78
Xalçada Yusif peyğəmbər haqqında məşhur dastanın təsviri verilmişdir. Süjetlər olduqca zəngin və dinamik tərzdə çatdı-
rılır. Hadisələrin təsviri, iştirakçılar xüsusi dəqiqliklə verilmişdir. Xalçanın gözəlliyini artırmaq, süjetdə verilən dinamikanı
qorumaq üçün ana haşiyədə ov səhnələri təkrarlanan ardıcıllıqla verilmişdir. Toxucuların incə işi nəticəsində təsvir olunan
çoxlu sayda insanların simaları dəqiqliklə, obrazlı şəkildə toxunmuşdur. Dini mövzunun bədii həllində istifadə olunan
rənglər əsas fikrin çatdırılmasına xidmət edir.
Aşağı hissədəki səhnədə Yusifin uşaqlığı, atası Yaqub, bir doğma qardaşı Benyamin, doqquz ögey qardaşları təsvir edilib.
Yusifin başının dövrəsində yanan işıq təsvir edilib ki, bu işıq da peyğəmbərlik nişanəsidir. Yaqubda da o nişanə var. Burada
Yaqub Yusifin əlindən tutub, onu digər oğullarına göstərərək Yusifin ondan sonra peyğəmbər olacağını elan edir. Şəkildə
təsvir edilən binalar, ağaclar, bütün məkanlar hadisələrin Kənan ərazisində (ölkəsində) baş verdiyini göstərir.
Mərkəzdəki təsvirdə qardaşları Yaqubdan Yusifi gəzdirmək bəhanəsiylə alıb səhraya aparırlar. Doğma qardaşı
Benyamindən başqa ögey qardaşlarının doqquzu Yusifi səhraya gətirib quyuya atırlar. Xalçanın kənarlarındakı şeirlərdə
də qeyd edilibdir ki, karvan gələcək, Yusifi bu quyudan xilas edəndən sonra aparıb hakimə satacaq.
Yuxarı səhnədəki təsvir Yusifin Misir ölkəsinə vəzir təyin olunduğu göstərilir. Əvvəlcə Misirdə nökər kimi hakimə satılan
Yusif çay daşıyır. Züleyxaya çay apararkən o, Yusifi görüb aşiq olur. Züleyxanın Yusifə aşiq olmasından xəbər tutan Misir
hakimi onu zindana saldırır. Misirin hakimi dünyasını dəyişəndən sonra onun yerinə hakimiyyətə oğlu IV Amin Hotəm
gəlir. Yeni hakim bir gecə yatıb yuxuda 7 kök və 7 arıq inəyin Nil çayında su içdiyini görür. Bu yuxu onu çox narahat edir,
onun yozumunu bilmək istəyir. Xeyli adam bu yuxunu yozsa da, hakim onlarla razılaşmır. Hökmdarın yaxın adamların-
dan biri ona Yusifi məsləhət görür; deyir ki, zindanda Yusif adlı bir oğlan var, o, yuxunu yoza bilər. Onu hakimin yanına
gətirirlər. Yusif yuxunu belə yozur:
7 kök inək bolluğun rəmzidir, 7 il ölkədə bolluq olacaq. 7 arıq inək isə aclığı göstərir, 7 il quraqlıq, aclıq olacaq. Onun bu
ağıllı yozumundan sonra hökmdar Yusifi özünə vəliəhd təyin edir. O da 7 il ərzində ölkənin hər yerində anbarlar tikdirir,
içini buğdayla doldurur ki, aclıq illərində ölkə ac qalmasın. 7 il bolluqdan sonra 7 il aclıq olur. Bu aclıq Kənan ölkəsində
də baş verdi. Ondan sonra Həzrəti Yaqubun oğlanları eşitdi ki, Misirdə buğda anbarları tikilib, aclıq dövrü üçün tədarük
görüblər. Bunu eşidib onlar Misirə yola düşdülər ki, oradan ölkələrinə buğda gətirsinlər. Misirə çatanda onları şəhərə
buraxmadılar. Bu xəbər Yusifə də çatdı. Yusif qapıçılara əmr etdi ki, onları yanına gətirsinlər. O, qardaşlarını tanısa da,
qardaşları onu tanımadılar. Yusif onlara taxıl verdi və tapşırdı ki, sizin balaca qardaşınız var; gələn dəfə gələndə onu
da özünüzlə gətirməsəniz, sizə taxıl verməyəcəyəm. Bir müddətdən sonra onlar yenə taxıl üçün Misirə getməli oldular.
Yaqubdan Benyaminin də onlarla getməsi üçün icazə verməsini istədilər. O qorxdu ki, bu oğlunu da Yusif kimi itirərlər.
Yaqub razılaşmadı. Onlar yalvarıb dedilər ki, əgər onu aparmasaq, Misir hökmdarı bizə taxıl verməyəcək. Ondan sonra
Yaqub əlacsız qalıb razılaşdı. Benyaminə görə Həzrəti Yusif onları hörmətlə qarşıladı və onu quyuya salan qardaşlarını əfv
etdi. Onlar sonra başa düşdülər ki, bu Yusifdir, ona yalvar-yaxar etdilər ki, biz səhv etmişik.
(Həzrəti Yusifə nə oldu ki,
Kənan ərazisini tərk etdi).
(O zaman ki, o işıqlı qaranlığa
döndü (onun gedişilə Kənanın
xeyir-bərəkəti də getdi).
(Yusifin atası Yaqub da Yusifsiz
pərvanəsiz şama bənzəyirdi (Yusi-
fin qardaşları Yaqubdan Yusifi
gəzdirmək adı ilə alıb aparan zaman
ürəyinə dammışdı ki, Yusif bir də
qayıtmayacaq).
(Yusif itəndən sonra Yaqubun
gecəsi-gündüzü olmadı; hər şey
onun üçün zülmət idi).
(Yusifi gəzmək adı ilə atasından ayırıb
apardılar, Yaqub hiss etmişdi ki, oğlu
qayıtmayacaq).
(Kənan ərazisinin şahının
quyuya düşməsi ay işığının
suyun içərisinə düşməsinə
bənzəyirdi).
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84