7
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
mü­rəkkəb formaya malik olması-
dır. “Xətai” formasına görə uzun­
sov olub, enli yarpağa bənzəyir,
kənarları büzməli dilik­lər ilə
əhatələnir. “Xətai” naxışları, bir
qayda olaraq, biri digərinə bir­
ləşmiş formada olur, ara sahə və
haşiyədə mürəkkəb kompo­zi­
siyaların yaradılmasında tətbiq
olunur. “Xətai”lər kompozisiyala-
rın ümumi ruhuna müvafiq daha
çox stilizə olunurlar. Bu element də
“islimi” kimi xalçanın bəzək deko-
runda müstəqil iş­lədilmir.
“Spiral” motivi dekorativ-tətbiqi
sənətdə işlədilən elementlə­rin
ən qədim tarixə malik olanların-
dandır. Bu motivin əsasını spi-
ralvari formaların tək­rarlanması
təşkil edir. Əslində, spiral zahi-
ri görünüşünə görə gerçəklikdə
tez-tez rast gəlinən forma olsa da,
deko­rativ-tətbiqi sənət, o cümlədən
də xalçaçılıq sahəsində fə­aliy­yət göstərən sənətkarlar onla-
rı həm də düşündürücü bədii-fəlsəfi məna daşıyıcısı kimi
kompozisiyalara daxil et­mişlər.
“Göl” ( Avropada ona “medalyon” deyilir) bir ornament
moti­vi kimi Təbriz xalçalarının naxış örtüyündə aparıcı rol
oynayır. Bir qayda olaraq medalyonlar kompozisiyanın
mərkəzi hissəsi­ni, diqqətçəkən elementini təşkil etdiyindən
xalçaçılar onların müxtəlif və zəngin formalı olmasına ça-
lışırdılar. Belə xalçalara “göllü”, “xonçalı” və “turunclu”
de­­yilir. Gölün – medalyonun uzunsov, dəyirmi, kvadrat,
rombvari və s. formaları mövcuddur. Onların da­xili sahəsi
nəbati, həndəsi naxış­lar, heyvan, quş, bəzən də insan təs­
virləri ilə örtülür.
“Kətəbə” forma etibarilə uzunsov formalı gölü xatır-
latmaqla xalçanın orta sahəsinin əsas elementi kimi, göllə
əlaqəli və enli haşiyənin əsas elementi olaraq kompozisi-
yaya daxil edilir. Onların qapalı forma daşıması burada
həkk edilmiş yazının xalçanın kompozisiyasında qabarıq
görünməsini şərtləndirir. Kətəbələr çox vaxt şeir parçala-
rından və müxtəlif yazılardan iba­rət olmaqla xalçanın orna-
ment bə­zə­yinə çevrilir. Onların budaq, qön­çə, quş və hey-
van təsvirləri ilə zən­ginləşdirilməsi də Təbriz xalçalarına
xas olan poetik-fəlsəfi ovqatın gücləndirilməsi məqsədini
daşıyır.
Tarixən yerli sənətkarlar tərəfindən “heykəlbaşı”, yəni,
“bütbaşı” kimi də adlandırılan “Qübbə” elementi bir qayda
olaraq kompozisiyada göllə əlaqələndirilmiş halda istifadə
olunur və bu səbəbdən də hər ikisinin yerliyi eyni rəngdə
olurdu.
Sonrakı dövrlərdə həmdəmüəyyənməna kəsb edən “qüb­
bə” yaraşıqlı qönçəni, bəzən də kasayarpaqlı gülü andıran
müstəqil dekorativ forma almışdır. Adətən “qübbə”lərin
yer­liyi kompozisiyanın daşıdığı məna-məzmun yükünə uy-
ğun olaraq çiçəklərdən ibarət naxışlarla, bəzən də miniatür
hey­­vanların təsvirləri ilə bəzədilərdi.
Təbriz qrupu xalçalarında “Bulud motivləri” də tez-tez is­
ti­fadə olunmuşdur. Bu elementin Azərbaycan incə­sə­nə­tində
yer alması uyğur-Çin rəssamlığı ilə, uyğur sənət­kar­ların
azərbaycanlı hökmdarların saraylarında çalışmaları ilə izah
edilir. Çin parçalarının üzərini bəzəyən real biçimli bulud
təsvirləri Azərbaycan xalçalarında bir qədər fərqli – yerli
bədii ənənələrə uyğun, müəyyən stilizəyə məruz qalmış, bir
çox digər elementlər kimi düşündürücü, eyni zamanda zərif
görkəm almışdı.
“Vaq-baği” elementinin Azərbaycan incəsənətində, xü­
su­silə də Təbriz qrupu xalçalarında yayılmasını da yerli
sə­nətkarların yaxın qonşu ölkələrdəki diqqət çəkən sə­nət­
karlıq qaynaqlarına yaradıcı münasibətlərinin əyani tə­za­
hürü hesab etmək olar. Özündə ekzotik tutumu hifz edən
bu element ilk olaraq hind incəsənətində – xalça və par­
çaların bəzəklərində işlədilib. Bundan sonra əlaqələr nə­ti­
cə­sində Azərbaycana gətirilib və onlar yeni təfsirdə Təb­riz
Təbriz şəhərinin təsviri.
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...84