69
Axar su işarəsi (1):
Sonsuzluğu və müdafiəni təmsil edir. (Gül motivlərinin təkrarından ibarətdir).
Axar su işarəsi (2):
Sonsuzluğu və müdafiəni təmsil edir. (Ox motivlərinin təkrarından ibarətdir).
Axar su işarəsi (3):
Sonsuzluğu və müdafiəni təmsil edir. (Qarmaq və göz motivlərinin təkrarından ibarətdir)
Bədnəzər duası işarəsi (4):
Üçkünc formalı dua işarəsi: Bəlalardan və bəd nəzərdən qoruyur
Axar su işarəsi (5):
Sonsuzluğu və müdafiəni təmsil edir. (Qarmaq motivlərinin təkrarından ibarətdir)
Ulduz elementi (6):
İşığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.
Heyvan motivi (7):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
Xətai elementi (8):
Yarpaq - Çinar yarpağı; Həyatı və hüznü ifadə edir. (Xətai elementi naturalist üslubunda naq-
qaşlıq sənətinin əsas motivlərindəndir, gül qönçəsi və ona bənzər çiçəklərin uzununa kəsiyinin stilizə
edilmiş sxemidir. Çin sənətinin təsiri ilə inkişaf etmiş bitki motividir)
Gül elementi (9):
İlahi sevgini, həsrəti simvolizə edir.
Kiçik göl elementi (10):
Həyatı təmsil edir. (Göl iç-içə keçmiş gül və qarmaq motivləri ilə bəzənib)
Ulduz elementi (11):
İşığı, zəkanı və xoşbəxtliyi simvolizə edir.
Gül elementi (12):
İlahi sevgini, həsrəti simvolizə edir.
Göl elementi (13):
Həyatı təmsil edir. (Göl mərkəzindəki kiçik gölü əhatə edən ulduz və gül motivləri ilə bəzənib)
Gül elementi (14):
İlahi sevgini, həsrəti simvolizə edir.
Kiçik göl elementi (15):
Həyatı təmsil edir. (Göl iç-içə keçmiş gül və qarmaq motivləri ilə bəzədilib)
Heyvan motivi (16):
Bərəkəti, bolluğu və gücü ifadə edir.
(Hansı heyvan toxunulubsa, o heyvandan qorunmağı, ya da ondan yararlanmağı ifadə edir)
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...147