72
Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasına həsr edilmiş bu xalçanın ara
sahəsində ətrafında poemadan müxtəlif fraqmentlər verilmişdir.
Xalçada qırmızı atın üstündə şah Xosrovun təsviri var. At belində olan Xosrovun əlindəki silah və əynindəki geyim onun
ova çıxdığını göstərir. Xosrov ov bəhanəsi ilə Şirinin qəsrinə gəlib. Xalçada iki qadın təsviri var. Yazılmış parçalar əsasında
demək olar ki, təsvirlərin yuxarısında Şirin, atın yanında olan isə kənizidir. Şirinin əlində gül dəstəsi, kənizin əlində isə
Şirinin Xosrova olan hədiyyəsidir. Şirin öz qəsrinin pəncərəsindən Xosrova baxır. Xalçanın yuxarı sağ küncündə ev və
tikililər buranın abad şəhər olduğuna işarədir. Xosrovun başındakı tac bu görüşün atası Hörmüzün ölümündən sonra taxta
çıxdığı vaxt baş verdiyini göstərir. Ağac, göl və balıq təsvirləri qəsrin gözəl bir bağda yerləşdiyini göstərir.
Xalçanın mərkəzində “ Xosrovun Şirinin qəsrinə getməsi” sözləri yazılmışdır.
Yazılar sürməyi yerlikli ana haşiyənin içərisində olan kətəbələrdə, bala haşiyələrdə aşağıdan sağdan-sola, saat əqrəbi
istiqamətində nəstəliq xətti ilə yazılmışdır.
Çoxbilmiş kəniz qapıdan
çölə çıxandan sonra
göyçəkbədən Şirin başladı
danışmağa.
Kəniz şəkili Şirinin
bağına asdı və Xosrovu
otağa salıb özü otaqdan
çıxıb getdi.
Şirinin gözəl şəklinə
baxdı və ondan sonra
getdilər.
Şirin çox gözəl
bəzənmişdi. Şirin eynən
şəkər kimi şirin, qızılgül
suyunun ətri kimi gözəl
olmuşdu.
Şirin ay kimi işıldayırdı,
ona qəşəng içməli şərbət
yolladı.
Ondan sonra Şirin özünə
bərbəzək verdi, elə bil ki,
günəşin üstündən kölgə
götürüldü.
Qırmızı ipəkli paltar
geyindi və saçlarına
biçim verdi.
Öz saçlarını bir neçə
halqaya burdu və
buruğun öz gözəlliyi
oldu. Hər buruq bir dün-
yaya bənzəyirdi.
Özünə o qədər bəzək
verdi ki, elə bil ona naxış
çəkmisən.
Başının qara telləri eynən
ay kimi işıq saçırdı.
Gəldi qəsrin qarşısına,
əyilib yeri öpdü. Qulam
(nökər) kimi şahına ehti-
ram etdi.
Qulaqlarından sırğanı
açdı, Şəbdiz atının
quyruğu sırğalara baxıb
qızardı.
Xosrov Şirini gördü və
onun ürəyində Şirinin
təsvirindən ibarət bir
gülüstan yarandı.
Qəsrində əyləşib gözü
önündə cənnət yarandı.
Diriykən gedib cənnəti
gördü.
Şirinin eşqindən ruhu
dincəlmişdi, ürəyi o
qədər tox idi ki, istəyirdi
ölsün.
Dayana bilməyib yerindən
ayağa qalxdı, getdi onun
əllərindən öpdü, əyləşdi.
Dil açdı gözəl-gözəl
danışmağa, Şirindən şirin-
şirin suallarını soruşdu.
Şirinə dedi: sərv ağacı kimi
elə ucalmısan, onun kimi
təravətlisən. Üzün qırmızı,
ürəyin şaddır.
Dünya nur kimi sənə
gülür, göylər də sənin kimi
böyükdür.
Bu şadlıq ürəyimi
təravətləndirdi. Səni görüncə
utandım.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,...84