67
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın aşağı hissəsində, ana haşiyədəki soldan ikinci medalyonun içərisində “Şahnamə”
qəhrəmanlarından biri və əfsanəvi Pişdadıyan sülaləsinin üçüncü hökmdarı olan Təhmurəsin
portreti təsvir edilib. O, Hüşəngin qətlindən sonra taxta çıxmış və divlərə qalib gəlmişdir.
Onun zamanında böyük aclıq baş verdiyindən əmr edir ki, varlılar gündəlik yeməklərini
yoxsullarla bölsünlər və hər iki təbəqə gündə bir dəfə yemək yesin. Keçi yunundan istifadə
etmək onun adı ilə bağlıdır. O, insanları Yaradana sitayiş etməyə təşviq edirdi. Bütpərəstliyi,
cadugərliyi, sehrbazlığı günah sayırdı. Tarixçilər bir neçə şəhərin salınmasını onun adı ilə
bağlayırlar. Rəvayətə görə, Əhrimən Təhmurəsi udmuş və sonradan Təhmurəsin oğlu Cəmşid
onu Əhrimənin qarnından çıxararaq dəfn etmişdir.
Xalçanın sol hissəsində ana haşiyənin mərkəzindəki medalyonun içərisində əfsanəvi Piş­
dadıyan sülaləsinin altıncı padşahı olmuş Cəmşidin portreti verilib. Rəvayətə görə o, ölümə qal-
ib gəlmiş ilk bəşər olub. “Avesta”ya görə, Ahuraməzdanın öz dinini verdiyi ilk şəxs. Rəvayətə
görə, Cəmşidin zamanında üç yüz il xəstəlik və ölüm olmayıb. Sonradan – o, yolunu azdıqdan
sonra dünya dəyişib və ölüm geri dönüb. “Şahnamə”yə görə Novruz bayramı onun adı ilə
bağlıdır. Guya Cəmşid 700 il yaşamış və onun taxtını divlər gəzdirərmiş. Cəmşidi taxtdan salan
Zöhhak olmuşdur.
Xalçanın sol hissəsindəki ana haşiyədə, yuxarıdan-aşağı istiqamətdə dördüncü medalyonun
içərisində Zöhhakın portreti təsvir edilib. İran əfsanələrinə görə, Zöhhak Pişdadıyan sülaləsinin
beşinci hökmdarı olub; Cəmşiddən sonra taxta çıxıb. Ərəb olduğu üçün onu Zöhhakı-tazı, yəni
ərəb Zöhhakı adlandırırdılar. Rəvayətə görə, onun çiyinlərində iki ilan varmış və hər gün onlara
iki insan beyni yedirərlərmiş. Nəhayət, Dəmirçi Kavənin başçılığı ilə xalq bu zalıma qarşı üsyan
edib onu taxtdan salır və Firidunu şah seçir. Şərq ədəbiyyatında Zöhhak qəddarlıq və zülmün
rəmzi kimi yozulur.
Ana haşiyədə soldan ən aşağıdakı medalyonun içərisində “Şahnamə” qəhrəmanı Firidunun
portreti təsvir edilib. Firidun Pişdadıyan sülaləsinin altıncı hökmdarıdır, Cəmşidin nəvəsidir.
Atasını Zöhhak öldürdükdən sonra anası uşağı götürüb gizlədir və onu inək südü ilə bəsləyir.
Zöhhak münəccimlərdən eşitmişdi ki, onun axırına Firidun çıxacaq. Bu səbəbdən də onu
axtarmağa başlayır. Anası onu Elbor-Elbrus dağında gizlədir. Firidun on altı yaşına çatanda
anası bütün əhvalatı ona danışır və o, Kavə üsyanına qoşularaq, Zöhhakı devirib şahlığa keçir.
Firidun özünü ikinci Zərdüşt adlandırırdı və qədim zərdüştilik dinini zəmanəsinin tələblərinə
uyğunlaşdırmağa çalışırdı.
Xalçanın ana haşiyəsindəki boşluqlar açıq-qəhvəyi, sumağı, şəkəri rənglərlə işlənmiş güllü, yarpaqlı budaqlarla dol­
durulmuşdur.
Ana haşiyə xaricdən içərisində qəhvəyi, şəkəri, sarı rəngli gül-çiçək, yarpaq dolu budaqlarla bəzədilmiş sürməyi yerlikli
bala haşiyə ilə əhatə olunub. Bala haşiyə xaricdən şəkəri rəngli diliklər işlənmiş sürməyi yerlikli mədaxillərlə tamamlanır.
Daxildən isə qəhvəyi, şəkəri rəngli diliklər işlənmiş mədaxillə əhatə olunub. Mədaxilin kənarları qara rəngli “su”larla
tamamlanır.
Ara sahəni əhatə edən şəkəri yerlikli ensiz haşiyə sumağı, şəkəri rəngli güllər və sarı rəngli yarpaqlarla bəzədilib. Ensiz
haşiyə daxildən kərpici, sarı rəngli diliklər işlənmiş, xaricdən isə sumağı, sarı rəngli mollabaşı motivləri ilə bəzədilmiş mə­
daxillərlə əhatə olunub. Mədaxillərin kənarları qəhvəyi rəngli “su”larla tamamlanır.
Xalçanın rəng tərtibatı yüksək peşəkarlıq və ənənəvi qanunauyğunluqla həll edilmişdir. Xalçada on iki rəng çalarından
istifadə edilib . Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdandır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Saxlanma
vəziyyəti əladır.
1...,59,60,61,62,63,64,65,66,67,68 70,71,72,73,74,75,76,77,78,79,...84