76
Sağdan ikinci uzunsov – daxili haşiyəyə
bitişik kətəbədə: “Pərvinlə Pərviz bir-
birini görəndə bihuş olurlar. Bu da onların
bir-birinə olan pak, dərin və sədaqətli
eşqlərini göstərir”;
Yuxarıdan üçüncü sağdan
sola
istiqamətdə
ikinci
kətəbədə – aşağı hissəsində:
“Hər zaman ki bu xalçaya
baxacaqsan, ikinci baxışın
əvvəlki baxışından daha
çox gözəllik görəcək. İnsaf
ki, bu gecələrdə çoxlu yaxşı
çöhrələr görmüşəm” (Yəni:
“Bu xalça o qədər gözəldir
ki, hətta qaranlıqda da
gözəlliyi görünür”).
Təbriz xalçaları üçün səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla tərtib edilmiş, ənənəvi kol-
orit uzlaşması, rəng tarazlığı saxlanılmışdır. Xalçada rəng prinsiplərinə əməl edilməklə, rəng uzlaşmalarında
sərbəstlik, rənglərin paylaşdırılması qanunauyğunluqla həll edilmişdir.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır. Xalçanın xovu yun, əriş və arğacı isə
pambıqdandır.
Xalçanın sürməyi yerlikli ana
haşiyəsinin yuxarı hissəsində, sol
küncdə təbiət mənzərəsi, dağlar,
çəmənlik və sürüsü ilə birlikdə çoban
təsviri verilib.
Yuxarı hissədəki sağ küncdə meda-
lyonun içərisində eyş-işrət içərisində
olan aşiq və məşuq təsvirli miniatür
səhnə vardır.
Aşağı hissədəki sol küncdə iki üz-
üzə dayanıb söhbət edən insan fiquru
təsvir edilmişdir. Sağ küncdə isə çayın
sahilində çəmənlikdə oturan qız və
çaydan su içən ceyran təsviri verilib.
Xalçanın ana haşiyəsini əhatə edən bala haşiyələrin yerliyi ara sahənin yerliyi ilə eynidir. Ara sahənin
kənarlarındakı bala haşiyədə heyvan və quş təsvirləri verilmişdir. Haşiyədə təsvir edilmiş əjdaha fiquru diqqəti
çox cəlb edir. Azərbaycan dekorativ-tətbiqi sənətində əjdaha motivi həm stilləşmiş, həm də real formada təsvir
edilmişdir.
Haşiyədəki əjdaha fiqurlarının arasındakı boşluqlar gül-çiçəkmotivləri ilə doldurulub.Ana haşiyənin xaricindəki
bala haşiyədə nəbati elementlər işlənmişdir.
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84