62
Xalçanın qara yerlikli ana haşiyəsində iyir-
mi ağ yerlikli kətəbə tərtib edilib. Kətəbələrin
içərisində, mərkəzdə sürməyi, çəhrayı, mavi
rənglərlə işlənmiş səkkizləçəkli gül vardır.
Səkkizləçəkli gülü qəhvəyi, mavi, çəhrayı
rənglərlə işlənmiş güllər əhatə edir. Kətəbələrin
boşluqlarında “bulud” adlandırılan motivlər
vardır. Bəzi toxucular bu motivləri stilləşmiş
əjdaha və ya ilan kimi yozurlar. Bu motivlər
tünd-qırmızı, kənarları isə qara rəngli “su”larla
işlənib. Ana haşiyənin boşluqlarında çəhrayı,
mavi, tünd-qırmızı, açıq-qəhvəyi, ağ, qara, boz,
açıq-yaşıl rənglərlə işlənmiş dördləçəkli medal-
yonlar vardır.
Ləçəklərin arasında güllü, yarpaqlı budaqlar
şaxələnir və haşiyənin boşluqları boyu uzanır.
Ana haşiyə hər iki tərəfdən içərisində sürməyi
, yaşıl, qırmıızı, mavi rəngli yarpağa bənzər
motivlər işlənmiş narıncı yerlikli mədaxillərlə
əhatə olunub. Mədaxillər daxildən ağ, qəhvəyi,
rəngli “siçandişi”lərlə, xaricdən isə qara rəngli
“su”larla tamamlanır.
Açıq-yaşıl yerlikli xarici bala haşiyə xaricdən
içərisində açıq-qəhvəyi dalğavarı xətlər işlənmiş
qara yerlikli, daxildən isə qara dalğavarı xətli
sürməyi yerlikli mədaxillərlə əhatə olunub.
Dalğaların arasında tünd-qırmızı, açıq-yaşıl, ağ,
qəhvəyi rənglərlə işlənmiş çiçəklər vardır.
Kərpiciyə çalan qırmızı yerlikli ensiz haşiyələr
sarmaşıq düzülüşlü budaqlar, gül və yarpaq-
larla bəzədilib. Haşiyələrin kənarları yaşıl, qara
rəngli “su”larla tamamlanır.
Xalçanın kənarları daxildən tünd-qırmızı ,bəzi
hissələrdə kərpiciyə çalan qırmızı, xaricdən
mavi rəngli zolaqlarla əhatə olunub.
Xalçada istifadə edilən bütün rənglər təbii bo-
yalardan alınmış, iplər isə əldə əyrilmişdir. Xal-
çanın xovu yun, əriş və arğacı pambıqdandır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
Xalçanın saxlanma vəziyyəti əladır.
1...,54,55,56,57,58,59,60,61,62,63 65,66,67,68,69,70,71,72,73,74,...84