71
Xətai elementi (1):
Stilizə edilmiş gül, çiçək; İlahi eşqi, həsrəti və ehtirası simvolizə edir. (Xətai elementi na-
turalist üslubunda nəqqaşlıq sənətinin əsas motivlərindəndir, gül qönçəsi və ona bənzər çiçəklərin
uzununa kəsiyinin stilizə edilmiş sxemidir. Çin sənətinin təsiri ilə inkişaf etmiş bitki motividir)
Rumi elementi (2):
Mərkəzi Asiya mənşəli olan bu motiv Səlcuq dövlətinin hakimiyyəti dövründə daha geniş ya-
yıldığı üçün onu “Səlcuqi” də adlandırırlar. Vaxt keçdikcə kompozisiya baxımından inkişaf etdirilən
rumi motivləri heyvan və bitki mənşəlidir.
Xətai elementi (3):
Yarpaq - Çinar yarpağı; Həyatı və hüznü ifadə edir. (Xətai elementi naturalist üslubunda
nəqqaşlıq sənətinin əsas motivlərindəndir, gül qönçəsi və ona bənzər çiçəklərin uzununa kəsiyinin
stilizə edilmiş sxemidir. Çin sənətinin təsiri ilə inkişaf etmiş bitki motividir)
Pıtraq elementi (4):
Bədnəzər duası olaraq bolluq və bərəkətin qorunması mənasını verir.
(Mərkəzi göz motivi ilə bəzədilib)
Kiçik göl elementi (5):
Həyatı təmsil edir.
(Göl gül şəklindədir, gül və qarmaq motivləri ilə bəzədilib)
Çərxi-fələk işarəsi (6):
Tale və cənnətin simvoludur. Xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir.
Ulduz elementi (7):
İşığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.
Gül qönçəsi (8):
İlahi eşqi, həsrəti və ehtirası simvolizə edir.
Göz işarəsi (9):
Nəzərdən, bəd gözlərdən qorumağı simvolizə edir. (Gül qönçəsi şəklindədir)
Heyvan motivi (10):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
Gül qönçəsi (11):
İlahi eşqi, həsrəti və ehtirası simvolizə edir. (Göz motivindən ibarətdir)
Axar su işarəsi (12):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir. (Gül motivlərinin təkrarından ibarətdir)
Axar su işarəsi (13):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Üçkünc formalı dua işarəsinin təkrarından ibarətdir)
Axar su işarəsi (14):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Əlibelində motivinin simmetrik təkrarından ibarətdir)
Yarpaq işarəsi (15):
Həyatı və hüznü ifadə edir.
Axar su işarəsi (16):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Gül motivlərinin bir-birinə bağlanması ilə formalaşıb)
Axar su işarəsi (17):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Yarpaq və üçkünc formalı dua işarəsinin təkrarından ibarətdir)
Axar su işarəsi (18):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Çərxi-fələk, əlibelində, qarmaq motivlərinin təkrarından ibarətdir).
Qarmaq işarəsi (19):
İnsanları təhlükədən qurtarmaq üçün tez-tez işlədilən motivdir.
Quş motivi (20):
Müqəddəsliyi, həsrəti, intizarı ifadə edir.
Ox işarəsi (21):
Toxunan xalçanı bəd nəzərlərdən qorumaq məqsədi daşıyır.
Əlibelində işarəsi (22):
Analığı, bolluğu, taleyi və xoşbəxtliyi bildirir.
Çərxi-fələk işarəsi (23):
Tale və cənnətin simvoludur.
Xalçanın əhd-peyman olaraq toxunduğunu bildirir. (Mərkəzdəki göz motivi ilə bəzədilib)
Gül elementi (24):
İlahi sevgini, həsrəti simvolizə edir.
Axar su işarəsi (25):
Sonsuzluğu və müdafiə olunmağı ifadə edir.
(Gül və ona bağlı yarpaq motivlərinin bir-birinə bağlanmasından ibarətdir)
1...,63,64,65,66,67,68,69,70,71,72 74,75,76,77,78,79,80,81,82,83,...147