70
Ara sahənin aşağı
hissəsində, aşağıdan ikin-
ci medalyonun içərisində
Ağa Məhəmməd şah
Qacar (1742 – 1797) təsvir
edilib.
Sağdan üçüncü
uzunsov medal-
yonun içərisində
Zənd tayfasının
başçısı Kərim xan
Zənd (1705 – 1779)
təsvir edilib.
Ara sahənin yuxarı
hissəsində, yuxarıdan-
aşağı istiqamətdə ikinci
medalyonun içərisində
Fətəli şah Hüseynqulu
xan оğlu Qovanlı-Qacar
(1772 – 1834) təsvir edilib.
Ara sahənin yuxarı
hissəsində, sağ küncdə
Qacar taxt-tacının
vəliəhdi, Abbas Mirzə
Fətəli şah оğlu Qo-
vanlı-Qacarın (1788 –
1832) təsviri verilib.
Xalçanın ana haşiyəsinin yuxarı hissəsindəki sağ küncdə Səfəvilər hökmdarı Şah I Təhmasib
(1514 – 1576), sağdan-sola ikinci medalyonin içərisində Şah Abbasın özü, üçüncü medalyonun
içərisində dövrün tanınmış alimlərindən və dərvişlərindən biri olan dərviş Əli Yusif təsvir
edilib. Ana haşiyədə bu təsvirlər təkrarlanır.
Ara sahənin yuxarı hissəsində, mərkəzdə tac təsviri vardır. Tac hakimiyyət, şahlıq rəmzidir.
Xalçanın ara sahəsinin və haşiyəsinin boşluqlarında heyvan təsvirləri vardır. I Şah Abbas mahir ovçu olmuşdur.
Xalçadakı müxtəlif heyvan və quşların təsviri onun ovçuluğuna işarədir.
Xalçanın yuxarı hissəsindəki şəkəri kətəbədə üç sətirdən ibarət yazı vardır:
Birinci sətirdə: “İlk şah ki ölkəsini inkişaf etdirdi, onun adı Kəyumərsdir”.
İkinci sətirdə: “Dünyada Huşəng kimi ağıllı və bağışlayan, müharibələrdə qalibkar padişah yoxdur”.
Üçüncü sətirdə: “Dünyada Təhmurz şah kimi gözəl və bəxti gətirən şah yoxdur”.
Adı çəkilən şahlar Firdovsinin “Şahnamə”sində təsvir edilib.
Xalçada on iki rəng çalarından istifadə edilib. Rənglərin tərtibatı yüksəkpeşəkarlıqla həll edilmiş və rəng ahəngdarlığı
ənənəvi qanunauyğunluqla işlənmişdir. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır.
Yüksək bədii, tarixi, elmi əhəmiyyət kəsb edir. Şirazə-dolama texnikası ilə toxunub. Xalçanın dəhnəsi sünbülü, saçağı
düyünlü, bir hissəsi 2 sm, o biri hissəsi isə 1,8 sm, sıxlığı 65x80-dir.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...84