69
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalça mürəkkəb kompozisiya quruluşuna malikdir.
Sürməyi yerlikli ara sahədə şəkəri yerlikli medalyonun içərisində Səfəvi dövlətinin hökmdarı Şah Abbas Səfəvi (1571 –
1629), onun xanımı və oğlu Şah I Səfinin (1629 – 1642) təsviri verilmişdir.
Medalyonun içərisində sağdan birinci Şah Abbasın xanımı, ikinci Şah Abbasın özü, üçüncü isə Şah Abbasın oğlu I
Səfinin təsviridir. Şəkillərin üstündə nəstəliq xətti ilə sağ kətəbədə “Mələkə”, mərkəzi kətəbədə “İran imperatoru” sol
kətəbədə isə “Vəliəhd” yazılmışdır.
Ara sahənin yuxarı
hissəsində mərkəzdəki
medalyonun içərisində
Azərbaycan Səfəvilər
dövlətinin banisi,
böyük dövlət xadimi
və şair Şah İsmayıl
Xətainin (1487 – 1524)
portreti vardır.
Ara sahənin yuxa-
rı hissəsində, sol
küncdəki medalyo-
nun içərisində Nadir
şah Əfşarın (1688 –
1747) portreti veril-
mişdir.
Ara sahənin sol
hissəsində yuxarıdan-
aşağı istiqamətdə ikinci
medalyonun içərisində
Qacarlar sülaləsindən
Məhəmməd şah Abbas
mirzə оğlu Qovanlı-
Qacarın (1810 – 1848)
portreti verilmişdir.
Yuxarıdan-aşağı
istiqamətdə üçüncü
medalyonun içərisində
Qacar şahı Nəsirəddin
şah Məhəmməd şah
oğlu Qovanlı-Qacar
(1831 – 1896) təsvir
edilmişdir.
Sol hissədə, aşağı-
dan ikinci medal-
yonun içərisində
Müzəffərəddin şah
Nəsirəddin şah oğlu
Qovanlı-Qacarın
(1853 – 1907) portreti
təsvir edilib.
Ara sahənin aşa-
ğı hissəsində, sol
küncdəki medalyonun
içərisində Şah Abbas
Səfəvinin (1571 – 1629)
təsviri verilib.
Ara sahənin aşağı
hissəsində, mərkəzdə Qa-
car hökmdarlarından biri
olan Məhəmmədəli şah
Müzəffərəddin şah оğlu
Qovanlı-Qacarın (1872 –
1924) təsviri verilib.
Ara sahənin aşağı
hissəsində, soldan
üçüncü medalyonun
içərisində Nadir şah
Əfşarın (1688 – 1747)
portreti verilmişdir.
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...84