77
Kiçik göl elementi (1):
Həyatı təmsil edir.
(Səkkizbucaqlı çərçivə içindəki ulduz motivləri ilə bəzədilib)
Bədnəzər duası işarəsi (2):
Üçkünc formalı dua işarəsi: Bəlalardan və bəd nəzərdən qoruyur.
(Göz motivlərinin təkrarından ibarətdir)
Kiçik göl elementi (3):
Həyatı təmsil edir.
(Göl gül motivi biçimindədir. Mərkəzi gül və yarpaq motivləri ilə bəzədilib)
Göl elementi (4):
Həyatı təmsil edir. (Altıbucaqlıdır. Mərkəzində kiçik göl, gül, üçkünc
formalı dua işarəsi və onları əhatə edən canavar izi motivlərindən ibarətdir)
Ulduz elementi (5):
İşığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.
(Səkkizbucaqlı çərçivə içindədir).
Ulduz elementi (6):
İşığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.
Kiçik göl elementi (7):
Həyatı təmsil edir.
(Göl səkkizbucaqlı pıtraq formasındadır. Mərkəzi ulduz motivləri ilə bəzədilib)
Kiçik göl elementi (8):
Həyatı təmsil edir.
(Göl gül motivi biçimindədir. Mərkəzi gül və qarmaq motivləri ilə bəzədilib)
Bədnəzər duası işarəsi (9):
Üçkünc formalı dua işarəsi: Bəlalardan və bəd nəzərdən qoruyur.
Canavar izi və ayağı (10):
Vəhşi heyvanlardan qorunmağı ifadə edir.
Heyvan motivi (11):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
Göz işarəsi (12):
Nəzərdən, bəd gözlərdən qorumağı simvolizə edir.
Xətai elementi (13):
Yarpaq - Çinar yarpağı; Həyatı və hüznü ifadə edir. (Xətai elementi naturalist üslubunda
nəqqaşlıq sənətinin əsas motivlərindəndir, gül qönçəsi və ona bənzər çiçəklərin uzununa kəsiyinin
stilizə edilmiş sxemidir. Çin sənətinin təsiri ilə inkişaf etmiş bitki motividir)
Çərxi-fələk işarəsi (14):
Tale və cənnətin simvoludur. Xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir.
(Ucları qarmaqlı xaç şəklindədir).
Gül elementi (15):
İlahi sevgini, həsrəti simvolizə edir.
Bədnəzər duası işarəsi (16):
Üçkünc formalı dua işarəsi: Bəlalardan və bəd nəzərdən qoruyur.
Daraq işarəsi (17):
Evliliyi və doğuluşun qorunmasını bildirir.
Heyvan motivi (18):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
Göz işarəsi (19):
Nəzərdən, bəd gözlərdən qorumağı simvolizə edir.
Heyvan motivi (20):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
Axar su işarəsi (21):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Daraq, göz, bədnəzər duası işarəsi və gül motivlərinin təkrarından ibarətdir)
Axar su işarəsi (22):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir. (Gül motivlərinin təkrarından formalaşıb)
Axar su işarəsi (23):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Gül və qarmaq motivlərinin təkrarından ibarətdir)
Bədnəzər duası işarəsi (24):
Üçkünc formalı dua işarəsi; bəlalardan və bəd nəzərdən qoruyur.
Gül elementi (25):
İlahi sevgini, həsrəti simvolizə edir.
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84,85,86,87,88,89,...147