266
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
Bu səhnəcikdə şuşalılarının məişəti üçün səciyyəvi olan taxt üzərində salınmış
«Malıbəyli» və «Əjdahalı» xalçaları təsvir edilmişdir. Divarda asılmış sürməyi yerlikli xalçanın
ara sahəsini zoğalı yerlikli səkkiz ləçəkli medalyonlar, uzunsov formalı sarı yerlikli kətəbələr,
əjdaha motivləri, X-ə bənzər elementlər və digər doldurucu nəbati elementlər bəzəyir. Xalçanın
ara sahəsini sarı, qəhvəyi və sürməyi rəngli güllərlə bəzədilmiş ağ yerlikli mədaxil əhatə edir.
Xalçada təsvir edilən bu elementlərə Bakı və Quba xalçalarında da rast gəlinir. Xalçanın sarı
yerlikli ara haşiyəsi rəngləri bir aşırı dəyişdirilən klassik elementlərlə bəzədilmişdir. Ara haşiyəni
hər iki tərəfdən sumağı rəngli mədaxillər əhatə edir. Taxtın üzərinə salınan «Malıbəyli» adlanan
xalçanın ara sahəsində iki sürməyi yerlikli və bir ağ yerlikli böyük ölçülü medalyon təsvir
edilmişdir. Medalyonun içərisini stilzə edilmiş «əjdaha» motivləri bəzəyir. Xalçanın ana
haşiyəsini kənarları ağ, mavi rəngli «siçandişi» elementləri ilə işlənmiş mədaxillər əhatə edir.
Xalçanın ana haşiyəsi içərisində «dörd ünsür» təsvir edilmiş klassik elementlərlə işlənmişdir.
Ana haşiyə içəridən dalğavari, xaricdən isə «siçandişi» elementləri ilə əhatə edilmişdir.
Taxtın üzərində qəhvəyi, mavi, sumağı çuxa ğeymli, başında buxara papaqlı üç kişi və
onlara qulluq edən boz papaqlı, qəhvəyi çuxalı əlində mavi rəngli dolça olan ayaq üstə dayan-
mış bir kişi təsviri verilmişdir. Mavi çuxa geyinmiş kişinin əlində «Nargilə»(sulu qəlyan) təsvir
edilmişdir. «Nargilə» dən çıxan buxar və evin döşəməsi təbii görünüşü ilə diqqəti cəlb edir.
Divardakı xalçanın üzərində qılınc, xəncər, qəmə və ov tüfəngi təsvir edilmişdir. Döşəmədə
üç cüt -qəhvəyi, mavi və boz rəngli çarıq təsvir edilmişdir. Xalçanın sağ tərəfində tünd və açıq
yaşılı cecim örtülmüş masa və üzərində mavi, qırmızı rəngli dolça təsvirləri verilmişdir. Xalça
əl üsulu ilə əyrilmiş yüksək keyfiyyətli yundan hazırlanmış iplərdən toxunmuş və təbii boyalar-
dan istifadə edilmişdir.
На картине изображены ковры «Малыбейли» и «Аждахалы», расстеленные ков-
рики на топчане, типичные для домашнего хозяйства в Шуше.
Темно-синее поле ковра, развешенного на стене, демонстрирует красные вось-
миконечные медальоны, желтые продолговатые картуши, драконы, X-мотивы, расти-
тельные элементы и т.д. Поле окружено белой медахиль-каймой желтой, коричневых
и темно-синей расцветок. С этими элементами можно столкнуться на коврах из Баку
и Губы. Желтая центральная кайма украшена классическими элементами. Централь-
ная кайма обрамляется двумя темно-синими медахилями.
Поле ковра Малыбейли на оттоманке демонстрирует два больших темно-синих
и белых медальона. В медальонах представлены мотивы дракона. В центральной
кайме соткан крестообразный элемент. Центральная кайма обрамляется двумя ме-
дахиль-полосами: у внутреннего есть белый и синий взаимообратный треугольный
узор, а у внешнего - волнистый узор.
На топчане сидят трое мужчин в коричневом, синем, и темно-красном кафтанах
и высоких меховых шапках. Этих людей обслуживает стоящим рядом с ними человек,
который одет в кафтан и серую шапку и держит в руках синий кувшин.
Человек в синем кафтане держит кальян «наргила». Дым кальяна и покрытие
пола комнаты выполнено очень реалистично.
На стене представлены меч, кинжал и винтовка. На полу изображены три пары
коричневых, синих и серых ботинок.
Справа на ковре стол покрыт зеленым джеджимом, на котором синие и красные
кувшины.
Этот ковер ручной работы высокого качества соткан из пряжи, окрашенной на-
туральными красителями.
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:43 PM Page 266
1...,256,257,258,259,260,261,262,263,264,265 267,268,269,270,271,272,273,274