78
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
Qara yerlikli bu tikmənin ara sahəsində bir böyük ölçülü bütöv, aşağı və
yuxarı hissədə isə iki yarımçıq medalyon təsvir edilmişdir. Mərkəzi medaly-
onun baş və ayağında dörd qarmaqvari çıxıntılar vardır. Medalyonun aşağı
və yuxarı hissəsində künclərə doğru istiqamətlənən «məşəl» formalı və oxa-
bənzər motivlər tikməyə təkraredilməz, unikal bir görünüş gətirmişdir.
Ara sahənin boşluqları müxtəlif bitki və stilizə edilmiş quşa bənzər mo-
tivlərlə doldurulmuşdur.
Tikməni bir ensiz haşiyə əhatə edir. Haşiyədə Qarabağın dekorativ tət-
biqi sənəti və xalçalarına xas olan elementlər işlənmişdir.
Rənglər bir-biri ilə qanunauyğunluqla uzlaşdırılaraq çox baxımlı və hər
bir kəsin zövqünü oxşaya biləcək sənət əsəri yaradılmışdır.
Tikmənin ölçüsü: 3′ 08′′ x 2′ 33′′ (94 x 71 sm).
Черное поле демонстрирует большой центральный медальон
восьмиугольной формы. На его концах помещены половинки
медальона. От медальона исходят восемь крючков. Кроме того, из
медальона также отходят четыре секирообразных побега. Поле также
заполнено различными стилизованными мотивами растений и
животных.
Кайма окружена узкой полосой, которая демонстрирует узоры,
типичные для декоративного искусства Карабаха.
Живые и гармоничные цветовые сочетания делают вышивку
очень красивой.
Размер: 3′ 08′′ x 2′ 33′′ (94 х 71 см).
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:41 PM Page 78
1...,68,69,70,71,72,73,74,75,76,77 79,80,81,82,83,84,85,86,87,88,...274