərqli cəhəti isə kompozisiyanın əsasını “şahabbası
gülləri” adlı elementlərin təşkil etməsidir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahə zoğalı və kərpiciyəçalan qırmızı yerliklidir.
Ara sahə boyunca nəbati elementlər səpələnmiş formada təsvir edilmişdir. Ara sahənin mərkəzində günəşi xatırladan
kiçik ölçülü medalyon yerləşdirilib. Medalyonun kənarlarından sağ, sol, yuxarı və aşağı hissələrdə gül-çiçəklə bəzədilmiş
budaqlar şaxələnir. Gül-çiçək motivləri şəkəri, açıq və tünd-qəhvəyi, sürməyi, tünd-qırmızı, mavi, narıncı, zoğalı, qarpızı,
islanmamış həna rəngi, ağ, sarı, yaşıl rənglərlə işlənmişdir. Budaqlar mavi, kənarları sürməyi, içərisi isə ağ rənglərlə tərtib
edilmişdir.
Xalçanın ara sahəsinin kərpiciyəçalan hissəsinin yuxarı tərəfindəki zoğalı rəngli zolaq çox aydın nəzərə çarpır.
Ara sahənin kənar hissələrinin boşluqları “çiçəkli buta” motivləri ilə bəzədilmişdir.“Buta” elementi Azərbaycan dekorativ-
tətbiqi sənətinin müxtəlif sahələrində müxtəlif formalarda tətbiq edilmişdir. “Buta” elementi o qədər geniş yayılmışdır ki,
onu hər hansı bir hadisə ilə, məişət tərzi ilə əlaqələndirirdilər. Xalça məntəqələrinin adı ilə bağlı “Xilə-buta”, “Şirvan-buta”,
“Sərabi-buta”, rəmzi mənasına görə “şabalıd-buta”, “badam-buta”, “həmli-buta”, “arvad-uşaqlı buta” və s. kimi növlər də
mövcuddur.
“Şahabbası” xalçasındakı buta isə “çiçəkli buta”dır. Bu növ butaların ya içərisində, ya da bütünlüklə hər tərəfində çiçək
təsvirləri olurdu.
Ara sahənin yuxarı və aşağı künclərində beşləçəkli və altıləçəkli salxım-güllər təsvir edilmişdir. Güllər sürməyi, mavi, ağ,
narıncı, zoğalı rənglərlə, onları əhatə edən yarpaqlar isə sürməyi, mavi, ağ, şəkəri və yaşıl rənglərlə işlənmişdir. İri salxım-
güllərin arasında dörd ədəd nisbətən kiçik ölçülü sürməyi, mavi, ağ, kərpici, zoğalı, yaşıl, yarpaqları isə sürməyi, ağ, mavi
və yaşıl rəngli salxım-güllər təsvir edilmişdir.
Ara sahənin aşağı və yuxarı hissələrində müxtəlif formalı çiçəklərdən və yarpaqlardan ibarət çələngəbənzər element
təsvir edilmişdir. Çələngi təşkil edən çiçəklərdə sürməyi, mavi, açıq-qəhvəyi, zoğalı, ağ, narıncı, kərpici, yarpaqlarda isə
yaşıl, kərpici, açıq-qəhvəyi, sürməyi rənglərdən istifadə olunmuşdur.
Gül-çiçək təsvirləri ilə yanaşı, mərkəz hissənin tərtibatında xalçaçılıqda “bulud” kimi tanınan motivlərdən də istifadə
olunmuşdur. Azərbaycan incəsənətində qədim dövrlərdən mövcud olan, orta əsrlərdə isə daha da inkişaf edən “bulud”
motivi öncə saxsı və metal məmulatlarında, memarlıqda, daha sonra parça, xalça, miniatür və s. sənət sahələrində tətbiq
edilmişdir.
“Bulud” elementi müxtəlif formalarda – sadə, mürəkkəb və süjetli olur. Mürəkkəb “bulud”lar çıxıntılı, süjetli “bulud”lar
isə insan, əjdaha, ilan və s. təsvirli olur. “Şah-Abbası” xalçasında verilən “bulud” elementləri də mürəkkəb və süjetli-
əjdaha təsvirlidir. Xalçanın həm rəng, həm də kompozisiya baxımından zəngin olan və mərkəz hissə ilə bir- birini tamam-
layan haşiyəsi ana haşiyə, bala haşiyə və “su”lardan ibarətdir.
Ana haşiyə sürməyi yerliklidir. Haşiyə boyunca bir-biri ilə zəncirvari formada birləşən “Şükufə” adlanan elementlər
təsvir edilmişdir. Bu elementlər zoğalı, kərpici, şəkəri, ağ, sürməyi, mavi, yaşıl, islanmamış həna rəngi, açıq-qəhvəyi,
narıncı, çəhrayı rənglərlə işlənmişdir.Ana haşiyə bəzəyini təşkil edən gül-çiçək elementləri bir-birini ardıcıllıqla və aramla
əvəz edən dörd müxtəlif formalı gül təsvirlərindən ibarətdir. Kiçik ölçülü beşləçəkli güllər ana haşiyənin boşluqlarını
doldurmuşdur. Ana haşiyənin güllərini bir-birinə incə, qırmızı haşiyəli ağ budaqlar bağlayır.
Ana haşiyəni hər tərəfdən bala haşiyələr əhatə edir. Ağ, sürməyi yerlikli bala haşiyələr beşləçəkli və onikiləçəkli kiçik
ölçülü gül-çiçək və “islimi” elementi ilə tərtib edilmişdir.
“İslimi” Azərbaycanın dekorativ-tətbiqi sənətində, xüsusən də xalçaçılıqda istifadə olunan əsas elementlərdən biridir.
Dairəvi formada şaxələnmiş dalğalı budaqlar və onları əhatə edən yarpaqlar bu naxışın əsasını təşkil edir. “İslimi”nin
sadə, qanadlı, haçalı, hörmə, butalı və s. kimi növləri vardır. Bəzi sənətşünaslar bu elementin yaranma tarixini islam dini
ilə əlaqələndirirlər.
Ana haşiyəni xaricdən əhatə edən bala haşiyələr, ara sahəni və xarici bala haşiyəni əhatə edən sürməyi yerlikli bala
haşiyələr ölçüsünə görə nisbətən böyük olsa da, kompozisiya baxımından eynidir.
Bala haşiyələr də öz növbəsində zoğalı, ağ, sürməyi, kərpici rəngli “su”larla əhatə olunmuşdur.
Xalçanın rəng tərtibatı çox şuxdur. Əsas rəng kimi zoğalı, kərpici, sürməyi və ağ rənglərdən, təsvirlərin daha da
dolğunlaşdırılması üçün isə mavi, şəkəri, islanmamış həna rəngi, qarpızı, yaşıl, çəhrayı, narıncı, açıq və tünd-qəhvəyi
rənglərdən istifadə edilmişdir. Toxucu bu rənglərdən ustalıqla istifadə edərək çox baxımlı, göz oxşayan bir əsər yarada
bilmişdir.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu yun, ərişi və arğacı isə pambıqdır.
1...,45,46,47,48,49,50,51,52,53,54 56,57,58,59,60,61,62,63,64,65,...84