74
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
Qara yerlikli bu tikmənin ara sahəsini böyük ölçülü qırmızı yerlikli medalyon təşkil edir. Medalyonun
mərkəzində sərv ağacını xatırladan və ətrafında gül-çiçək təsvirli budaqlar vardır. Sərv ağacının sağ
və solunda stilizə edilmiş kişi və qadın təsvirləri verilmişdir. Boşluqlarda stilizə edilmiş heyvan və quş
təsvirləri vardır.
Medalyonun xaricindən künclərə doğru istiqamətlənən ağ rəngli buynuzabənzər dilikli motivlər tik-
məyə təkraredilməz bir görkəm gətirmişdir. Bu motivlərin içərisində sürməyi və sarı rəngli naxışlar iş-
lənmişdir.
Medalyonun hər tərəfindən güllü-çiçəkli və yarpaqlı budaqlar şaxələnmişdir. Qara yerlikli boşluq-
larda ağ və sarı rəngli quş təsvirləri vardır.Ara sahənin baş və ayaq hissəsində firuzə yerlikli bütöv
kətəbələr, sağ və solunda isə haşiyə divarlarına söykənmiş yarımçıq kətəbələr təsvir edilmişdir.
Kətəbələrin içərisində at çapan kişi və bəbir təsvirləri vardır. Tikmənin haşiyəsi «S» şəkilli və quşa
bənzər elementlərlə bəzədilmişdir.
Zəngin naxış tərtibatına malik olan bu tikmədə rəng ahəngdarlığı yüksək peşəkarlıqla və qanuna-
uyğunluqla həll edilmişdir.
Tikmənin ölçüsü: 3′ 03′′ x 2′ 36′′ (93 x 72 sm).
Темно-синее поле представляет большой центральный медальон красного цвета. В его
центре изображен мотив кипариса, окруженного цветочными побегами. Кипарис окружен
стилизованными фигурами мужчины и женщины. В промежутках изображены птицы и
животные.
От медальона отходят четыре больших белых зазубренных крюка, украшенных
крошечными желтыми и темно-синими элементами. Медальон окружен цветочными ростками.
В остальной части поля вышиты белые и желтые птицы
На концах медальона изображены бирюзовые картуши, а их половинки помещены у левой
и правой сторон медальона. В картушах представлены всадники на лошадях и гепарды.
Кайма составлена из S-образных мотивов и изображений птиц.
Это очень умелая работа демонстрирует прекрасные узоры и богатые расцветки.
Размер: 3′ 03′′ x 2′ 36′′ (93 х 72 см).
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:41 PM Page 74
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...274