192
1
2
H
ər naxışı ilə bir sirli aləm, hər ilməsi ilə bir tarix yaradaraq dünyanı hüsnünə valeh eləyən
Azərbaycan xalçalarının səsi həmişə beynəlxalq səviyyəli sərgilərdən, nüfuzlu hərraclardan
gəlib. Bu baxımdan İngiltərənin RİPPON BOSWEll & Co şirkəti tərəfindən təşkil edilən və hər il
Almaniyanın Ştutqart şəhərində keçirilən “Orient Stars” hərracının iştirakçıları da Azərbaycan
xalçaları ilə yaxşı tanışdırlar. Dünyanın ən qədim və nadir xalçalarının satışa çıxarıldığı hərracda
1999-cu il oktyabr ayının 2-də nadir bir Azərbaycan xalçası – “Ulduzlu Qazax” iştirakçıların ixtiyarına
verilmişdi. Xatırladaq ki, Qazax xalça qrupuna aid “Ulduzlu Qazax” xalçaları Qafqazın nadir və
qiymətli xalçalarından hesab olunur. Bu xalçaları digərlərindən fərqləndirən cəhət onların üzərində
ulduzabənzər medalyonların olması və rəng çalarlarının müxtəlifliyidir. Bu tip xalçaların yalnız bir
neçə nüsxəsi dünya hərraclarında satışa çıxarılıb. 1999-cu ildə adı çəkilən hərracda isə bu xalça birinci
lotdan 342 min 200 markaya, yəni 188 min 21 ABŞ dollarına satılmışdır.
Ümumiyyətlə, təcrübə göstərir ki, dünyanın harasında olursa-olsun, Azərbaycan xalçaları həmişə
mütəxəssislər və sənət həvəskarları, əntiq əşya kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilib.
X
VI əsrin ortalarında toxunan Təbriz
qrupuna aid medalyonlu xalça Rapiş
Vatson tərəfindən hərraca çıxarılıb. 1986-cı il
mayın 31-də Amerika Birləşmiş Ştatlarının Nyu-
York şəhərində keçirilən “Sotheby’s” hərracında
bu əntiq xalça 140.000 ABŞ dollarına satılıb.
Ölçüsü 476x224 sm-dir.
1...,184,185,186,187,188,189,190,191,192,193 195,196,197,198,199,200