61
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Mavi yerlikli gölün sağ və solunda mərkəzdən
bir qədər aşağı hissədə, sürməyi-yaşıl çalarlı gö-
lün içərisində “buta”motivləri vardır.Azərbaycan
dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində,
o cümlədən xalçalarda bu motiv çoxsaylı forma-
larda tərtib edilmişdir. Burada təsvir edilən buta
motivləri Nadir şahın və Qacarın əbalarındakı bu-
talarla eynidir. Bu növ butalara qədim dövrlərdə
Təbrizdə istehsal edilmiş ipək parça və tirmələrin
üzərində də vardır. Butalar sarı, mavi, çəhrayı,
açıq-yaşıl rənglərlə tərtib edilib. Butaların arasın-
da sarmaşıq düzülüşünə bənzər çiçəkli budaqlar
təsvir edilmişdir. Butalarda tərtib edilmiş rənglər
ağ rəngli budaqlardakı güllərdə də təkrarlanır.
Mərkəzdəki mavi yerlikli gölün üstündəki qara
yerlikdə, sağ və soldakı açıq-qəhvəyi yerlikdəki
ağac motivləri forma eti­ba­rilə bir-birinə çox ya-
xındır. Qəhvəyi gövdəli və budaqlı ağac nisbətən
canlı, ağ, narıncı rəngli çiçəklər daha aydın nəzərə
çarpır. Boşluqlardakı çəhrayı, tünd-qırmızı
güllərin rəngi ağacın sağ və solundan şaxələnən
budaqlardakı güllərin rəngi ilə uzlaşır. Sağ və
soldakı mavi rəngli güllər də rəng düzümünü
zənginləşdirir.
Sürməyi, mavi gövdəli və budaqlı ağaclar
incə tərtibatı ilə diqqəti cəlb edir. Budaqlardakı
sürməyi, çəhrayı güllərin rəngi yuxarı və aşağı
künclərdəki güllərin rəngləri ilə uzlaşaraq xüsusi
ahəng yaradır.
Ara sahənin sağ və solunda yuxarıdan-aşağı
istiqamətdə beşinci , sağ və soldan birinci çəhrayı
yerlikli göllərin içərisində mavi, sarı, tünd-
qırmızı, sürməyi, qəhvəyi rəngli güllərlə bəzədilmiş mavi və sürməyi gövdəli və budaqlı
ağac təsvir edilib. Yarpaqlar açıq-yaşıl, qəhvəyi, sürməyi, tünd-yaşıl, cüzi nəzərə çarpan
qırmızı rənglərlə tərtib edilib. Ağacın sağ və solunda kiçik ölçülü sürməyi gövdəli və açıq-
yaşıl , sarı, qəhvəyi, sürməyi, ağ yarpaqlı ağac vardır. Boşluqlar güllü-çiçəkli bu­daq­larla
doldurulub.
Mərkəzdəki mavi yerlikli gölün altında, qırmızı rəngli yerlikdə sağ və soldan sütunlu
yuxarı hissələr dalğavari mehrab şəkilli ara sahədə çil-çıraq formalı təsvir verilib. Boşluq-
lar güllü, yarpaqlı budaqlarla, aşağı hissədə isə bir cüt “buta” motiv ilə bəzədilib. Gölün
sürməyi yerlikli boşluqlarında sarı, qəhvəyi, çəhrayı, yaşıl rəngli güllər vardır.
Ara sahədəki “buta” təsvirli göllərin altındakı mehrabşəkilli sarı yerlikdə təsvir edilmiş
ağac təsvirli göllər xalçanın ümu­mi görünüşünü canlandırır. Sürməyi, çəhrayı , ağ rənglərlə
işlənmiş güllər, zoğalı gövdə və budaqlar da çox aydın nə­zərə çarpır. Ağacların sağ və so-
lundakı kiçik ölçülü ağaclardakı rənglər də yüksək zövq və bacarıqla tərtib edilmişdir.
Ara sahədə aşağıdan-yuxarı istiqamətdə ikinci, sağ və soldan birinci göllərdə çəhrayı
gövdəli və budaqlı , çox nadir hallarda təsadüf edilən ağac təsvirləri verilib. Qərənfil gülü-
nü xatırladan qəhvəyi gövdəli və budaqlı, nisbətən kiçik ölçülü ağaclar boz yerlikdə canlı
vəhdət duyğusu yaradır. Gölün künclərində mavi, çəhrayı rəngli dördləçəkli güllü bu-
daqlar, yuxarı künclərdə isə qəhvəyi, sürməyi, sarı güllü, sarı, boz, yaşıl yarpaqlı budaqlar
işlənmişdir.
Ara sahənin aşağı hissəsindəki sarı yerlikli kiçik ölçülü göllərin üst hissəsindəki göllərdə
sürməyi yerlikdə açıq-qəhvəyi gövdəli və tünd-qırmızı, açıq-qəhvəyi budaqlı ağac təsviri
verilib. Güllər mavi, çəhrayı, ağ, narıncı yarpaqlar açıq və tünd-yaşıl rənglərlə işlənib. Aşağı
künclərdə mavi, yuxarı künclərdə isə zoğalı yerlikli yarımçıq medalyonlarda da gül-çiçək
təsvirləri vardır. Bu tipli gül-çiçək təsvirləri İrəvan Sərdar sarayının divarında da olmuşdur.
Ara sahənin aşağı hissəsində sarı yerlikli kiçik ölçülü göllərin arasında, sürməyi yerlikli
gölün içərisindəki güldanda çəhrayı, tünd-qırmızı, qara, qəhvəyi, mavi rəngli beşləçəkli
güllər, tünd-qəhvəyi və açıq-yaşıl ağ yarpaqlarla dolu qəhvəyi budaqlar təsvir edilib. Gölün
aşağı künclərindən yuxarıya doğru güllü budaqlar şaxələnir.
Xalçanın ara sahəsindəki göllər bir-birindən içərisində çəhrayı, ağ rəngli güllər işlənmiş
zəncirvarı halqalarla ayrılır. Spi­ralşəkilli halqalar mavi rənglə tərtib edilib.
1...,53,54,55,56,57,58,59,60,61,62 64,65,66,67,68,69,70,71,72,73,...84