4
Bəzz qalası. Qaradağ. Kəleybər. VIII əsr.
Savalan dağından görünüş.
XVI – XVII əsrlərdə Təbriz qrupu xalçalarında bədii ənənələ­
rin heyrətamiz bədii-texniki səviyyəyə çatması, heç şübhəsiz,
XI – XV əsrlərdə onun bədii-estetik məziyyətlərinin davamlı
olaraq yeni keyfiyyətlərlə zənginləşməsi ilə bağlı olmuşdur. Bu­
nu şərtləndirən səbəblərdən biri XIII əsrdən başlayaraq Azər­
baycan incəsənətinin dünyada xalçaçılıq və digər bədii sənət
növləri ilə yanaşı, həm də insan ağlını ovsunlayan nəfis minia-
tür sənəti nümunələri ilə tanınmağa başlaması idi. Təbriz xal-
çaçılıq ənənələrinin miniatür sənətinin bədii xüsusiyyətləri ilə
qoşalaşması yeni toxuculuq nümunələrinin qeyri-adi ecazkar­
lığına və nəfisliyinə səbəb olmuşdur. O dövrlərdə bir çox mi­
ni­atürçü rəssamların, o cümlədən yüksək sənətkarlığı ilə Azər­
baycan təsviri sənəti məkanında silinməz iz buraxmış Sultan
Məhəmmədin tez-tez yeni xalça kompozisiyalarının hazırlan­
masında iştirak etmələri Təbriz xalçalarının özünəməxsus bə­
dii-estetik keyfiyyətlərlə zənginləşməsini, onların bütün dünya­
da duyulası şöhrət tapmalarını şərtləndirmişdir. XVI – XVII
əsr­­lərdə bütün Azərbaycan incəsənətinin, o cümlədən qovşağı
ecaz­kar sənət nümunələrinin yaranmasına səbəb olan xalça-
çılığa və miniatürə xüsusi diqqət və onların inkişafının yeni
mərhələyə qədəm qoyması Səfəvilər dövlətinin yaranması, ona
I Şah İsmayıl və oğlu Təhmasib kimi sənətsevər hökmdarların
başçılıq etmələri ilə bağlı idi. Bunu dekorativ-tətbiqi sənətin
müxtəlif sahələrini əhatə edən və həmin dövrlərə aid olan xalça,
metalişləmə, keramika, daşoyma, parça və tikmə nümunələrinin
həmAzərbaycanın, həm də çoxsaylı dünya ölkələrinin muzey və
şəxsi kolleksiyalarını bəzəməsi də təsdiqləyir. Belə nümunələrə
XVI əsrdən başlayaraq xalçaçılıq məkanında aparıcı yer tutan
“Şeyx Səfi” (ona “Ərdəbil xalısı” da deyirlər) kompozisiyalı bir
– neçə xalını (onlar London, Los-Anceles və Tehran şəhərlərində
saxlanılır), Moskvanın (Rusiya) Silah palatasındakı polad başlı-
ğı, bədii qalxanı və bədii parçanı, Budapeştin (Macarıstan) De-
korativ sənətlər muzeyini bəzəyən süjetli tikməni və süjetli xal-
çanı (XVI əsr), Nyu-Yorkda Debenhamın şəxsi kolleksiyasında
qorunan bədii nimçəni (XVI – XVII əsrlər), elə həmin şəhərdə
Tabbahın şəxsi kolleksiyasında saxlanan bədii nimçəni (XVII
əsr), Boston (ABŞ) İncəsənət muzeyində nümayiş etdirilən süjet-
li məxməri (XVI əsr), “Metropoliten” (ABŞ) müzeyinin kolleksi-
yasındakı “Qarabağ” xalçasını (XVII əsr), “Viktoriya və Albert”
muzeyindəki (London) bədii parçaları və bədii nimçəni (XVI
əsr), Parisin Dekorativ sənətlər muzeyində göstərilən bədii parça
və süjetli xalçanı (XVI əsr), Topqapı sarayı muzeyində (Türkiyə)
nümayiş olunan polad başlığı və Şah İsmayılın qızıl kəmərinin
toqqasını, “Namazlıq” xalçasını (XVI əsr) və bədii vazanı (XVI –
Xalça fraqmenti. Yun. Xovlu. XVI əsrin ortaları.
Təbriz qrupu. Azərbaycan. “Metropoliten” muzeyi.
Nyu-York.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...84