65
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Sağ ana haşiyədə yu­
xarıdan birinci kətəbə:
“Bütün padşahlar öz taxt
və tacı ilə fəxr etmişlər”.
Sağ ana haşiyədə yuxarıdan
ikinci kətəbə: “Yalnız Nadir
şahdır ki, taxt və tac onunla
fəxr edir.”
Sağ ana haşiyədə yuxarıdan
üçüncü kətəbə: “Nadir şah
kimisi bir daha bu dünyaya
gəlməyəcək.”
Sağ ana haşiyədə yuxarıdan
dördüncü kətəbə: “Əmələ
gəlməyən işləri çox yüksək
səviyyədə əncama yetirdi.”
Ana haşiyədəki kətəbələrin arasındakı boşluqlarda açıq-qəhvəyi yerlikli dairəvi medalyon-
lar yerləşdirilib. Medalyonların içərisində həqiqi və əfsanəvi hökmdarların portretləri təsvir
edilib.
Ana haşiyənin yuxarı hissəsində, mərkəzdəki medalyonda Saman adı ilə tarixə düşmüş
hökmdarın portreti verilib. Samanilər sülaləsi 819–999-cu illərdə mövcud olmuş dövlətdir.
Mərvdə canişin olmuş Saman adlı bir tacikin oğlu Əsədə xəlifə vəzifə verərək onu da canişin
təyin etmişdi. Əsədin 4 oğlu vardı: Nuh, Əhməd, Yəhya və İlyas. 806-ci ildə Mərkəzi Asiyada
yenə xilafətə qarşı xalq üsyanı baş verdi. Üsyanın başında Müqənnanın tərəfdarları dururdu.
Üsyanın başçısı isə ərəb sərkərdəsi Rəfi ibn Lays adli birisi idi. Belə bir şəraitdə Əsədin oğlanları
üsyanın yatırılmasında Məmuna kömək edərək 810-cu ildə hərəkatı yatırdılar. Bu xidmətə görə
xəlifə Saman nəslindən olanları Mərkəzi Asiyanın müxtəlif əyalətlərinə canişinlər təyin etdi.
Belə ki, Nuh Səmərqənddə, Əhməd Fərqanədə, Yəhya Şaşda, İlyas Usruşanada canişin oldular.
Əhməd öldükdən sonra onun yerinə oğlu Nəsr keçdi. Nəsr ibn Əhməd Mavərannəhrin
müstəqil hakiminə çevrildi və öz adından pul zərb etdi. Lakin qardaşi İsmayil ibn Əhməd 888-
ci ildə Nəsri məğlub edərək hakimiyyəti ələ aldi. O, ətraf ərazilərdə yaşayan türk tayfalarının
üstünə hərbi səfər təşkil etdi və dövlətin qudrətini artırdı. Beləliklə, Samani nəslindən olan
İsmayil müstəqil, tarixdə “Samanilər dövləti” adlandırılan dövlətin başçısına çevrildi. Onun
oglu Əhməd, nəvəsi II Əhməd Nəsrin vaxtında Samanilər dövləti tənəzzulə doğru getməyə
başladi.Çünki, bu illərdə Mərkəzi Asiyada yeni türk tayfa ittifaqları yaranmış və işgalçılıq
müharibələrinə başlamışdılar. Xüsusilə, Sırdərya hövzələrində oğuzlar güclənmişdilər.
Samanilər dövləti qisa tarixi dövr ərzində mövcud olsa da, bu dövlət Mərkəzi Asiyada
əkinçiliyin və ticarətin inkişafi ilə səciyyələnir. Mərkəzi Asiyanın böyük dahiləri, etnik
mənsubiyyətcə türk olan Əl-Fərabi və İbn Sina Samanilərin hakimiyyəti vaxtında yetişmişdilər.
Samanilər İslam dininin Mərkəzi Asiyada möhkəmlənməsində də böyük rol oynadılar. Samani
hakimləri çoxlu məscid, mədrəsə və mavzoleylər tikdirmişdilər. 922-ci ildə Samanilər üzərinə
hücum edən Qaraxanilər tezliklə Buxaranı tuturlar. 966-cı ildə bağlanan müqaviləyə görə
Zərəfşan çayından şimalda yerləşən ərazilər Qaraxanilərin tabeliyinə keçir. 999-cu ildə Qaraxa-
ni və Qəznəvi birləşmiş qüvvələri Samanilər dövlətinin varlığına son qoydular.
Ana haşiyənin yuxarı hissəsində sağdan birinci medalyonun içərisində zərdüştiliyə görə, ilk
insan, “Şahnamə”yə görə isə ilk padşah sayılan Kəyumərsin portreti verilmişdir. Zənd dilində
“Böyük dama” mənası verən Kəyumərs otuz il şahlıq etmiş və tarixdə xoş adla yad edilir.
Siyamək adlı oğlu olmuşdur.
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...84