75
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Hacı Cəlili adlandırılan çox zəngin bədii quruluşa malik olan bu xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən
ibarətdir. Xalça dünya şöhrətli Hacı Cəlilin emalatxanasında toxunmuşdur.
Açıq qəhvəyi yerlikli ara sahənin yuxarı sol hissəsində qaranlıq gecə, ay və ulduzlar təsvir edilmişdir.
Bir qədər aşağı hissədə məhəccər içərisində növbənöv ağaclar, daha aşağıda isə axan çay və çayın ətrafında gül-çiçək na-
xışlı təsvirlər verilmişdir. Çayın aşağı hissəsində çəmənlik və çəmənlikdə dörd qadın fiquru vardır. Qadınların geyimlərinin
ətrafında “bulud” təsvirləri aydın nəzərə çarpır. “Bulud” motivləri qara rənglə işlənmişdir.
Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif növlərində, o cümlədən, xalçalarda “bulud” motivləri müxtəlif forma-
larda təsvir edilmişdir. Bu elementlər ilana və yaxud əjdahaya bənzər formada işlənmişdir. Orta əsrlərdə bu bəzək ele-
menti, əsasən, suyun rəmzi kimi yozulurdu. XI əsrdən başlayaraq “çin-uyğur” təsviri sənətində tətbiq edilən “bulud” və
digər buna bənzər elementlər, xüsusilə miniatürlərdə və keramika məmulatlarında işlədilən bəzək elementləri Azərbaycan
xalq sənətinə daxil olur. Bulud motivləri yerli şəraitdə və dünyagörüşü ilə əlaqədar əhalinin həyatında dini ayinlərlə
əlaqələndirilir. Yaxın Şərq ölkələrində və Azərbaycanda qədim dövrlərdən insanların həyatı üçün çox vacib olan su sənət
əsərlərində balıq, ördək, “S-”ə bənzər və yaxud, dalğavari formada təsvir edilib. Bu bulud elementi ilə əlaqəli olmuş və ona
bir işarədir.
Xalçanın ara sahəsinin boşluqları qırmızı, sürməyi, ağ, narıncı, sarı rənglərlə işlənmiş gül-çiçəklə dolu ağac və digər nəbati
elementlərlə doldurulmuşdur.
Xalçanın ara sahəsinin yuxarı hissəsində Pərvinlə Pərvizin sarayının təsviri verilib.
Ara sahənin aşağı hissəsində sağdan
kətəbələrdə yazılıb: “Pərvinlə Behzadın
Pərvizi görməyə getməsi”
“Pərvinin Sasani hökmdarının qızıl
taxtında əyləşməsi”
“Pərvinin Pərvizin barigahına
(hüzuruna) getməsi”
Birinci kətəbə: “Pərvin bakirə kənizlərlə
birgə Pərvizin evinə gəlir”;
İkinci kətəbə: “Bu ifadədə deyilir”;
Yuxarı sağdan birinci tünd-
qəhvəyi yerlikli kətəbədə:
“Pərvinlə Pərviz gərdəkdə bir-
birinə yetişdilər”;
İkinci sağdan-sola kətəbədə: “Pərvin də
öz atası və anasını yad etdi”;
Soldan birinci tünd-qəhvəyi kətəbədə:
“Pərvizlə Behzad da qoşunla yetişdilər”
Sağdan birinci kvadratşəkilli
kətəbədə: “Mənim dərdim
(qəmim) sənin saçının tükü
qədər pərişandır”;
1...,67,68,69,70,71,72,73,74,75,76 78,79,80,81,82,83,84