6
hənd”, “Silsiləvi ləçək”, “Fərhad və Şirin”, “Xəyyam”, “Xətai”,
“Həd­dad”, “Çərxi-gül”, “Ceyranlı” və s. kompozisiyaların adını
çək­­mək olar.
Böyük şöhrət qazanmasının nəticəsi idi ki, Təbriz xalçaları­nın
Avropada yaşayıb-yaradan rəssamlar onları müxtəlif mövzu­lu
tabloların kompozisiyalarına daxil edilməsini edirdi. XVII əsr
holland rəssamı Piter Andredtin çəkdiyi “Altı reqent və evsiz ka-
sıblar üçün sığınacağın sahibi” və Mixel van Musterin “Tomas
Xis öz qohumu və zənci qulluqçu ilə” tablolarında çeşnilərinə
gö­rə Təbriz xalçalarının təsvirinə rast gəlmək mümkündür.
Məşhur flamand rəssamı Piter Paul Rubensin “Roma zəfəri”
tablosunda isə “Əfşan” kompozisiyalı Təbriz xalçasının təsviri
ve­rilmişdir. “Xətai” çeşnili toxuculuq nümunəsinin İtaliyalı ta­
nın­mış fırça ustası Karavaconun “Emmausda şam yeməyi” əsə­
ri­nin diqqət çəkən elementinə çevrilməsini də həmin xalçalara
olan sonsuz marağın və onları dəyərləndirmənin göstəricisi he-
sab etmək mümkündür.
Təbriz xalçaları dedikdə ilk olaraq göz önünə nəbati elementli
çeşnilər gəlir. Bu bədii xüsusiyyət onun “tanınma nişanı”na çev-
rilibdir.
Xalça çeşnilərində yer alan əksər elementlərin insanların on-
ları əhatə edən gerçəklikdə gördüklərinin stilizə, çox vaxt isə
rəmzləşdirilmiş dekorativ görkəm alması birmənalıdır. Bu ele­
ment­lərin öz növbəsində insanların yaşantılarının, həyata baxış-
larının rəmzi olduğu qəbul edilsə, onda həm də düşüncə qayna­
ğına çevrilən ornament və naxış elementlərinin fəlsəfi tutum da­
şıdığı aydın olar. Təbriz qrupuna daxil olan xalçaların naxış ör­
tüyündə nəbati elementlərin əksəriyyət təşkil etdiyi nəzərə alın-
sa, onda sənətkarların qabarıq bədii stilizələrlə təqdim etdikləri
sərv, nar, söyüd, palıd ağaclarının, qızılgül, lalə, qərənfil, nərgiz,
zanbaq, süsən, nilufər kimi güllərin bədiiləşmiş görüntülərinin
insan şüurunda qərar tutan əbədi fəlsəfi dəyərlərlə anım yarat-
ması, onu həm də düşünməyə məcbur etməsi təbiidir.
Eyni fikirləri xalçaların gözəgəlimli naxış elementinə çevrilmiş
insan, heyvan və quş təsvirləri barədə də demək olar.
Xalçalarda günəşi, işığı, dörd ünsürü və s. ifadə edən rəmzi
ma­hiyyətli elementlərin yer almasında onların yaradıcılarının
həyata fəlsəfi baxışlarının təsiri olduğu da qeyd oluna bilər.
Təbriz qrupu xalçalarında ən geniş yayılan elementlərdən biri
“islimi”dir (Avropada “arabesk” adı ilə tanınır). Stilizə olunmuş
yarpaq formasında olan islimilər, əsasən, piçək-hələzunların
(mər­kəzində dairəsi olan spiralşəkilli bəzək elementi) dolama
və sonluqlarında, bəzən də müstəqil işlədilir. Onlar formasına
gö­rə çox müxtəlifdirlər. Kompozisiyalarda sərbəst işlədilmə­yən
islimilərin “sadə”, “qanadlı”, “haçalı”, “hörmə”, “butalı” və s. for­
ma­ları vardır.
“Xətai” də Təbriz qrupu xalçalarının bədii örtüyündə önəm­
li rol oynayan elementlərdəndir. Bu elementin formasının “is­
limi”dən qaynaqlandığı bildirilir, fərq “xətai”nin ondan daha
Ev interyeri. Kəndovan. Təbriz.
Təbriz bazarında xalça ticarəti.
Qaşqaylar xalça toxuyarkən.
Eynalı dağından görünüş.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...84