79
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
(Yusifin siması on dörd gecəlik
aya bənzəyirdi).
Həzrəti Yusif, sanki, Kənan ərazisinin
günəşi idi. Karvan gəlib su içmək
üçün quyunun başında dayandı.
Quyudan su götürəndə gördülər ki,
quyuda bir oğlan uşağı var.
(Quyuya baxanda orada nur görüb
elə bildilər ki, suya ayın əksi
düşür).
(Onlar Yusifi quyudan çıxarandan sonra,
elə bil, dünyanın bütün var-dövləti onların
oldu. Onu quyudan çıxarmaqla varlandıq-
larına sevindilər. Yusifi satıb, çəkisinə görə
qızıl aldılar).
Növbəti kətətəbədə xalçanın
çeşnisini verən şəxsin adı yazılıb:
(Bu xalçanın təsvirini Mirzə Əli
Kaşani çəkib).
(Qardaş qardaşa niyə bu cür xəyanət etdi?
Bu xəyanətə günəş də, ay da inanmaq
istəmirdi).
(Yusifin qardaşları Yusifi quyuya
atmaqla heç nə qazanmadılar. Çün-
ki Yusifin niyyəti düz idi, məqsədi
Allaha səcdə etmək idi. Ona görə
Allah onu hər şeydən qurtardı).
Xalçanın ara sahəsini əhatə edən ana haşiyədəki ovçu və müxtəlif heyvanların təsvirləri canlı vəhdət duyğusu yaradır.
Ana haşiyəni nəbati naxışlarla bəzədilib. Bala haşiyələri dilikli mədaxillər tamamlayır.
Xalçanın ərişi və arğacı Misir pambığındandır, xovu isə yundandır. Toxunuş zamanı istifadə olunmuş iplər əldə əyrilmiş,
təbii boyalarla boyanmışdır. Xalçada on dörd rəngin çalarları vardır. Xalça yüksək tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
Yaxşı vəziyyətdə saxlanılan bu xalça təmirə məruz qalmamışdır. Xalça Şirazə-dolama texnikası ilə toxunub. Dəhnəsi bir
sıra sünbülü, saçağı 1 sm, sıxlığı 70x60-dır.
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84