5
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
XVII əsrlər), Tehranın (İran) Arxeoloji muzeyindəki ornamental
xalça (XVI əsr) və s. sənət əsərlərini göstərmək olar.
Böyük ustad Sultan Məhəmməddən dərs alan Şah Təhmasibin
bir xalçaçı-rəssam kimi Təbriz qrupu xalçalarının inkişafına ver-
diyi töhfə də qeyd olunmalıdır. Gənc Təhmasibin bir çox xalça
və bədii tikmələrin eskizini hazırladığı məlumdur. Saray ema-
latxanasında onun eskizləri əsasında toxunan yüksək keyfiyyətli
xalçalar və parçalar dəfələrlə məbədlərə, məscid və müqəddəs
yerlərə ərməğan edilmişdir. Tarix Şah Təhmasib təxəyyülünün
nəticəsi olan bir-neçə xalı, eləcə də pərdəlik ipək parçaların Kər­
bəladakı İmam Hüseynin türbəsinə hədiyyə olunduğu faktını
özündə yaşadır. Ərdəbildəki “Şeyx Səfi” məqbərəsinə bağış­la­
nan gözəl xalılar, Məşhəddəki İmam Rzanın məqbərəsinə hə­
diyyə kimi təqdim edilən xalı və ikiüzlü xalça-pərdələr də Şah
Təhmasibin yaradıcılığının məhsulu hesab edilir. Bundan əlavə,
Şah Təhmasibin Osmanlı hökmdarı Sultan Süleymana məktub
yazıb memar Sinanın ucaltdığı məscidə (Süleyman məscidi) xalı
hədiyyə etmək niyyətini açıqlaması və məscidin ölçülərinin ona
göndərilməsini xahiş etməsi də məlumdur. Az sonra müsbət
cavab alınıb və həmin xalılar vaxtında toxunaraq məscidə gön­
dərilib.
Səfəvilər dövründə Təbrizdən sonra Ərdəbil ölkənin ikinci sə­
nət mərkəzi sayılırdı. Bu şəhərdə tətbiqi sənət, xüsusilə də xal-
çaçılığın inkişafı geniş vüsət almışdır. Fransız səyyahı Tavern-
yenin qədim şəhəri ziyarətdən sonra söylədiyi “Ərdəbil təkcə
hökmdar məqbərələri ilə məşhurlaşmayıb, bu şəhərə həm də
ticarət, ipəkçiliyin və xalçaçılığın inkişafı şöhrət gətirib” fikri də
bunu təsdiqləyir. Odur ki, Cənubi Azərbaycanın bir çox yaşa-
yış məntəqələrində xalçaçılıq geniş yayılsa da, bu yerlərdə to-
xunan nümunələr bilavasitə Təbrizlə yanaşı, həm də Ərdəbillə
bağlıdır. Sənət tarixinə “Təbriz qrupu” kimi daxil olan xalçalar
bədii-texniki xüsusiyyətlərinə və kompozisiyalarına görə Təbriz
və Ərdəbil qruplarına ayrılır.
Təbriz qrupuna “Təbriz”, “Əfşan”, “Dörd fəsil”, “Baxşayış”,
“Qə­rəcə”, “Görəvan”, “Heris”, “Ovçuluq”, “Ağaclı” və “Lə­çək­
tu­runc” kompozisiyaları, Ərdəbil qrupuna “Ərdəbil”, “Şeyx Sə­
fi”, “Şahabbası”, “Sərabi”, “Zəncan”, “Mir” və “Açma-yumma”
çeş­niləri daxildir.
Xovlu xalçalarla yanaşı özünəməxsus bədii-texniki məziy­yət­
lərə malik olan xovsuz xalçalar da toxunubdur. Təbriz qrupuna
daxil olan məntəqələrdə xovsuz xalçalardan palaz, kilim, vərni
və zilinin, Ərdəbil qrupunda isə cecim, vərni və zilinin daha çox
yayıldığını söyləmək olar.
Təbriz xalçaçılıq məktəbi bu kanonlaşmış nümunələrə tapına-
raq, həm də onların kompozisiya həlli, ornament ritmi və rəng
həlli ilə səsləşən, onlarla anım yaradan digər çoxsaylı çeşni­lər­lə
də zəngindir. Bunların sırasında klassik mahiyyətli “Buta”, “Ba-
lıq”, “Leyli və Məcnun”, “Bağ-behişt”, “Bağ-meşə”, “Dərviş”,
“Kə­təbəli”, “Gördəst”, “Göllü, guşəli”, “Güldanlı”, “Məşahir”,
“Mui”, “Namazlıq”, “Nəcaqlı”, “Sərvistan”, “Sərdari”, “Sə­
Səng darvazası. Xoy şəhəri.
Şeyx Səfi türbəsi. Ərdəbil. XVI
XVII əsrlər.
Şeyx Səfi türbəsi. Ərdəbil. XVI
XVII əsrlər.
Tarix Şah Təhmasib
təxəyyülünün nəticəsi olan bir-
neçə xalı, eləcə də pərdəlik ipək
parçaların Kər­bəladakı İmam
Hüseynin türbəsinə hədiyyə
olunduğu faktını özündə yaşadır.
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...84