182
Ara sahə
Xalçada haşiyə vasitəsi ilə əhatə olunan boş və ya naxışlı sahə. Həmin sahəni
Cənubi Azərbaycanda “mətn” də adlandırırlar.
Arala
Ara haşiyə
Aparan xalçaları
Şimali və cənubi Azərbaycanın xalça istehsalında istifadə olunan termin.
Yəni: altdakı ilmənin birini sola keçirdikdən sonra aralıqda boş qalan bir
ilməyə deyilir.
Və ya “Ana haşiyə”lərin en ölçüsü haşiyə qurşağını təşkil edən bütün
zolaqlardan böyük olub, ümumi haşiyə kompozisiyasının mərkəzində
yerləşir. Haşiyə qurşağında ən böyük ölçülü zolaq “ara haşiyə” hesab edilir.
Qərbi Azərbaycanın Aparan bölgəsi İrəvan şəhərindən 59 km şimal-qərbdə
yerləşən Qasax çayının sahilindədir. Tarixi çox qədimə gedib çıxan bu şəhərin
və onun ətrafındakı kəndlərin əhalisi, əsasən, Azərbaycan türkləri olmuşdur.
Bunu yer-yurd adları da təsdiq edir. Mürəkkəb təbiətə malik olan Aparan
şimaldan qarlı dağlarla, cənubdan isə çöllərlə əhatələnib. Alp çəmənlikləri
və qaya üstündə bitən kollar buranın xalçaçılıq sənətinə öz təsirini göstərmiş,
əlvan rənglərin alınmasına imkan yaratmışdır. Bu bölgənin Babakişi, Kirəşli,
Düzkənd kimi kəndlərində müxtəlif çeşidli xalçalar, məfrəşlər, xurcun, heybə,
çullar və digər məişət əşyaları toxunmuşdur. Aparan şəhərində isə xalçaçılıq
sənəti tədricən unudulmuş, vaxtilə yalnız bəzi evlərdə saxlanılmışdır.
1...,174,175,176,177,178,179,180,181,182,183 185,186,187,188,189,190,191,192,193,194,...200