76
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
Qocaman toxucuların «Bərdə» adlandırdığı bu xalçanın əsas toxunma mərkəzi Bərdənin Çələbilər kən-
di olmuşdur. Sonralar bu kompozisiya Dağlıq Qarabağın və Aranın müxtəlif xalçaçılıq mərkəzlərində, o cüm-
lədən XIX əsrdən başlayaraq Azərbaycanın Qazax bölgəsində də toıunmuşdur. Xalçanın adı toxunduğu
kəndin adı ilə bağlıdır.
Hal-hazırda eyni kompozisiya ilə toxunan XIX əsr «Çələbi» xalçası Londonun Viktoriya və Albert mu-
zeyində nümayiş edilir.
Qırmızı yerlikli bu xalçanın ara sahəsinin əsas bəzəyini böyük ölçülü göl təşkil edir. Gölün kənarların-
da 16 ləçək təsvir edilmişdir. Bu ləçəklər alovlanan palmettaları xatırladır və xalçanın bədii keyfiyyətini yük-
səldir.
Gölün mərkəzində «dörd ünsür» (od, torpaq, hava, su) mənasını bildirən böyük ölçülü element təsvir
edilmişdir.
Xalçanın aşağı və yuxarı hissəsində mərkəzdəki gölün bədii tərtibatına uyğun qubbalar nəqş edilmiş-
dir. Hər iki qubbanın sağ və solunda bitki və ağac təsvirləri vardır. Boşluqlar kiçik ölçülü «səkkizguşəli ulduz»
motivləri ilə bəzədilmişdir.
Sarıya çalan yerliyi olan ana haşiyə kiçik ölçülü dilikli medalyonlarla və digər klassik elementlərlə işlən-
mişdir.
Göy rəngli ara haşiyə çox az nəzərə çarpan «mollabaşı» elementlərlə doldurulmuşdur. Ara sahəni şə-
kəri yerlikli ensiz haşiyə əhatə edir. Bu haşiyədə kiçik ölçülü ulduz və bitki elementləri nəqş edilmişdir.
Xalçada rəng ahəngdarlığı yüksək peşəkarlıqla həll edilmişdir.
Xalçanın ölçüsü: 6′ 07′′ x 4′ 23′′ (185 x 129 sm).
Центром производства этих ковров была деревня Челеби в Бардинском
районе. Позже ковер ткался в различных деревнях Верхнего и Нижнего
Гарабаха. С 19-го столетия ковер ткался в Газахе. Сегодня один такой ковер
«Челеби» 19-го века находится в коллекции Музея Виктории и Альберта.
В красном поле помещен большой центральный медальон с 16 лучами. Он
напоминает пылающую пальметту. В центре медальона находится кресто-
образный элемент - символ воды, огня, воздуха и земли. На концах медальона
изображены подвески, обрамленные мотивами дерева. Остальная часть поля
заполнена восьмиконечными звездами.
Желтая кайма украшена маленькими крючками, медальонами и другими
классическими элементами. Красная кайма украшена мелкими элементами.
Вдоль периметра поля соткана узкая кайма цвета слоновой кости. Она
демонстрирует звезды и растительные элементы.
Красивый ковер демонстрирует яркие и богатые расцветки цвета.
Размер: 6′ 07′′ x 4′ 23′′ (185 х 129 см).
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:41 PM Page 76
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...274